İzmir və Antalyada Azərbaycan rəssamlarının sərgiləri açılacaq

İzmir və Antalyada Azərbaycan rəssamlarının sərgiləri açılacaq
30 aprel 2026
# 13:00

Türkiyənin İzmir və Antalya şəhərlərində müasir Azərbaycan rəssamlarının sərgiləri açılacaq.

Kulis.az xəbər verir ki, sərgi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Dövlət Rəssamıq Akademiyası, İzmir Azərbaycan və Antalya Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəklərinin dəstəyi ilə təşkil olunacaq.

“Rənglərin zərafəti: Sənətin zəfəri” adlı rəsm sərgisində azərbaycanlı qadın rəssamların, habelə Türkiyədə fəaliyyət göstərən tanınmış rəssamlarımızın əsərləri sərgilənəcək.

İzmir Adnan Sayğun Sənət Mərkəzində aprelin 28-də başlayan və mayın16-dək davam edəcək sərgidə nümayiş etdirilən əsərlər əsasən Azərbaycan mədəniyyəti, Bakı, İzmir, təbiət, Qarabağ, qadın gözəlliyi, sevgi və s. mövzuları əhatə edir.

Sözügedən sərginin Antalyada nümayişi isə mayın 22-də Akdeniz Universitetinin sərgi salonunda nəzərdə tutulub.

# 941 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər