Rusiya bazarlarından insan mənzərələri  HƏYAT HEKAYƏLƏRİ

Rusiya bazarlarından insan mənzərələri  HƏYAT HEKAYƏLƏRİ
24 oktyabr 2013
# 07:45

1982-ci il­də Ros­tov­da­kı İs­lah Əmək Ko­lo­ni­ya­sın­dan bu­ra­xıl­dıq­dan son­ra iki ay Ba­kı­da ya­şa­dım, uças­t­ko­vı ilə iş­lə­ri­mi qay­da­ya sal­dım, bil­dir­dim ki, gül alve­riy­lə məş­ğul ol­maq is­tə­yi­rəm. Tak­sa­nı da­nı­şıb xleb­ni­kim Sa­şa Maslyukovgi­lə, bir ne­çə gün­lü­yə Mos­k­va­ya is­ti­ra­hə­tə yo­llan­dım. San­ya hə­lə zon­da olar­kən de­miş­di ki, «İz­may­lov­skiy Park» met­ros­tan­si­ya­sı həndəvərindəki fəh­lə ya­taq­xa­na­la­rın­da mə­nə yer dü­zəl­də bi­lər. Şu­ri­kin birotaq­lı kom­mu­nal mən­zi­lin­də bir gün ya­şa­dıq­dan son­ra ya­xın­lıq­da­kı yataqxa­na­da ge­cə­lə­mək üçün yer tap­dım. Bu­ra­da İz­may­lov­s­ki ba­zar­da alver eləyən da­ha beş-­al­tı azə­ri ba­la­sı da məs­kun­la­şır­dı. Elə bi­rin­ci gün­dən iş­lə­rim xod ge­dir­di. Nov­xa­nı­lı uşaq­la­rın gə­tir­dik­lə­ri gül­lə­ri «Rijsiy» ba­zarda xı­rıd eləmək­lə gü­nü­mə on-on beş ma­nat qa­za­nır­dım. O vax­t­lar üçün on beş manat fəh­lə­nin ay­lıq mə­va­ci­bi­nin beş­dən bi­ri de­mək idi. Son­ra­lar­dan tək işləmə­yə, mey­və ti­ca­rə­ti­nə gi­riş­dim. Bu iş da­ha sər­fə­li, da­ha asan alı­nır, qazan­cım da­ha çox olur­du.

Brej­ne­vin və­fa­tın­dan dər­hal son­ra Mos­k­va­ya ge­diş-­gə­liş, gül və mey­və al­ve­ri xey­li çə­tin­ləş­miş­di. An­d­ro­po­vun əm­ri­nə gö­rə al­ver­çi­lər, ava­ra­lar, möh­tə­kir­lər ba­zar­dan tu­tu­lub bir­ba­şa men­tov­ka­ya gə­ti­ri­lir, möh­kəm­cə əziş­di­ril­dik­dən sonra ya­xın iki gün ər­zin­də şə­hər­dən çı­xa­caq­la­rı haq­qın­da il­ti­zam ya­za­raq azad edi­lir­di­lər. Bü­tün İt­ti­faq­da tut­ha­tut baş­lan­mış­dı. Tür­mə­lər­də, Mo­kvaətrafı dü­şər­gə­lər­də sax­la­nı­lan­la­rı otur­t­ma­ğa yer ol­ma­dı­ğın­dan xır­da-­mır­da al­ver­çi­lə­ri uza­ğı on-­on beş sut­ka sax­la­yıb yum­şaq ye­ri­nə bir tə­pik vu­ra­raq bu­ra­xır­dı­lar­sa, iri kor­rup­sio­ner­lə­ri, se­xov­şik­lə­ri, fab­rik-­za­vod di­rek­tor­la­rı­nı, zav­maq­la­rı Yejov vax­tın­da ol­du­ğu ki­mi bir həf­tə­yə hök­mü­nü oxu­yub gül­lə­lə­yir­di­lər. Leninqradda, res­pub­li­ka­la­rın pay­tax­t­la­rın­da da və­ziy­yət Moskva­da­kı ki­mi idi.

O vax­t­lar biz – yed­di-­sək­kiz nə­fər az­əri ba­la­sı «İz­may­lov­s­ka­ya» metrostansiya­sı­nın ya­xın­lı­ğın­da­kı «Bom­bey» ad­lan­dır­dı­ğı­mız, to­xu­сu fab­ri­ki­nə məx­sus ya­taq­xa­na­da sut­ka­sı iki ma­nat­dan iki otaq ki­ra­yə­lə­miş­dik. Ax­şam bazar­dan qa­yı­dan­da adə­tim üz­rə fo­ye­də­ki aş­xa­na­ya gi­rib yün­gül qəl­ya­nal­tı etmə­yi dü­şü­nür­düm. Bu­ra gün­düz­lər sto­lo­va­ya, ax­şam sa­at sək­kiz­dən son­ra isə res­to­ran-bar, disko­te­ka ki­mi iş­lə­yir­di. Qa­pı­da otu­ran Mi­la ar­vad mə­ni gö­rən ki­mi şə­ha­dət bar­ma­ğı­nı çar­paz­la­yıb do­daq­la­rı üs­tə qoy­du, işa­rə ilə ya­nı­na çağır­dı:

- Men­t­lər gəl­miş­di, pas­por­t­la­rı yox­la­yır­dı­lar. Öz­bək­lə­ri yı­ğış­dı­rıb apar­dı­lar. Yəqin ki, ye­nə gə­lə­cək­lər. Eh­ti­yat­lı olun, yax­şı­sı bu­dur ki, hə­lə ka­me­ra­la­ra qal­x­ma­ya­sı­nız, – pıçıldadı.

Mi­la qırx beş il­lik hə­ya­tı­nın sək­kiz ili­ni qa­dın ko­lo­ni­ya­sın­da çü­rüt­müş­dü və bi­lir­di ki, mə­nim də uşaq­lı­ğı­mın iki ili det­ko­lon­da, al­tı­sı isə İr­kutsk, Rostov zon­la­rın­da ke­çib. Hər­dən onu mer-­mey­və ilə qret elə­di­yim­dən, çay­pu­lu ver­di­yim­dən xətri­mi çox is­tə­yir, tü­pür­cək­li do­daq­la­rıy­la üzüm­dən öpər­di. Res­to­ra­na gi­rən­də hə­mi­şə otur­du­ğu­muz sto­lun ət­ra­fın­da dörd həm­və­tənimin əy­lə­şib pi­və içdikləri­ni gör­düm. Ha­mı­sı­nın si­fə­ti qay­ğı­lı idi. Lən­kə­ran­lı Azi­kin üzün­dən isə zəh­ri­mar ya­ğır­dı. Lülqənbər idi. Tü­rmə­dən çıx­dı­ğı cə­mi dörd ay olar­dı, «İzmaylov» ba­za­rın­da po­mi­dor-­xi­yar, bi­bər-­gö­yər­ti sa­tır, qa­zan­dı­ğı­nın ha­mı­sı­nı ob­şe­jit­ye­nin «fı­nış»la­rı­na (yüngüləxlaqlı qadın-Red. )xər­c­lə­yir­di.

– Nə olub, qa­nı­nız ni­yə qa­ra­dır? – so­ruş­dum.

- Azi­kin mal­la­rı­nı əlin­dən alıb­lar, özü­nü də möh­kəm­cə dö­yüb­lər, – za­qa­ta­la­lı Əf­la­tun dil­lən­di. – Qa­pon­lar mə­nim də üç yüz ki­lo­dan çox so­ğa­nı­mı, iki me­şok sa­rım­sa­ğı­mı içə­ri sal­maq, üs­tə­lik döy­mək is­tə­yir­di­lər. Hə­min vaxt uças­t­ko­vı tatar Fərid gə­lib çıx­ma­say­dı, işim fı­rıq ola­caq­dı.

Qa­pı açıl­dı və oğ­lan ki­mi cins kos­t­yum ge­yi­nib saç­la­rı­nı lap qı­sa vur­dur­muş Zoya içə­ri gir­di. Ha­mı­nın «Kos­mo­dem­yan­s­ka­ya» ad­lan­dır­dı­ğı mə­lək si­fət­li bu qız ya­taq­xa­na­nın bi­rin­ci gö­zə­li sa­yı­lır­dı. Sa­rım­tıl-­qır­mı­zı saç­la­rı­na gö­rə azərbaycan­lı­dan çox slav­ya­na ox­şa­yan Əp­pü­lüş­lə şu­rı-­mu­rı fır­la­dan, fab­ri­kin baş tex­no­lo­qu­nun ka­ti­bə­si ki­mi pres­tijli və­zi­fə da­şı­yan bu «fe­ya» onun­la komso­mol to­yu et­mək və mən­zil al­maq fik­rin­dəy­di. Zoy­ka gə­lə­cək əri­ni fabrikdə rem­se­xə işə dü­zəl­də­cə­yi­nə söz ver­miş­di. Əv­vəl­dən da­nış­mış­dı­lar – bir il­dən son­ra bo­şa­na­caq­dı­lar. Zoy­ka­ya mən­zil, Əf­la­tu­na isə Mos­k­va­ya qeydiyyata düş­mək la­zım idi. Bu üsul­dan o vax­t­lar gür­cü­lər, er­mə­ni­lər da­ha sə­mə­rə­li is­ti­fa­də edir­di­lər. On­lar ev­lən­dik­dən son­ra bir uşaq «əkib» ikiotaq­lı mən­zil al­dıq­dan son­ra ya bir-­bir­ilə­ri­nə isi­ni­şə­rək hə­mi­şə­lik ai­lə­nin tə­mə­li­ni qo­yur, ya da ay­rı­la­raq hə­rə­si bir otaq­da ya­şa­yır­dı­lar. Am­ma bö­yük ək­sə­riy­yət qey­di­yya­ta düş­mək na­mi­nə «bö­yük­lə­rin mə­şu­qə­lə­ri» ilə iz­di­va­ca av­toq­raf qoyur­du­.

Əp­pü­lüş Zo­ya­nı gö­rən ki­mi söh­bə­ti­ni ya­rım­çıq kə­sib ye­rin­dən qal­x­dı, döş cibindən çı­xar­dı­ğı qı­zılgü­lün lə­çək­lə­rini sı­ğal­laya-­sı­ğal­la­ya qı­za tə­rəf yü­yür­dü. Yün­gülcə öpüş­dük­dən son­ra on­lar za­lın kün­cün­də­ki sto­lun ar­xa­sı­na otur­du­lar.

O vax­t­lar tək­cə al­ver­çi­lər de­yil, Mos­k­va­nın ali mək­təb­lə­rin­də təh­sil­lə­ri­ni ba­şa vu­ran tə­lə­bə­lər də pay­tax­t­da qal­maq üçün bu üsul­dan ya­pı­şır­dı­lar.

Az son­ra bi­zim qız­lar da sto­lu­mu­zun ət­ra­fı­na top­laş­dı­lar. Biz ye­yib-­içir, rəqs edir­dik­sə də, göz­lə­ri­miz qa­pı­da idi. Hər an men­t­lər içə­ri do­lu­şa, biz­lə­ri qız­la­rın ya­nın­da gö­zü­köl­gə­li edə bi­lər­di­lər. Adı­mı­zın «it» dəf­tə­ri­nə düş­mə­mə­yi üçün qal­dı­ğı­mız ya­taq­xa­na­nın qız­la­rı­na yal­var­dıq ki, iki gün ba­zar­da­kı mal­la­rı satmağa kö­mək­lik et­sin­lər. Mə­nim «Rij­s­kiy vağ­zal» ba­za­rın­da yüz əl­li ki­lo Maca­rıs­tan­dan gə­ti­ril­mə apel­si­nim, bir o qə­dər də al­ma-ar­mu­dum var­dı. Bazar­da­kı men­t­lə­rin ək­sə­riy­yə­ti­lə ün­siy­yə­ti­miz yax­şı ol­sa da, on­la­ra bel bağlaya bil­məz­dim, çün­ki ob­la­va­nı KQB-ş­nik­lər apa­rır­dı­lar. Ya­taq­xa­na­da yaşadı­ğım vax­t­lar­da pul xər­clə­di­yim Ma­ri­na fab­rik­də həm kom­so­mol komitəsin­də ka­tib idi, həm də «udar­nik kom­so­mol­s­ko­qo tru­da» ti­tul­lu to­xucu ki­mi ta­nı­nır­dı. Dö­şün­də hər iki zna­çok hə­mi­şə yan-­ya­na qı­za­rır­dı. Tək­li­fi­mi eşidən­də Ma­ri­na­nın si­fə­ti əv­vəl­cə qıp­qır­mı­zı la­lə ki­mi qı­zar­dı, son­ra kültə­k bozar­dı və ba­zar­da pri­lav­ka ar­xa­sın­da da­yan­ma­ğa qə­ti eti­raz et­di. «Kim­sə görüb ta­nı­ya, rəh­bər­li­yə xə­bər ve­rə bi­lər», – de­yə­rək qə­fəs­də­ki ca­na­var ki­mi sto­lun ət­ra­fın­da var-­gəl elə­mə­yə baş­la­dı, ağ­la­dı. Am­ma onun­la iş­lə­yən rə­fi­qə­si Ver­ka və­ziy­yət­dən ha­li olan ki­mi si­nə­si­ni irə­li ve­rib: «Mən sa­ta­ram mey­və­lə­ri», – de­di. Ros­tov­dan olan bu qı­zın hə­lə iyir­mi ya­şı ta­mam ol­ma­mış­dı, özü də Mari­na­dan da­ha gö­zəl idi. Ak­t­ri­sa ol­maq ar­zu­suy­la Mos­k­va­ya gəl­miş, am­ma in­s­ti­tu­ta qə­bul olu­na bil­mə­miş­di. Çox mə­la­hət­li sə­si, ava­zı var­dı. Hər­dən yataq­xa­na­da təş­kil elə­di­yi­miz ve­çe­rin­ka­lar­da iki-­üç stop­ka ça­xır gil­lə­dən­dən son­ra Don ça­yı­nın şı­rıl­tı­sı­na bən­zər hə­zin səs­lə oxu­yar­dı. Ma­ri­na bir ne­çə də­fə ona him-­сim et­sə də, Ver­ka heç nə gör­mür­müş ki­mi is­ti­ra­hət gün­lə­ri­ni bazarda da­ya­nıb alver et­mək is­tə­di­yi­ni söy­lə­di:

- Ba­xar­sı­nız, mən əsl kol­xoz­çu qız ro­lu­nu ne­cə mə­ha­rət­lə ya­ra­da­caq, müştərilə­ri han­sı avaz­la ça­ğı­ra­ca­ğam, – de­yib qəh­qə­hə çək­di.

Çox­dan hiss eləyir­dim ki, Ver­ka mə­nə qar­şı eti­na­sız de­yil.

- A es­li te­bya prixva­tyat fa­rao­nı? – tit­rə­yiş­li səs­lə Ma­ri­na pı­çıl­da­dı. – Fab­rik rəhbər­li­yi­nə nə ca­vab ve­rə­cək­sən? Elə bi­lir­sən, mən ax­ma­ğam və sə­nin han­sı dü­şün­cə­lər­lə bu işə ra­zı­lıq ver­di­yi­ni ba­şa düş­mü­rəm? Sən bu­ra­da baş­qa rol oy­na­maq fik­rin­də­sən; pla­nın Ali­ki əlim­dən al­maq­dır. - Ma­ri­na sto­la dirsəklənərək ağ­la­ma­ğa, sız­la­ma­ğa baş­la­dı. – Onu da bi­li­rəm ki, Alik çox­dan mə­ni at­maq is­tə­yir­di və bu spek­tak­lı əv­vəl­cə­dən qu­raş­dır­mı­sı­nız. Ba­xar­san, tez­lik­lə Alik sə­ni ba­zar fa­hi­şə­si­nə çe­vi­rə­cək. Sən­dən is­ti­fa­də edib, cın­dır əs­gi kimi ata­caq. Gə­lən il sən in­s­ti­tu­ta yox, pro­kra­tu­ra­ya im­ta­han ve­rə­cək­sən. Əgər ba­za­ra get­sən, sə­ni kom­so­mol sı­ra­la­rın­dan qo­va­ca­ğıq.

- Çox la­zım idi mə­nə si­zin fab­rik, – Ve­ra səh­nə­də mo­no­loq söy­lə­mə­yə hazırlaşan müs­bət qəh­rə­man ki­mi si­nə­sini qa­bar­da­raq pa­fos­la dil­lən­di. – Fabrik­də im­p­ro­vi­za­si­ya üçün bir dam­cı da şə­rait yox­dur. Ba­zar isə əsl yaradıcılıq mey­da­nı­dır. Bu­ra­da mən həm baş ro­lun ifa­çı­sı, həm re­jis­sor, həm də sse­na­ri müəl­li­fi ola­cam.

Ve­ra­nın yax­şı ak­t­ri­sa ol­du­ğu­nu elə sə­hə­ri gün yə­qin et­dim. Mən ən son dəb­lə tik­dir­di­yim qa­ra kos­t­yu­mu ge­yib, ya­şıl qal­s­tuk bağ­la­mış­dım. En­li yan­la­rı olan fetr şlya­pa­da lap Alen De­lo­na bən­zə­yir­dim. Ve­ro­ni­ka isə ba­şı­na gül­lü ör­pək, be­li­nə uzun şarf do­la­mış­dı, lap Don ka­zaç­ka­la­rı­na ox­şa­yır­dı. Ən­lik-­kir­şan­sız üzü so­yuq­dan si­nab al­ma­sı ki­mi ötə­rgi qı­zar­mış­dı, göz­lə­ri par­la­yır­dı. Ba­za­rın içindəki ka­fe­də otu­rub Ver­ka­nın işi­nə nə­za­rət edir, men­t­lə­rin ob­xo­du­nu gözləyir­dim. Ba­zar­da qaf­qaz, aziat mil­lə­tin­dən bir­cə nə­fər də alver­çi yox idi. Üç-­dörd nə­fər qar­tı­mış rus qa­dı­nın qar­şı­sın­da­kı pri­lav­ka­da isə an­caq yerkö­kü və kar­tof tığ­lan­mış­dı. Ve­roç­ka isə öz işin­də idi – mə­la­hət­li səs­lə müş­tə­ri­lə­ri səslə­yir, ma­car apel­si­ni və Qu­ba al­ma­sı­nın vi­ta­min da­ğar­cı­ğı ol­du­ğu ba­rə­də mü­ha­zi­rə oxu­maq­la alve­ri­ni edir­di. Bir ne­çə mül­ki pal­tar­lı, ye­riş­lə­ri və sifətlərində­ki müş­tə­beh­lik­dən firon­luq ya­ğan ki­şi ba­zar­da şəs­t­lə irə­li­lə­yə­rək özlə­rin­dən ra­zı hal­da mü­rəx­xəs ol­duq­dan aza­cıq son­ra göy­çay­lı Ən­vər­lə qax­lı Sə­bu­hi qor­xa-­qor­xa ka­fe­yə gir­di­lər və bir­ba­şa üs­tü­mə cum­du­lar.

– Alik, sən mə­nim ca­nım, çu­vi­xa­na tap­şır, mə­nim qoz-­fın­dıq lə­pə­lə­ri­mi də xı­rıd elə­sin, qa­zan­cın ya­rı­sı­nı ona ve­rə­rəm, – de­yən Sə­bu­hi xir­t­də­yi­nin də­ri­sin­dən ya­pı­şa­raq «mən ölüm» çək­di.

Ən­vər də gü­lö­yşə nar­la­rı də­yər-­dəy­mə­zi­nə mə­nə sı­rı­yıb tə­lə­sik ba­zar­dan qaçdı. Gü­nor­ta­ya ya­xın nax­çı­van­lı Əziz ərik qu­ru­su­nu, öz­bək Ka­sum isə bir kisə kiş­mi­şi ya­rı qiy­mə­tə al­ma­ğı­mı tə­vəq­qe elə­di­lər. Ve­roç­ka­nın qar­şı­sın­da­kı piş­tax­ta­nın üs­tü müx­tə­lif mal­lar­la do­lub-bo­şal­dıq­сa əh­val-­ru­hiy­yə­si dox­san doq­qu­za yük­sə­lir, ava­zı da­ha da şi­rin­lə­şir­di. Öz­lü­yüm­də he­sab­la­mış­dım, harada­sa, iki min ma­na­ta ya­xın qa­zan­cı­mız ol­ma­lı idi. «Rijs­kiy Vok­zal» metrosu­nun ya­nın­da­kı bis­t­ro­ya qəl­ya­nal­tı elə­mə­yə yol­lan­dıq. Qar­son yeməyimi­zi gə­ti­rə­nə qə­dər pul­la­rı sor­t­laş­dır­dım və özü­mə ça­ta­sı məb­lə­ği ayırdıq­dan son­ra üç min iki yüz qırx dörd ma­nat qa­zanc gö­tür­dü­yü­müz bəl­li ol­du.

– Ve­roç­ka, lyu­bov mo­ya, sən fab­rik­də aya ne­çə ma­nat qa­za­nır­dın? – qri­lin qıçı­nı qo­pa­ra­raq onun nim­çə­si­nə qo­yar­kən so­ruş­dum.

- Yüz otuz ma­nat. – «Kür­də­mir» ça­xı­rı­nı ləz­zət­lə sü­mü­rən Ver­ka fu­je­ri­ni boşalda­raq ca­vab ver­di.

- Gö­tür, mo­ya las­toç­ka. Bu­ra­da sə­nin bir il­lik mə­va­ci­bin qə­dər­dir, – de­yə­rək min al­tı yüz iyir­mi iki ma­na­tı onun döş ci­bi­nə dür­tüş­dür­düm.

- Nə da­nı­şır­san, Alik? – qız ye­ni­cə diş­lə­di­yi bud əti­ni ud­qu­na-­ud­qu­na içə­ri ötürə­rək pör­t­müş hal­da dil­lən­di. – Bir qə­pik də gö­tür­mə­rəm. Hə­ya­tım­da bu gün qı­zıl hər­f­lər­lə ya­zı­la­caq. Bu, mə­nim sti­xi­yam, ən ma­raq­lı, ən xoş­bəxt sa­at­la­rım idi. Mən san­ki MXAT-­ın səh­nə­sin­də ak­t­yor­luq kar­ye­ra­mın ən va­cib ro­lu­nu oy­na­yır­dım.

KQB əmək­daş­la­rı Mos­k­va­da elə bir xaos ya­rat­mış­dı­lar ki, kol­xoz­lar­da iş­lə­dik­lə­ri ba­rə­də ara­yış­la­rı ol­ma­yan alver­çi­lər bu­run­la­rı­nı ko­nu­ra­dan çı­xa­ra bil­mir­di­lər. Ve­ro­ni­ka ilə ikin­ci iş gü­nü­müz də uğur­lu alın­dı. Ka­fe­də otu­rub qə­zet­lə­ri vərəqləyir, öl­kə­də baş ve­rən­lə­ri an­la­ma­ğa ça­lı­şır­dım. «İz­ves­tiya» qə­ze­tin­də Döv­lət İm­port-­Ek­s­port İda­rə­lə­ri­nin rəh­bər­lə­ri Siel­ya­kov və Pav­lo­vun həb­si barə­də xə­bər ve­ri­lir­di.

Qə­zet onu da bil­di­rir­di ki, həbs olun­duq­dan iki gün son­ra on­la­rın haq­qın­da çıxa­rı­lan gül­lə­lən­mə hök­mü ye­ri­nə ye­ti­ri­lib. Sən de­mə, on­la­ra hö­ku­mət dai­rə­lə­ri­nin ən yum­şaq kres­lo­sun­da otu­ran­lar­dan bi­ri – İnozem­sev «krı­şa­lıq» edir­miş.

«Prav­da» qə­ze­tin­də isə rəh­mət­lik Brejne­vin qı­zı Qa­li­na Leo­ni­dov­na və Bo­ris Alek­san­d­ro­viç Bur­ya­tov­s­ki haq­qın­da mə­zə­li bir ya­zı dərc olun­muş­du. Sən demə, qen­se­kin qı­zı­nın ət­ra­fın­da do­la­nan mil­yo­ner­lə­rə ge­ne­ral S.K.Svi­qun «pa­ro­vozluq» (baş­çı­lıq) edir­miş. Sem­yon Kuz­mi­çin da­ça­sın­da apa­rı­lan şmon­dan son­ra bö­yük sto­lun üs­tü ba­lon­lar­la bril­yan­t­lar, qı­zıl kər­pic­lər, val­yu­ta və ən qə­dim an­tik­var şey­lər­lə dol­muş­du. Hə­min ge­cə Svi­qun da­ça­sın­da özü­nü gül­lə­lə­mək­lə in­ti­har et­miş­di.

Bir söz­lə, tut­ha­tut, gü­llə­lə­ha­gül­lə­lə idi. Da­nı­şır­dı­lar ki, Me­du­nov, Çur­ba­nov, İşkov, Rı­kov və Şe­lo­ko­vu da ey­ni aqi­bət göz­lə­yir.

Mos­k­va­da qal­maq hər an tu­tul­maq, ən azı, on beş sut­ka alıb kü­çə süpürməyim­lə ta­mam­la­na bi­lər­di. Ara­dan si­viş­mək, pay­tax­t­dan uzaq­laş­maq la­zım idi. Na­ra­hat­lı­ğı­mı gö­rən Ve­ro­ni­ka qır-­saq­qız olub ya­xam­dan ya­pış­dı ki, Ros­to­va ge­dək.

Ax­şam SV va­qo­na bi­let gö­tü­rüb cə­nu­ba tə­rəf üz tut­duq...

Ros­tov əha­li­si­nin ya­rı­dan ço­xu zek hə­ya­tı ya­şa­mış adam­lar­dır. İt­ti­faq­da paç­ka bas­maq­da, kuk­la qoy­maq­da, fı­rıl­daq və oğur­luq­da Odes­sa­dan son­ra ikin­ci ye­ri zəbt elə­miş Don şə­hə­ri də arı pə­tə­yi ki­mi qay­na­yır­dı. Üç il­dən də çox bu­ra­dakı düşərgələrdə nə­fəs al­dı­ğım­dan ağ­lı­ma bi­rin­ci gə­lən fi­kir Çal­tır­da­kı ko­lo­na qrev apar­maq ol­du. Ve­ro­ni­ka isə ilk gün­dən alve­rə baş­la­ma­ğı tə­kid edir­di. Moskvada iki gü­nə qa­zan­dı­ğı iki min beş yüz ma­nat onu ya­man­ca şir­nik­dir­miş­di.

– La­ge­rə sa­bah-­bi­ri­gün ge­də­rik, Alik, – de­yə mə­ni fik­rim­dən dön­dər­mə­yə çalışır, zor­la Ta­qan­roq və Va­vi­lov kü­çə­lə­ri­nin kə­siş­di­yi yer­də­ki mey­və ba­za­sı­na get­mə­yi­mi­zi is­tə­yir­di.

- Əzizim, sən ovoş­ba­za­ya get, nə ala­ca­ğı­mı­zı sor­t­laş­dır, siyahı tut, mən isə Çaltı­ra də­yib qa­yı­da­ca­ğam, – de­dim.

- Mə­ni qo­yub qaç­maq is­tə­yir­sən, Alik? – kü­çə­nin or­ta­sın­da ya­xam­dan ya­pı­şıb hön­kü­rə-­hön­kü­rə üzü­mü öp­mə­yə baş­la­dı.

- Ay də­li, sən­dən heç bir də­qi­qə də ara­lı qal­maq fik­rim yox­dur, – bar­ma­ğım­la göz yaş­la­rı­nı si­lib ca­vab ver­dim, – axı on­lar­la min iki yüz gün çö­rək kəs­mi­şəm, xleb­nik­lə­rim otu­rur ora­da. Ros­to­va gə­lib on­la­rı yad elə­mə­səm, çö­rək göz­lə­ri­mi kor qo­yar. Axı on­lar da mə­nim dos­t­la­rım, qa­za­mat yol­daş­la­rım­dır. Cə­mi­si iyir­mi ki­lo­metr yol­dur...

Ra­zı­laş­dı. Prod­maq­dan «Av­ro­ra», bir qu­tu «Gür­cüs­tan» ça­yı, kol­ba­sa, brın­za, hol­land pen­di­ri, çö­rək al­ıb taç­ka­nın yük ye­ri­ni dol­dur­duq.

– Gedək, ba­zar­dan mey­və də gö­tü­rək, – Ve­roç­ka tək­lif et­di, – gö­rək bu­ra­da al­ma ne­çə­yə­dir?

Ba­zar­da qu­ba­lı uşaq­lar qrev apar­dı­ğı­mı­zı eşi­dib biz­dən pul gö­tür­mə­di­lər.

- Hik­mət üçün apa­rır­san? – de­yə kul­yok­la­rı ar­xa otu­ra­ca­ğa rah­la­yan oğ­lan soruş­du. – Hə­lə qo­lo­dov­ka­nı da­yan­dır­ma­yıb.

- Hik­mət kim­dir? Qo­lo­dov­ka nə­dir?

- De­yə­sən, Ros­to­va tə­zə gəl­mi­sən, – oğ­lan göz­lə­ri­ni qı­yıb tə­əccüb­lə mə­nə bax­dı. – Bü­tün Ros­tov 17-ci ko­lon­dan da­nı­şır, Ba­kı­dan, Tbi­li­si­dən, Mos­k­va­dan gə­lən­lər də var. Zo­nun bü­tün məh­bus­la­rı ac­lı­ğa otu­rub­lar. Sa­bi­ra­bad­lı Hik­mət on üç gün­dür, heç nə ye­mir. De­yir­lər, lap üzü­lüb.

Oğ­lan azə­ri di­lin­də üyü­düb tök­dük­cə Ve­ro­ni­ka hə­yə­can­la gah ona, gah da mə­nə ba­xa­raq:

- Alik, çto slu­çi­los? – de­yib tək­rar-­tək­rar so­ru­şur, pal­to­mun qol­la­rı­nı dartışdırırdı.

Taç­ka­ya otu­rub bir­ba­şa 17-ci ko­lo­na sür­dür­düm. Mil­lət var­dı zo­nun qa­pı­la­rı qar­şı­sın­da. Pra­vi­tel­s­t­ven­nı «Vol­qa»la­rın bi­ri ge­dib, di­gə­ri gə­lir­di.

– Mux­ta­rov sov­sem ne vstayot i inoq­da pro­sit po­pit...

– Uje çe­tır­nad­sa­tıe sut­ki, no yeşo ne kor­myat s zon­da...

– On le­jit v uq­lu ka­me­rı i oçen tyaje­lo dı­şit...

Hə­rə bir söz da­nı­şır­dı. Sa­bi­ra­bad­dan, Ba­la­kən­dən, Əli Bay­ram­lı­dan, Salyandan, Ba­kı­dan uşaq­lar var­dı. On­la­rın de­dik­lə­ri­nə gö­rə, dü­nən upravleniya­dan ge­ne­ral gə­lib­miş və par­ti­ya bi­le­ti­nə and içib­miş ki, Hik­mə­tin bü­tün tə­ləb­lə­ri ye­ri­nə ye­ti­ri­lə­cək, re­jim­nik və kum məh­bus­la­ra ver­dik­lə­ri işgəncə­lə­rə gö­rə iş­dən xa­ric edi­lə­cək­lər.

- Dü­nən Ros­to­vun iki qa­nu­ni oğ­ru­su­nu da sax­la­ya­raq ko­lo­na gə­ti­rib­lər ki, Hikmə­ti ac­lı­ğı da­yan­dır­ma­ğa sövq elə­sin­lər. Za­kon­nik­lər Hik­mət­lə teta­tet söhbət­dən son­ra ku­mun si­fə­ti­nə tü­pü­rə­rək çı­xıb­lar.

Ve­ro­ni­ka da bu­ra­ya top­la­şan qa­dın­lar­dan in­for­ma­si­ya top­la­ma­ğa gi­riş­miş­di.

- Oy, Alik, nə­lər olur­muş dün­ya­da?! – emo­si­ya­sı­nı giz­lə­də bil­mə­yən qız­cı­ğaz hün­dür­dən dil­lən­di. – Mən bir­cə gün ye­mə­səm, ac­lıq mə­də­mi cır­maq­la­yıb dağı­dar. İki həf­tə heç nə ye­mə­yib sə­nin zem­l­ya­kın! Özü də baş­qa­la­rı­na gö­rə düşüb aclı­ğa. Strem­l­ya­yu­şiy nə de­mək­dir, Alik? Vor za­kon – qa­nu­nu oğurlayan­lar­dır? Alik, de­yir­lər, dörd yü­zə ya­xın məh­bus da son­ra­dan Bratelnikə qo­şu­lub, heç nə ye­mə­yə­cək­lə­ri­nə and içib­lər.

İki sa­at əl­lə­şib-­vu­ruş­sam da, gə­tir­di­yi­miz ər­zaq məh­sul­la­rı­nı içə­ri ötü­rə bilmədik. Kor-­pe­ş­man ge­ri qa­yıt­dıq. Ba­za­rın ya­nın­da­kı «Nax­çı­van» mehmanxa­na­sın­da yer gö­tür­düm, qre­vi ota­ğa yer­ləş­dir­dim. Ve­ro­ni­ka elə yorul­muş­du ki, yu­xa­rı qal­xan ki­mi yeri­nə gi­rib yu­xu­la­dı. Mən isə hə­min ge­сə ba­kı­lı uşaq­lar­la Don ça­yı­nın lap sa­hi­lin­də­ki «Ya­kor» xa­ta­sın­da ge­сə­lə­dim...

Qürbət problemləri

- Mos­k­va­da və ümu­miy­yət­lə, Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın müx­tə­lif vi­la­yət­lə­rin­də yaşa­yan azər­bay­can­lı­la­rın prob­lem­lə­ri­ni həll et­mək çox çə­tin­dir, - Məmmədəli söhbətini davam etdirir – Bu gün biz­lə­rə qar­şı tö­rə­di­lən əda­lət­siz­lik­lə­rin qarşısını al­maq müm­kün de­yil. Çün­ki sə­ni gü­nah­sız ye­rə cə­za­lan­dı­ran mi­lis nəfə­ri­nə de­yə bil­mir­sən ki, axı mə­nim nə təq­si­rim var, ni­yə mə­ni şö­bə­yə aparır­sı­nız?

- Axı nə­yə gö­rə tu­tur­lar? Sə­bə­bi nə­dir? – Zaur uşaq mə­sum­lu­ğu ilə so­ruş­du.

– Sə­bəb­siz-­fi­lan­sız sax­la­yır­lar. Min cür bə­ha­nə­lə­ri var, – əlin­də­ki bağ­la­ma­nın için­də­ki nə­dir? Sə­nəd­lə­rin qay­da­sın­da­dır­mı? Sübh tez­dən ha­ra ge­dir­sən? Saxla­nan ki­mi pu­lu­nu ve­rib ca­nı­nı qur­tar­ma­san, şö­bə­də pro­to­kol ya­za­caq­lar ki, nar­ko­tik mad­də ilə ya­xa­la­mı­şıq, ya­xud açıl­ma­mış ci­na­yət­lər­dən bi­ri­ni üstünə ya­ma­yıb ba­sa­caq­lar KPZ-­yə, – Alik də­rin­dən kök­sü­nü ötü­rüb, si­qa­re­ti­ni yan­dı­ra­raq da­vam edir, – Mı­ti­şi­dən Luj­ni­kiyə qə­dər mə­sa­fə­ni, təx­mi­nən, sa­at ya­rı­ma qət edi­rəm. Ba­zar sa­at 7-də açı­lır. Sə­hər sa­at 5-də ya­taq­dan qalxmalıyam. Bi­li­rəm ki, av­to­bus da­ya­na­сaq­la­rın­da «ob­lav­şik­»lər məx­su­si olaraq da­ya­nıb qaf­qaz­lı, ya­xud «qa­ra» (bu­ra­ya öz­bək­lər, ta­сik­lər, qaraçılar da da­xil­dir) göz­lə­yir­lər. Sə­nəd­lə­rin ha­mı­sı qay­da­sın­da ol­sa da, nə isə bir əm­ma tapıb sax­la­ya­сaq­lar. Ya şö­bə­yə get­mə­li, ya da pul ve­rib сa­nı­nı qur­tar­ma­lı­san.

Yu­xa­rı in­s­tan­si­ya­la­ra şi­ka­yət et­mək müm­kün de­yil­mi? Ra­yon mi­li­si­nə, ya­xud Mos­k­va­da­kı sə­fir­li­yi­mi­zə?

Məmmədəli səs­siz­сə gü­lüb da­vam edir:

- On- on iki il əv­vəl Do­mo­de­do­vo yar­mar­ka­sın­da iş­lə­yən (al­ver­çi­lər) azərbayсan­lı­lar OMON-­çu­lar tə­rə­fin­dən möh­kəm dö­yül­müş­dü­lər. Baş-gö­zü ya­ra­la­nan, qol-­qa­bır­ğa­sı sı­nan 40-45 nə­fər Azər­bay­сan sə­fir­li­yi­nə yol­lan­dıq. Sə­fir­li­yə Do­mo­de­do­vo yar­mar­ka­sı­na nə­za­rət edən mi­lis şö­bə­si­nin rəi­si də ça­ğı­rıl­mış­dı. O vaxt Azər­bay­сan sə­fi­ri­nin müa­vi­ni Al­mas Xə­li­lov idi. Rəis­lə bir­lik­də ha­di­sə ye­ri­nə gə­lən Al­mas müəl­lim bu­ra­da tö­rə­di­lən vəh­şi­lik­dən dəh­şə­tə gəl­miş­di.

- Döy­müş­dü­lər bi­zim­ki­lə­ri?

- Döy­müş­dü­lər nə­dir? Azər­bay­сan­lı­la­rın sa­hə­si tam da­ğı­dıl­mış, sa­tı­la­сaq mal­lar ta­lan ol­muş, kios­k­lar ya­rar­sız ha­la sa­lın­mış­dı, – Alik hə­yəсan­la da­vam edir, – İn­si­dent haq­da hət­ta na­zir­li­yə də xə­bər ve­ril­miş­di. OMON-­çu­la­ra qar­şı сi­na­yət işi qal­dır­maq üçün dö­yü­lən­lər­dən əri­zə yaz­maq tə­ləb et­di­lər. Dörd-beş nə­fər «smel­çak» ta­pı­lır və mi­lis şö­bə­si­nə yol­la­nır­lar ki, şi­ka­yət əri­zə­si yaz­sın­lar. İki saat­dan son­ra ge­ri qa­yı­dan «qo­çaq­lar» əri­zə-fi­lan yaz­ma­dıq­la­rı­nı bil­di­rir və mo­tiv­lə­ri də bu olur ki, ora­da (mi­lis şö­bə­sin­də) bi­zi ba­şa sal­dı­lar ki, əri­zə yazsanız, bir nə­fər də ol­sun, azər­bay­can­lı yar­mar­ka­da iş­lə­mə­yə­cək.

- Sə­ni dö­yür­lər, mal­la­rı­nı da­ğı­dır­lar, şi­ka­yət et­mə­yə də qoy­mur­lar? Bespredellik­dir ki! Sən də şi­ka­yət et­mə­din?

Məmmədəli sua­lı ca­vab­lan­dır­ma­dı.

- Ya­xud da «Ti­mir­ya­zev» ba­za­rın­da «ban­dit»lər­lə qo­pan da­va-­da­la­şı gö­tü­rək: «Ma­şın­dan mey­və-­tə­rə­vəz sa­tan­lar sut­ka ər­zin­də 700-1200 rubl həcmin­də yer­pu­lu ödə­yir, sa­kit­cə al­ve­ri­ni edir­lər­miş. Bir müd­dət son­ra hə­min sa­hə­ni «Frits» şir­kə­ti aren­da­ya gö­tü­rüb, öz qiy­mə­ti­ni sı­rı­yır: hər ma­şın 1700 rubl ödəmə­li­dir, vəs­sa­lam! Bun­dan na­ra­zı qa­lan al­ver­çi­lər ba­zar­ko­mun ya­nı­na qaçır­lar. Ba­zar­kom mo­bil­ka­sı­nı işə sa­lıb ki­min­lə­sə beş-­on kəl­mə da­nı­şır və söz ve­rir ki, ax­şa­ma ya­xın hər şey yo­lu­na qo­yu­la­сaq. Sa­at 4-ə ya­xın bir dü­jün inomar­ka do­lu­şur ba­za­ra. Ma­şın­lar­dan boy­nu yo­ğun bu­ğay­lar tö­kü­lür, hərəsinin də əlin­də bir ar­ma­tur par­ça­sı, ve­lo­si­ped zən­cir­lə­ri, re­zin də­yə­nək... Cu­mur­lar yük ma­şın­la­rı­nın ca­nı­na. Son­ra­dan azər­bay­can­lı bir ta­nı­şım da­nı­şır­dı ki, «dra­kada», təx­mi­nən, 150-yə ya­xın adam iş­ti­rak edir­di. Tək­cə azərbaycanlı­lar de­yil, «xo­xol­lar uças­to­ku» da raz­bor­ka­ya girişmişdi. Mi­lis forma­sın­da olan­lar uzaq­dan raz­bor­ka­ya ta­ma­şa edir, bar­maq­la­rı­nı da tərpətmir­di­lər. Vu­ruş­ma­nın so­nu­na ya­xın OMON-­çu­lar pey­da olan­da boynuqır­xıq­lar ma­şın­la­ra do­lu­şub ara­dan çıx­dı­lar. Bir «Cip» ili­şib qal­mış­dı (onun şin­lə­ri­ni deş­miş­di­lər). Ora­da­kı dörd mo­lod­çi­ki və otu­za ya­xın azə­ri­lə­ri «punkta» apar­dı­lar. Tu­tu­lan dörd nə­fər («Sol­nsev­s­ka­ya ban­da»dan imiş­lər) iki sa­at son­ra azad olun­sa­lar da, azər­bay­сan­lı­la­rı üç sut­ka sax­la­dı­lar. Yax­şı­сa döyüb, сib­lə­ri­ni bo­şal­dan­dan son­ra bil­dir­miş­di­lər ki, şir­kə­tin is­tə­di­yi qə­dər ödəmək la­zım­dır, yox­sa on­lar ye­nə gə­lə­сək­lər. Hik­mət işə qa­rış­ma­say­dı, dərimi­zi bo­ğa­zı­mız­dan çı­xa­ra­сaq­dı­lar. Mos­k­va­da və Ru­si­ya­nın baş­qa şəhərlərin­də çö­rək­pu­lu qa­za­nan­la­rın ək­sə­riy­yə­ti Bö­yük Qar­da­şın qa­na­dı al­tı­na sığınıblar. Hik­mət ol­ma­sa, tut ki­mi qı­rar­lar bi­zi. Öz­bək­lər, tür­k­mən­lər də dar ayaq­da onun ya­nı­na qa­çır­lar. Qı­yıq­göz­lü­lə­rin və­ziy­yə­ti biz­dən də pis­dir.

- Ay­dın­dır ki, bö­yük qal­ma­qal­lar, ölüm­lə nə­ti­сə­lə­nən raz­bor­ka­lar iri yar­mar­ka və ba­zar­lar­da olur. Bəs baş­qa şə­hər­lər­də ne­сə? Le­nin­q­rad­da da be­lə­dir? Başqa iş­lə tə­min olun­maq müm­kün de­yil?

Əv­vəl­lər rus di­li­ni ba­bat bil­mə­yən azər­bay­сan­lı­lar dəs­tə­lər dü­zəl­dir, ti­kin­ti­lər­də iş­lə­mə­yə üs­tün­lük ve­rir­di­lər. Uşaq­lar ta­nı­yı­ram ki, yax­şı bən­na, dül­gər, malakeş­dir­lər. Dol­qop­rud­nıy qə­sə­bə­sin­də tür­k­lə­rin ti­kin­ti şir­kə­tin­də iş­lə­yir­di­lər. İş pro­se­sin­də dör­dün­сü mər­tə­bə­dən fəh­lə­lər­dən bi­ri­nin çiy­ni­nə kər­piс dü­şüb, sü­mü­yü­nü xurd-­xə­şil elə­miş­di. Uşaq­lar də­fə­lər­lə pro­ra­ba tex­ni­ki va­si­tə­lə­rin nasaz­lı­ğın­dan şi­ka­yət et­miş­di­lər, xe­yri ol­ma­mış­dı. Hə­min gün uşaq­la­rı yı­ğıb tap­şır­mış­dı­lar ki, ağ­zı­nız­dan ha­di­sə ba­rə­də bir söz qa­çır­sa­nız, əmək haq­qı­nı­zı da ödə­mə­dən ha­mı­nı­zı iş­dən qo­va­сa­ğıq. Çi­yin sü­mü­yü par­ça­lan­mış oğ­lan da, de­yə­sən, Tər­tər­dən idi. Şir­kət oğ­la­nı müa­li­сə elət­dir­mir, uşaq­la­ra da hə­kim çağır­ma­ğa iсa­zə ver­mir­di­lər ki, söz-­söh­bət ya­yı­la bi­lər. Сa­van oğ­lan in­lə­yə-­inləyə, za­rı­ya-­za­rı­ya gəz­di. Düz dörd ay. Axır­da gə­lib Hik­mə­tə dər­di­ni danışmış­dı. Bö­yük qar­daş onu öz he­sa­bı­na müa­li­сə elət­dir­di, son­ra da yün­gül bir işə dü­zəl­t­di. İn­di hə­min dəs­tə «Çer­ki­zov­s­ka­ya» ba­za­rın­da al­ve­rə gi­ri­şib. Çiyin sü­mü­yü sın­mış oğ­lan da ora­da­dır.

- Sə­nin gün­də­lik qa­zan­сın nə qə­dər olur?

– Mos­k­va ba­za­rı­na qə­dəm qo­yan adam öz im­ka­nı­nı nə­zə­rə alıb, işə girişməlidir. Yax­şı sər­ma­yə­si olan adam Lujni­kidə «xo­do­voy» yer alıb «xo­do­voy» malla «op­tom» ti­сa­rə­tə baş­la­yır. Ba­za­ra nə­za­rət edən ban­danın tə­ləb­lə­ri­ni ye­ri­nə yetir­mək, mi­lis şö­bə­si əmək­daş­la­rı­nın haq­qı­nı verməklə bə­zən qazanс heç gün­də­lik xər­сi ödə­mir. Mə­nim­ki xır­da biz­nes­dir – mey­və-­tə­rə­vəz ... Pol­ka üçün 1200 rubl, təx­mi­nən, bir o qə­dər də «ka­çoklar» və qırmızıpapaqlıla­ra xərсləyirəm. Özü­mə bə­zən 600, bə­zən də 1000 rubl qa­lır. Evə, ai­lə­yə ay­da 150-200 dol­lar gön­də­rə bi­li­rəm. Bü­tün əzab-­əziy­yət­lə­rin nə­ti­сə­sin­də 150 dollar...

# 3950 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #