“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi
8 oktyabr 2026
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsində Vüsal Bağırlının “Derbi” hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Samirə Əşrəf:

"Belə hekayələr, adətən, popkorn təsiri bağışlayır. Sözün düzü, xoşuma gəlmədi. Hekayədə xüsusi çalar, oxucunu cəlb edəcək məqam yox idi. Oğlan uşağının fantaziyası və atasının bunun üzərində işləməsi maraqlı idi. Ancaq hekayənin əvvəlindəki ata-oğul dialoqundan etibarən hadisələrin necə inkişaf edəcəyini bilirdim. Heç bir gözlənilməzlik yox idi. Hekayədə gözlənilməzlik, sonluğa aparan stansiyalarda bilinməzlik olanda mətn oxucu üçün daha maraqlı olur. Müəllifə uğurlar arzu edirəm. Belə mətnlər də olur. Ümid edirəm ki, gələcəkdə onun daha maraqlı mətnlərini görəcək və oxuyacağıq."



Sara İbrahim:

"Vüsal Bağırlının müzakirə edilən “Derbi” hekayəsini oxudum. Hekayədə “Yuxarıda elə arxayın, şahanə tərzdə oturdu ki, sanki dəvəyə qalxmış sarvan karvanı səhradan keçirirdi” kimi xoşuma gələn cümlələr oldu, amma bəzi cümlələr yersiz uzadılır, mürəkkəbləşdirilir və bu da oxu tempini aşağı salırdı. Məsələn:

“Əslində tək boynuma dırmanmadı, bədənlə başı birləşdirən, yemək qəbulu zamanı ağızla mədə arasında qida körpüsü rolunu oynayan vətərli orqanı əməli-başlı mindi”.

Müəllif fikrini niyə belə dərələrdən, təpələrdən keçərək çatdırmaq istəyir? Oxucu hekayənin bu hissəsinə çatanda düşünür ki, görəsən, müəllif “bədənlə başı birləşdirən, yemək qəbulu zamanı ağızla mədə arasında qida körpüsü rolunu oynayan vətərli orqan” yazmaqla nə demək istəyir? Sadəcə, “Sinəmə çökdü” yazsa, daha aydın olmazdımı?

Mətndə belə cümlələr çoxdur. Vüsal Bağırlının bundan əvvəl müzakirə edilən hekayəsi də yumorla yazılmışdı. Bu hekayə, əvvəlki ilə müqayisədə, daha yaxşı işlənib. Lakin o da əvvəlki kimi ictimai yükü olmayan bir mətndir. Vüsal Bağırlıda yaxşı əsər yazmaq potensialı var və onun gələcəkdə daha yaxşı hekayələr yazacağına inanıram".



Orxan Həsəni:

"Bu, hekayə yox, uğursuz lətifədir. Heç bir ədəbi zövq almadım, mənə heç nə demədi. Bu cansız və maraqsız mətnə nə ehtiyac var? Vüsal bəyin yaxşı yazılarını oxumuşam. “Derbi” isə məni təəccübləndirdi və məyus etdi".

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər