Tanınmış Hollivud aktyoru Bred Pitt kino sənayesində və incəsənətdə süni intellektdən istifadə ilə bağlı gedən müzakirələrə münasibət bildirib.
Kulis.az xəbər verir ki, "Esquire" jurnalına müsahibə verən “Oskar” mükafatlı aktyor süni intellektin xüsusilə orta büdcəli (40–90 milyon dollar arası) filmlərin ərsəyə gəlməsində və baha başa gələn vizual effekt xərclərinin azaldılmasında faydalı bir "alət" ola biləcəyini müdafiə edib.
Aktyorların rəqəmsal surətlərinin yaradılması mövzusuna ehtiyatla yanaşan Pitt, son 20 ildə bədəninin skan edildiyini, lakin təhlükəsizlik və şəxsi hüquqlarını qorumaq məqsədilə müqavilələrinə bu məlumatların dərhal silinməsi şərtini qoydurduğunu qeyd edib.
Müsahibə zamanı şəxsi həyatından da söz açan 60 yaşlı aktyor Ancelina Coli ilə boşanma prosesindən sonra ailə daxilində yaşadığı çətinliklərə və ruhi sarsıntılara toxunub.
O, övladlarının onun soyadından imtina etməsi ilə müşayiət olunan ağır dövrdə dərin mənəvi böhran keçirdiyini səmimi şəkildə etiraf edib.
Qeyd edək ki, Martin Skorseze və Corc Lukas kimi rejissorların süni intellekti dəstəkləyən fikirlərindən sonra Bred Pittin bu bəyanatı da kino ictimaiyyətində geniş əks-səda doğurub.
Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi
Oxşar xəbərlər
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
12:53
12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi
12:03
12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq
11:33
12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?
11:12
12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir
10:43
12 noyabr 2026
"Soul Food" filminin aktrisası vəfat etdi
10:21
12 noyabr 2026