Xaqani Şirvaninin 900 illiyinə həsr olunan videomaterial hazırlandı

Xaqani Şirvaninin 900 illiyinə həsr olunan videomaterial hazırlandı
15 may 2026
# 15:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin irsinə həsr olunan “Klassik poeziyanın zirvəsi” adlı videomaterial hazırlanıb.

Kulis.az xəbər verir ki, videomaterial görkəmli şairin 900 illik yubileyi münasibətilə ərsəyə gətirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il yanvarın 28-də klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Videomaterial görkəmli Azərbaycan şairinin zəngin həyat və yaradıcılıq yolunun, yüksək bədii-estetik dəyərə malik ədəbi irsinin geniş oxucu auditoriyasına çatdırılması məqsədilə hazırlanıb. Hazırlanan materialda Xaqani Şirvaninin yaşadığı dövr, elmə və poeziyaya bağlılığı, Şərq ədəbiyyatında tutduğu mühüm mövqe, Azərbaycan poeziyasına gətirdiyi yeniliklər və fəlsəfi düşüncə tərzi haqqında ətraflı məlumat verilir. Eyni zamanda şairin qəzəl, qəsidə və digər poetik nümunələrinin Azərbaycan klassik ədəbiyyatının inkişafında xüsusi rol oynadığı diqqətə çatdırılır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xaqani Şirvaninin zəngin bədii irsinin əsrlər boyu öz aktuallığını qoruyub saxladığı, onun yaradıcılığında humanizm, mənəvi saflıq, elmə və kamilliyə çağırış kimi ali dəyərlərin ön plana çəkildiyi vurğulanır.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda klassik poeziya ənənələrinin formalaşmasında və inkişafında şairin müstəsna xidmətlərindən bəhs olunur.

Bununla yanaşı, kitabxananın rəsmi saytında “Xaqani Şirvani 900 ” adlı elektron resursların bazası yaradılıb. Bazada internet məkanında Xaqani Şirvaninin həyat və yaradıcılığı ilə bağlı dərc olunan materiallar toplanır.

# 842 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər