Robotun lüğətindən cənab sözünü çıxartdı
12 sentyabr 2011
11:41
Robert Şekli − (1928-2005) məşhur amerikalı fantast-yazıçı, elmi fantasika janrında yazılmış bir çox hekayələr, povest və romanlar müəllifidir. Ən məşhur romanları − “Əxlaqsızlıq”, “Onuncu qurban”, “Qaçaq”, “Birigünə səyahət” və s.
“Sakit suların kənarıyla” hekayəsinin adı İncilin 23-cü Psalmının adından, hekayənin sonundakı cümlələr isə həmin Psalmın mətnindən götürülüb.
Sakit suların kənarıyla
Adətən, insanlar başlarını götürüb getmək haqqında danışanda, qərbdəki böyük bomboş ərazilərimizi nəzərdə tuturlar. Amma elmi-fantastika yazarı üçün bu, Nyu-Yorkdakı Taymz Meydanının tən ortasıdır. Gələcək insanlar yalqızlıq hiss edəndə bir qaya parçasına minib Kainatda Andromedadan şərq istiqamətdə dörd işıq ili uçacaq. İndi sizə belə bir yalnız yeri tapa bilmiş adam haqqında balaca, gözəl bir hekayə danışacağam.
Mark Rogers qızılaxtaran idi və o, asteroid enliyinə yollanır ki, orada radioaktivlər və nadir metallar axtarsın. O, özünü illərlə bu işə həsr edib azacıq bir şey tapır, asteroiddən asteroidə keçirdi. Bir müddət sonra o, yarım mil qalınlığında bir qaya parçasının üzərində yerləşdi.
Rogers doğuluşdan qoca idi, o vaxtdan bəri də elə çox yaşlanmamışdı. Onun üzü Kainatın solğunluğundan ağarmış, əlləri də bir az əsirdi. O, qaya parçasını heç vaxt tanımadığı bir qızın adı ilə − Marta adlandırdı.
Sonra kiçik bir üsyan edib Martanı hava nasosu, daxma, bir neçə ton torpaq, bir neçə ədəd su çəni və bir robotla təmin etməyə nail oldu. Orada məskunlaşıb ulduzları izləməyə başladı.
Robot iş görən standart model idi. Ona xüsusi yaddaş kartı yerləşdirilmişdi, cəmi otuz söz bilirdi. Mark onu yavaş-yavaş artırmağa başladı. O, ətrafını özünə uyğunlaşdırmağı xoşlayırdı.
Robot lap əvvəldə: “Bəli, cənab!”, “Xeyr, cənab!” deyə bilirdi. Ya da adi şeylərdən xəbər verirdi: “Hava nasosu işləyir, cənab”. “Qarğıdalı çiçək açır, cənab.” Salamlaşmağı da bacarırdı: “Sabahınız xeyir, cənab.”
Mark bunu dəyişdi, robotun lüğətindən “cənab” sözünü çıxartdı. Bərabərlik Markın sevimli qaya parçasında əsas qayda idi. Sonra o, robot – Çarlinin görünüşünü dəyişməyə başladı və onu heç vaxt görmədiyi atasına bənzətdi.
İllər ötdükcə hava nasosu çətinliklə işləməyə başladı, amma asteroiddəki havanı nəfəs almaq üçün yararlı olan oksigenə çevirirdi. Lakin bu havanın bir hissəsi Kainata sızdığından, nasos daha çox işləməli olurdu ki, yeni oksigen əmələ gətirsin.
Dənli bitkilər asteroidin münbit qara torpağında cücərməyə davam edirdi. Mark başını qaldırıb zil qara Kainatı və hərəkətdə olan ulduzları görə bilirdi. Onun ətrafında, altında, başının üstündə də qayalar yerdəyişməyə uğrayır, bəzən də onların hər iki qaranlıq tərəfini ulduzların işığı nurlandırırdı. Arabir Markın gözünə Mars, ya da Yupiter dəyirdi. Yeri gördüyünü də bir kərə zənn etmişdi.
Mark Çarlzın içinə yeni reaksiyalar yükləməyə başladı. O, asan sözlərə uyğun gələn cavabları da əlavə etdi. O soruşanda ki: “Bu necə görünür?”, Çarlz cavab verirdi: “O! Mənə görə, kifayət qədər gözəl”.
Əvvəlcə bu cavablar elə Markın öz-özünə verəcəyi cavablar idi, amma Mark tədricən Çarlzı bir fərd kimi formalaşdırmağa başladı.
Mark hər zaman qadınlardan şübhələnən və onları xoşlamayan biri olmuşdu. Lakin hansısa səbəbdən o, bu hissi Çarlza ötürmədi. Çarlzın bu münasibətdə baxışı tamamilə fərqliydi.
*****
− Qızlar haqqında nə düşünürsən? – gündəlik məişət işlərini görüb qurtardıqdan sonra açılıb-yığılan yeşiyin üstündə oturan Mark soruşardı.
− Nə bilim. Yəqin ki, özünə uyğun olanı tapmaq yaxşı olardı, − Robot gərəkdiyi kimi cavab verər, lentinə yazılmış sözləri eynilə təkrar edərdi.
− Mən indiyədək yaxşı birinə rast gəlməmişəm, − Mark deyərdi.
− Dərd etmə. Bəlkə də, o qədər də çox baxmamısan ətrafına. Bu dünyada hər bir kişi üçün bir qız var.
− Sən romantiksən, − Mark acıqla deyərdi. Robot fasilə edərdi (bu da lentdə nəzərə alınmışdı), sonra da əla şəkildə təşkil olunmuş bir gülüşlə astaca gülərdi.
− Mən Marta adlı bir qız arzulayırdım, − Çarlz deyərdi. – Bəlkə də, diqqətli olsaydım, onu tapardım.
Sonra da yatmaq vaxtı gəlirdi. Bəzən də Mark daha uzun müddət söhbət etmək istəyərdi. “Sən qızlar haqqında nə düşünürsən?” Söhbət elə əvvəlki şəkildə təkrar olunardı.
Çarlz qocaldı. Ayaqlarının hərəkətliliyini itirdi, onun elektrik naqilləri isə yeyilməyə başladı. Mark saatlarla vaxt sərf edirdi ki, robotunu təmir etsin.
− Sən pas atırsan, − o deyinərdi.
− Sən heç özün də cavan oğlan deyilsən, − Çarlz dilini dinc saxlamazdı. Onun demək olar ki, hər hal üçün hazır cavabı vardı. Sükutu pozan yalnız cavablar olurdu.
Martanın üzərində hər zaman qaranlıq olurdu, ancaq Mark vaxtı səhərlər, günortalar və axşamlara bölmüşdü.
Onların həyatı, sadəcə, rutin idi. Tərəvəz və Markın konservlərindən ibarət − səhər yeməyi. Sonra robot tarlada işləyər və ona alışmış bitkilər daha tez böyüyərdü. Mark nasosu qaydasına salar, su ehtiyatını yoxlayar, hədsiz dərəcədə tərtəmiz daxmada yır-yığış edərdi. Lanç vaxtı robotun gündəlik işləri bitərdi.
*****
İki nəfər açılıb-yığılan yeşiyin üstündə oturub ulduzları seyr edərdi. Onlar şam yeməyinədək danışar, bəzən də sonu görünməyən gecəyədək söhbət edərdilər.
Vaxtı çatanda Mark Çarlzın içinə daha mürəkkəb danışıqlar yüklədi. O, əlbəttə ki, robota azad seçim verə bilməzdi, amma o, buna çox yaxın olan bir şey qura bilmişdi. Yavaş-yavaş Çarlzın şəxsiyyəti üzə çıxmağa başladı. Lakin bu, Markınkından təəccüb doğuracaq dərəcədə fərqli idi.
Markın deyingən vaxtında Çarlz sakit olurdu. Mark acıdil olanda, Çarlz özünü sadəlövh kimi aparırdı. Mark həyasızlıq edəndə, Çarlz xəyallara dalırdı. Mark daha çox qəmgin, Çarlz isə hər şeydən razı olurdu.
Və zaman keçdikcə, Mark Çarlzın içinə cavabları yazdığını unutdu. O, robotu təxminən öz yaşıdı olan bir dost kimi qəbul etdi. Uzun müddət sadiq qalmış dost kimi.
− Bir şeyi başa düşmürəm ki, − Mark deyərdi, − sənin kimi bir adamın burada yaşamasına səbəb nədir. Yəni ki, mənim üçün daha da yaxşı. Mən heç kəsə lazım deyiləm, heç özüm də kiməsə əhəmiyyət verməmişəm. Bəs sən niyə?
− Burada bütün dünya gözlərimin önündədir, − Çarlz cavab verərdi. − Yerdə olsaydım, oranı milyardlarla insanla paylaşmalı olacaqdım. Buranın ulduzları isə Yerdəkindən daha böyük, daha parlaqdır. Bütün kainat mənim əhatəmdədir, o qədər yaxındır ki, lap sakit sulartək. Bir də ki, sən varsan, Mark.
− Bəri bax, mənə çatanda həssaslaşma...
− Heç olmuram da. Dostluq itmir. Məhəbbət çoxdan yox olub, Mark. Heç birimizin heç vaxt görmədiyimiz Martaya olan məhəbbətimiz. Buna təəssüflənirəm. Amma dostluq, bir də əbədi gecə qalır.
− Sən lap şairimişsən ki, − eşitdiklərindən azacıq heyran olmuş Mark deyərdi. – Yazıq şair.
Zaman ulduzlar bunu hiss etmədən keçib getdi, nasos isə fısıldayır, cingildəyir və hava buraxırdı. Mark onu durmadan təmir edir, lakin Martanın havası getdikcə daha da azalırdı. Çarlzın tarlalarda işləməsinə baxmayaraq, kifayət qədər nəfəs almayan bitkilər məhv olurdu.
Mark çox yorğun idi, güclə sürünürdü. Çox vaxt yatağında qalırdı. Çarlz paslanmış, cırıldayan ayaqları üzərində yeriyib onu bacardığı qədər yaxşı yedirirdi.
− Qızlar haqqında nə düşünürsən?
− Nə bilim.
− İndiyədək yaxşı birinə rast gəlməmişəm.
Mark elə yorğun idi ki, sonu gözləməyə belə taqəti yox idi. Amma son yaxınlaşırdı. Hava nasosu istənilən vaxt dayana bilərdi. Yemək, demək olar ki, qalmamışdı.
− Bəs sən niyə?
− Burada bütün dünya gözlərimin önündədir...
− Həssaslaşma...
− Və Marta adlı qızın məhəbbəti.
Öz yatağından Mark sonuncu dəfə ulduzlara baxdı. Həmişəkindən daha iri, kainatın sakit sularında əbədi olaraq üzən ulduzlar.
− Ulduzlar... – Mark dedi.
− Bəli?
− Günəş?
− ...elə indiki kimi parlayacaq.
− Lənətə gəlmiş şair.
− Lənətə gəlmiş şair.
− Bəs qızlar?
− Bir kərə Marta adlı qızı xəyallarımda canlandırmışdım. Bəlkə də, belə...
− Qızlar haqqında nə düşünürsən? Bəs ulduzlar? Bəs Yer?
Yatmaq vaxtı gəlib çatmışdı. Bu dəfə birdəfəlik.
Çarlz dostunun nəşi yanında dayandı. Bir dəfə nəbzini yoxladı, sonra quru ələ sallanmağa izn verdi. O, daxmanın küncünə gedib, nəfəsi kəsilmiş hava nasosunu söndürdü.
Markın düzəltdiyi lentin üzərində genişlənməyə doğru gedən bir neçə çat vardı.
− Umidvaram ki, o, Martasını tapacaq, − robot cırıldadı və lent qırıldı.
Onun pas atmış ayaqları bir daha əyilməyəcəkdi və o, ayaq üstə qalıb çılpaq ulduzlara baxdı. Sonra başını aşağı dikdi.
− Tanrı məni otarır, − Çarlz dedi. – Və mənim heç nəyə ehtiyacım olmayacaq. O, məni yaşıl çəmələrə aparır, o, məni yönəldir...
İngiliscədən tərcümə: Svetlana Quliyeva

1563 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024