"Müqavilələrdə qanun pozuntusuna yol verilir..." - Birgə bəyanat

"Müqavilələrdə qanun pozuntusuna yol verilir..." - Birgə bəyanat
15 may 2026
# 11:50

Kinorejissorlar Gildiyasının sədri Ayaz Salayev və Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin müstəqil şirkətlərlə imzaladığı müqavilələrin standartlara uyğun olmaması ilə bağlı məlumat yayıb.

Kulis.az məlumatı təqdim edir: "Belə ki, dövlət sifarişi və dəstəyi ilə müstəqil şirkətlər tərəfindən istehsal olunan filmlərlə bağlı Kino Agentliyinin hazırladığı və imzalanan müqavilələrdə bir çox qanun pozuntusuna yol verilir. Sifarişçi – istehsalçı ilə müəlliflər arasında bağlanılmış müqavilələr əsasında qurulmuş hüquqi münasibətlər, mədəniyyət, kinematoqrafiya, müəllif hüquqları və digər qanunvericilik aktlarında, dövlət proqramlarında, konsepsiyada qoyulmuş məqsədlərə, normalara cavab vermir və hətta milli kino sənayesinin inkişafının müəyyən dərəcədə qabağını alır..."

İmzalanan bəyanatda deyilir: “İstehsalçı ilə müəlliflər və ifaçılar arasında bağlanılmış müqavilələrdə müəlliflərin və ifaçıların yaradılmış əsər üzrə onlara məxsus olan ən əsas prinsiplər belə öz əksini tapmamışdır: Məsələn, filmin əsas aparıcı qüvvələri olan rejissorun və aktyorların istehsalat və yaradıcı proseslərinin normal keçirilməsi üçün hansı şəraitin yaradılması nəinki nəzərə alınmayıb, hətta bütün proseslərdə filmin rejissorunun normal yaradıcı prosesinə əngəllər yaradacaq dərəcədə olan maddələr (şərtlər) o qədərdir ki, sanki müqavilələr məhz normal yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması məqsədi üçün bağlanılır...”

Bəyanatda konkret göstərilir ki, müəlliflər arasında bağlanılmış müqavilələr “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 12,14, 15, 32, 40-cı maddələrinə, dövlət satınalmaları haqqında qanunun 49.1.1-ci maddəsinə, mədəniyyət haqqında qanunun 3 və 4-cü maddələrinə və bu sahədə qəbul edilmiş konsepsiya və digər qanunvericilik aktlarına uyğun tərtib edilməlidir.

“Biz, kino sənayesinin aparıcı peşələrini təmsil edən, onların hüquqlarını qoruyan peşəkar ictimai təşkilatlar olaraq, dövlət vəsaiti hesabına kino istehsalatını tənzimləyən müqavilələrin prodüserləri və müəllifləri təmsil edən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçən peşəkar təşkilatlarla razılaşdırılmasını məqsədəuyğun sayırıq”, - bəyanatda qeyd olunub.

# 699 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi?

Ürəyinə atəş açan yazıçı - O, niyə intihara cəhd etmişdi?

12:30 23 iyul 2026
"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova

"Deyirdi ki, o, mənim övladım deyil, uşaq evindən götürmüşəm" - Qarabağ şikəstəsini erməni müğənnidən iki not yüksək oxuduğuna görə cəzalanan Flora Kərimova

12:00 23 iyul 2026
Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

11:38 23 iyul 2026
Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək

Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək

10:46 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər