"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı
15 may 2026
# 16:57

Televiziya tarixinin ən məşhur personajlarından biri olan Cessi Pinkmanı canlandıran və üç dəfə "Emmi" mükafatına layiq görülən aktyor Aaron Pol karyerasında tamamilə fərqli bir istiqamətə yönəlib.

Kulis.az xəbər verir ki, "Prime Video"nun izlənmə rekordları qıran və videooyun dünyasından ekranlaşdırılaraq qlobal fenomenə çevrilən "Fallout" elmi-fantastik serialının prodüseri üçüncü mövsümdə Aaron Polun aktyor heyətinə qatıldığını təsdiqləyib.

Aktyorun serialdakı rolu hələlik sirr kimi saxlanılsa da, prodüserlərin onun üçün stereotipləri qıran, tamamilə fərqli və gözlənilməz bir xarakter hazırladığı bildirilir.

Digər tərəfdən, ekran işinin sevilən simalarından olan Annabel O’Haqan və Deyv Recister də yeni mövsümdə əsas heyətə daxil edilib.

# 1190 dəfə oxunub

Oxşar xəbərlər

“Blade Runner” dünyasına qayıdış - Yeni serialın səkkiz seriyası yayımlandı

“Blade Runner” dünyasına qayıdış - Yeni serialın səkkiz seriyası yayımlandı

12:41 27 noyabr 2026
Kolin Farrell və dostunun marafon hekayəsi ekranlaşdırıldı

Kolin Farrell və dostunun marafon hekayəsi ekranlaşdırıldı

12:16 27 noyabr 2026
Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

18:58 25 noyabr 2026
Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

14:43 25 noyabr 2026
“The Mosquito Bowl”:  Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

“The Mosquito Bowl”: Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

10:06 25 noyabr 2026
Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

14:02 23 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər