Məhkumlar teatr səhnəsinə çıxdılar – Həbsxananın həyətində

Məhkumlar teatr səhnəsinə çıxdılar –  Həbsxananın həyətində
10 avqust 2026
# 17:50

İtaliyanın ən qədim həbsxanalarından biri olan “Volterra” həbsxanasında məhkumlar təxminən 40 ildir ki, peşəkar teatr xadimləri ilə birgə səhnəyə çıxırlar.

Kulis.az xəbər verir ki, rejim müəssisəsində fəaliyyət göstərən "Compagnia della Fortezza" adlı teatr truppası rejissor Armando Punzo tərəfindən təsis edilib.

Layihə çərçivəsində cəzaçəkmə müəssisəsinin həyəti teatr səhnəsinə çevrilir və hər il məhkumların iştirakı ilə yeni tamaşalar təqdim olunur.

Rejissor Armando Punzo bu təşəbbüsün cəza, reabilitasiya və sənətin rolu haqqında ənənəvi təsəvvürləri dəyişdiyini bildirib.

Onun sözlərinə görə, sənət və mədəniyyət hər kəsə çatana qədər öz missiyasını davam etdirməlidir.

Həbsxana müdiri Valentina Bruno da vurğulayıb ki, bu layihə məhkumların sadəcə bir məhbus kimi deyil, bir fərd kimi dəyər görməsinə və cəza müddəti başa çatdıqdan sonra cəmiyyətə yenidən adaptasiya olunmasına böyük töhfə verir.

Qeyd edək ki, "Compagnia della Fortezza"nın hazırladığı tamaşaları izləmək üçün kənar tamaşaçılar və sənətsevərlər də cəzaçəkmə müəssisəsini ziyarət edə bilirlər.

# 794 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər