18 yazarın ingilis dilində kitabı çapa hazırdır

18 yazarın ingilis dilində kitabı çapa hazırdır
6 iyun 2014
# 16:39

Jurnalist Ekspert Mərkəzinin “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı kitab artıq nəşriyyata təhvil verilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan kitabda Azərbaycanın 18 yazarının hekayəsi toplanıb.

Hekayələri tərcüməçilər Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günay Rəhimova azərbaycancadan ingiliscəyə çeviriblər. Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun “Media forum” saytına bildirdiyinə görə, iyunun 12-13-də “Bizim hekayələr sizin dildə” adlı kitab işıq üzü görəcək. Beynəlxalq Mətbuat Mərkəzində kitabın tədiqimat mərasimi keçiriləcək.

Ceyhun Musaoğlu vurğulayıb ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdır: “Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər”.

Ölkəmizdə fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatlara, xarici şirkətlərə, o cümlədən xaricə işgüzar səfər edən QHT əməkdaşları tərəfindən əcnəbi şəxslərə pulsuz paylanacaq kitabda bu müəlliflərin hekayələri əksini tapıb:

1. Musa Quliyev ( Urud) - “Uruda iki səfər”
2. Əgdər Ol - “Kamança”
3. Rəşad Məcid - “10 sentyabr”
4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”
5. Məqsəd Nur - “Ud”
6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi”
7. Şahnaz Kamalova - “Savalan”
8. Kamran Nəzirli - “Ağ ev”
9. Xalid Kazımlı - “Pəncşir aslanı”nın bənzəri”
10. Kənan Hacı - “Boz ilan”
11. Şərif Ağayar - “Anaxanım”
12. Natiq Məmmədli - “Xəlbir”
13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay”
14. Azər Abdulla - “Bazarlıq”
15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli”
16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu”
17. Vüsalə Məmmədova - “Rəngləyən”
18. Nicat Qafuroğlu - “O”.

Mediaforum.az

# 2068 dəfə oxunub

Oxşar xəbərlər

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər