Milli Kitab Mükafatının daha bir kitabı işıq üzü gördü

Milli Kitab Mükafatının daha bir kitabı işıq üzü gördü
2 sentyabr 2011
# 09:52
Azərbaycanın ən böyük ədəbiyyat mükafatının 2-ci yerini qazanan Məqsəd Nurun “Şəhər meri” romanı MKM layihəsi çərçivəsində nəşr olunub.

Bu MKM layihəsi çərçivəsində "Əli və Nino" Nəşriyyatının nəşr etdiyi 2-ci kitabdır. Bundan başqa MKM-in birinci yerin qalibi Pərvizin “Yad dildə” kitabı nəşr olunub.

"Şəhər meri" yaltaqlığın anatomiyasıdır, bir tərəfdən bayağı siyasi plakatlara müəllif ironiyası və xəfif təbəssümdür, başqa tərəfdən, istəkləri və ehtiraslarıyla heyvani olan adamların idarə olunmasında qaçılmazlığı faş edir.

Münsiflər şurası yazıçı Çingiz Abdullayev, yazıçı Afaq Məsud, kinorejissor Rüstəm İbrahimbəyov, Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, millət vəkili, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə ibarətdir.

Əsərlər 10 ballıq sistemlə qiymətləndirilib. İyunun 4-də adları açıqlanan qaliblər - 1-ci yer üç min, 2-ci yer iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunub.

2009-cu ildə təsis olunan Milli Kitab Mükafatı çərçivəsində daha bir qalibi Nəriman Əbdulrəhmanlının “Yolsuz” kitabları yaxın vaxtlarda nəşr olunacaq.
# 1569 dəfə oxunub

Oxşar xəbərlər

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

15:20 30 mart 2026
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

14:32 30 mart 2026
"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər