"Mərhəmətin cana xeyri azdır..." - "Qum dəryasının kapitanları"ndan bir hissə

"Mərhəmətin cana xeyri azdır..." - "Qum dəryasının kapitanları"ndan bir hissə
10 avqust 2026
# 15:20

Bu gün tanınmış braziliyalı yazıçı Jorje Amadunun doğum günüdür.

Kulis.az onun "Qum dəryasının kapitanları" romanından müəyyən hissələri İlqar Əlfioğlunun tərcüməsində təqdim edir.

...Çətin vəzifəmin öhdəsindən layiqincə gəlmək yolunda boynuma düşən çoxşaxəli və çoxsaylı mükəlləfiyyətlərin mənə verdiyi nadir istirahət dəqiqələrində...

***

Cavabını yalnız peşəkar psixoloqlar verə bilərlər, mənim kimi diletant-filosofu isə bu sual lap çıxılmaz vəziyyətdə qoyur.

***

Bir müqəddəs ata kimi mənim vəzifəm yolunu azmış bu uşaqları ovundurmaq, onlara həqiqi inamın nurunu göstərmək idi, amma gördüm ki, bu zavallıların qəlbində toplanmış nifrət mənim sözlərimi inamla qavramalarına imkan vermir.

***

Təvazökarlıq – yalnız təvazökarlıq! – mənə imkan vermir ki, müəssisəmizi nümunəvi adlandırım.

***

Mənim rəhbərlik etdiyim müəssisənin qarşısında duran uca amalları bisavad bir fəhlənin dərk edəcəyini gözləmək gülməli olardı.

***

Qəlbini dərinliklərində hamıya yazığı gəlirdi, çünki ətrafındakıların hamısı elə əslində yazıq idi.

***

Kimə dəxli var ki, onun rəngləri solub, özü də tez-tez qırılır? Karusel sevinc gətirir.

***

...küçə oğrusu olan bir uşağı kilsə mömininə çevirmək mümkün deyildi. Amma onu normal adama çevirmək yüz faiz olardı.

***

Ruhani olmaq istəyən adam yüngül həyat axtarır və bu heç də kişi işi deyil.

***

Qanun hər şeydən meyardır: günaha görə – cəza, mərhəmətə görə – mərhəmət.

***

Günahkar öz günahını gizləyə bilməz, bu günah həmişə onun gözləri önündədir.

***

Xoş niyyət pis əməlin bəraəti ola bilməz.

***

Qadın şeytanın müttəfiqidir.

***

Məhəbbət həmişə şirin və mehribandır, hətta ölümlə yanaşı dursa belə.

***

Məgər məhəbbətə qarşı üzərək batmaq qorxuludur?

***

Mərhəmətin cana xeyri azdır.

***

Dünyada ancaq nifrətlə nəyəsə nail ola bilərsən.

***

Polis – varlıların nəzarətçisi...

# 1078 dəfə oxunub

Oxşar xəbərlər

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

14:00 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər