"Həyatla ölüm arasındakı xətt göz qapağından qalın deyil..." - Yapon yazıçıdan sitatlar

"Həyatla ölüm arasındakı xətt göz qapağından qalın deyil..." - Yapon yazıçıdan sitatlar
11 avqust 2026
# 12:30

Bu gün yapon tarixi roman yazıçısı Eiji Yoşikavanın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

İnsanın öz xaricindəki düşməni məhv etməsi asandır, lakin daxilindəki düşmənə qalib gəlməsi imkansızdır.

***

Müharibə sənəti yalnız döyüşməkdən ibarət deyil. Belə düşünən və sadəcə yeməyə çörək, yatmağa yer tapmaqla kifayətlənən insanlar adi avaralardır. Ciddi bir tələbə döyüş bacarıqlarını inkişaf etdirməkdən daha çox, ağlını tərbiyə etmək və ruhunu nizam-intizama salmaqla maraqlanır.

***

...Ölkənin hər yerindən gəlmiş, pul və mənsəb həsrətində olan insanlarla qarşılaşacaqsan. Hər kəsin etdiyini edərək ad çıxara bilməzsən. Özünü hansısa yolla başqalarından fərqləndirməlisən.

***

Mənalı bir ömür sürmək istəyirəm. Bunu sadəcə insan olaraq dünyaya gəldiyim üçün istəyirəm.

***

Dünya həmişə dalğaların səsi ilə doludur. Xırda balıqlar özlərini dalğaların axışına buraxıb rəqs edir, oxuyur və oynayırlar. Lakin yüzlərlə qat dərinlikdə dənizin qəlbini kim bilər? Onun dərinliyindən kimin xəbəri var?

***

Düşmənlər libas dəyişmiş müəllimlərdir.

***

Dünyadan xəbəri olmayan, lakin dünyanı necə yaxşılaşdıracağını özünə vəzifə bilən yarımçıq "xeyirxahlardan" daha qorxulu heç nə yoxdur.

***

Həyatından möhkəm yapış, onu dürüst və məğrur yaşa.

***

O, ağ kağızı yoxluğun böyük kainatı kimi görürdü. Tək bir fırça zərbəsi onun içində varlığı dünyaya gətirəcəkdi. İstədiyində yağışı və ya küləyi çağıra bilərdi, lakin nə çəkirsə çəksin, qəlbi əbədi olaraq həmin rəsmdə qalacaqdı. Qəlbi ləkəlidirsə, rəsm də ləkəli olacaqdı; qəlbi həvəssizdirsə, rəsm də elə olacaqdı. Ustalığını nümayiş etdirməyə çalışsaydı, bunu gizlətmək mümkün olmazdı. İnsanların bədəni yox olub gedir, lakin mürəkkəb yaşayır. Qəlbinin əksi özü köçüb getdikdən sonra da nəfəs almağa davam edəcəkdi.

***

İstədiyini düşün. Ölənlər var ki, yaşayaraq ölürlər, elələri də var ki, ölərək həyat qazanırlar.

***

Həqiqi cəsarət qorxunu tanıyır. O, nədən qorxmaq lazım olduğunu bilir. Dürüst insanlar həyata ehtirasla dəyər verir, ona qiymətli bir cəvahirat kimi sarılırlar. Və onu fəda etmək, şərəflə ölmək üçün doğru zamanı və məkanı seçirlər.

***

Özündən başqa səni daha yaxşı, daha güclü, daha zəngin, daha cəld və ya daha ağıllı edə biləcək heç nə yoxdur. Hər şey öz daxilindədir. Hər şey var. Özündən kənarda heç nə axtarma.

***

Deyəsən, tək bir igidlik göstərməyin səni samuray etdiyinə dair yanlış xəyala qapanmısan. Xeyr, etmir! O tək sədaqət hərəkətinin səni haqlı olduğuna inandırmasına izin verdin. Haqlı olduğuna nə qədər çox inandınsa, özünə və başqalarına bir o qədər çox zərər vurdun.

***

Həyatla ölüm arasındakı xətt göz qapağından qalın deyil.

***

Mən Musaşiyə adi deməzdim. Lakin o, adidir. Onu qeyri-adi edən də məhz budur. O, malik ola biləcəyi anadangəlmə istedadlara arxalanmaqla kifayətlənmir. Adi bir insan olduğunu bilərək, həmişə özünü inkişaf etdirməyə çalışır. Heç kim onun göstərməli olduğu əzablı səyləri qiymətləndirmir. İndi onun illərlə sürən məşqləri böyük nəticələr verəndə, hər kəs onun "Allah vergisi olan istedadından" danışır. Çox çalışmayan insanlar özlərinə bu cür təsəlli verirlər.

***

Zirvənin dağa dırmanmanın əsas məqsədi olduğuna inanırlar. Lakin əsl məqsəd — yaşamaq sevinci zirvənin özündə deyil, oraya qalxarkən qarşılaşdığın çətinliklərdədir. Dərələri, qayalıqları, çayları, uçurumları və sürüşmələri aşarkən alpinist artıq daha irəli gedə bilməyəcəyini, hətta ölməyin davam etməkdən daha yaxşı olduğunu düşünə bilər. Lakin sonra o, yenidən qarşısındakı maneələrlə mübarizə aparır və nəhayət, geriyə dönüb dəf etdiyi yola baxdıqda, məhz həyat yolunun özündə yaşamaq sevincini həqiqətən dadmış olduğunu anlayır.

***

Artıq qalib gəldiyin halda, daha da çox qalib gəlmək istəmək yaxşı bir şey deyil.

***

Təslim olmayın! Cəsarətinizi itirməyin! Eyni günəş hamımıza boylanır!

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 113 dəfə oxunub

Oxşar xəbərlər

"Nə isə sarsıdıcı olanı istəyirdi..." - Cexovun "Qara rahib"i Afaq Məsudun tərcüməsində

"Nə isə sarsıdıcı olanı istəyirdi..." - Cexovun "Qara rahib"i Afaq Məsudun tərcüməsində

10:00 11 avqust 2026
"Mərhəmətin cana xeyri azdır..." - "Qum dəryasının kapitanları"ndan bir hissə

"Mərhəmətin cana xeyri azdır..." - "Qum dəryasının kapitanları"ndan bir hissə

15:20 10 avqust 2026
"Kübar xanımlardan zəndeyi-zəhləm gedir..." - Mixail Zoşenko

"Kübar xanımlardan zəndeyi-zəhləm gedir..." - Mixail Zoşenko

13:50 10 avqust 2026
"Mənim kitablarım yandırılmağa layiq idi..." - Alman yazıçıdan sitatlar

"Mənim kitablarım yandırılmağa layiq idi..." - Alman yazıçıdan sitatlar

12:00 10 avqust 2026
Ev - Xulio Kortasarın hekayəsi

Ev - Xulio Kortasarın hekayəsi

13:30 9 avqust 2026
"Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə

"Həmin ölüm qorxusu meşşan varlığımın bir hissəsi imiş..." - Herman Hessenin "Yalquzaq" romanından bir hissə

13:00 9 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər