Öz kəşfinin qurbanı olan qadın

Öz kəşfinin qurbanı olan qadın
15 oktyabr 2012
# 07:30
Həm şöhrət, həm də pul gətirən şeylərdən biri də kəşfdir. İnsanlar həmişə nəsə icad etməyi arzulayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub:

Mariya Küri – kimyagər


İki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib.

Tomas Endrüs - memar

İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan “Titanik” gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb.

Horas Louson Hanli – hərbçi

Konfederasiya ordusunda hüquqşünas və dəniz mühəndisi kimi fəaliyyət göstərən Hanli ABŞ Vətəndaş Müharibəsində sualtı qayıq ixtirası ilə məşhurlaşıb. Sualtı qayıqla ilk səfərində 9 nəfərlik heyətin 5 nəfəri dünyasını dəyişib. Daha bir sınaqda özü də içində olmaqla bütün heyət həyatını itirib.

Aleksandr Boqdanov – həkim

Boqdanovun adı bəlkə çoxuna yaddır, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. İqtisadçı, professor, həkim Boqdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürüb. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düçar olub. Həkimlər onun infeksiyalı, yaxud uyğun olmayan qan istifadə etdiyi üçün öldüyünü deyirlər.

Uilyam Ballok – naşir

1863-cü ildə fırlanan çap maşınını kəşf edən Uilyam Ballok bir gün təsadüfən xarab olan maşına əsəbiləşərək onu təpikləyib. Belə bir versiyada var ki, bilməyərəkdən ayağı maşının harasınasa ilişib. Ayağı infeksiyaya yoluxub və o, bir müddət sonra qanqrendən dünyasını dəyişib.

Digər qəribə ölümlər…

Verilişdə intihar edən aparıcı


Kristin Çabbak televiziyada intihar edən ilk və yeganə xəbər aparıcısı kimi tarixə düşüb. O, 1974-cü ildə televiziya proqramının başlamağından 8 dəqiqə sonra depressiyaya düşərək bunları deyib: “Kanalımız 40 ildir ki, xəbərləri, qanlı cinayətləri və fərqli yanaşmaları birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”, - deyərək tapançasını çıxarıb və başına atəş açıb.

Fransız baş nazirin ölümü

1890-cı ildə Fransanın baş naziri olan Feliks Faure öz ofisində məşuqəsi ilə sevişərkən həyatını itirib.

Qatili kompüter oldu

28 yaşlı Li Sanq Seop 2005-ci ildə internet kafedə 50 saat dayanmadan kompüterdə oyun oynayıb və dünyasını dəyişib.

Ayı qucaqlamaq istədi

Şair Li Po Çin ədəbiyyatının ən yaxşı şairlərindən hesab olunur. Şair həm də likor aludəçisi kimi də tanınır. Ən yaxşı şeirlərini sərxoş halda yazan Li Po bir gecə Yantszı çayında qayıqla gəzəndə suyun üstünə düşən ayın əksinə elə vurulub ki, onu qucaqlamaq istəyib və çayda boğularaq ölüb.

Ən uzun bığın cəzası

Avstriyalı Hans Şteininger 1,4 metrlik bığı ilə tanınırmış. 1567-ci ildə şəhərdə yanğın başlayıb. Hans qaçanda bığını yığmaq yadından çıxıb. Çox keçməmiş bığını tapdalayıb, yuvarlananda boynu qırılıb və ölüb.

Parolunu unudan Cek Deniel

Məşhur viski istehsalçısı Cek Deniel səhər işə tez gəlib kassasını açmaq istəyib. Ancaq parolunu heç cür yadına sala bilməməyinə əsəbiləşib kassaya təpik vurub. Nəticədə, Denielin ayağının baş barmağı zədələnib və bir müddət sonra infeksiyadan dünyasını dəyişib.

Yeyə-yeyə ölən kral

İsveç kralı Adolf Frederik yemək sevgisi ilə tanınırmış. “Ölümüm döyüş meydanında yox, yemək süfrəsində olsun” sözünün müəllifi Frederik elə istədiyi kimi də ölüb. 1771-ci ildə, 61 yaşında kök supu, balıq, ikra, xərçəng, 10 qədəh şərab və 14 pors şirniyyat yeyəndən 5 dəqiqə sonra nəfəsi kəsilib.

Harri Haudini - sehrbaz

Tarixin ən böyük sehrbazlarından olan Harri Haudini bir səhvin qurbanı olub. O, şoudan əvvəl iki kollec tələbəsinin fiziki gücünü nümayiş etdirmək xahişinə yox deyə bilməyib. Bədəninin nə qədər yumruğa tab gətirəcəyini göstərmək istəyən Haudninin iltihablı korbağırsağı partlayıb. Sehrbaz əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hazırladı: Günel Əsgərzadə
# 4581 dəfə oxunub

Oxşar xəbərlər

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər