Çılpaq qadınla səhər yeməyi

Çılpaq qadınla səhər yeməyi
10 may 2014
# 08:00

Kulis.az saytı “Məşhur rəsm əsərləri” adlı yeni layihəyə başlayır. Layihədə dünya incəsənətinin incisi sayılan tablolar və onların müəllifləri haqda məlumat veriləcək.

Bu dəfə fransız rəssamı, oymaçı, impressionizmin (impressionizm -fransız sözü olub, təəssürat deməkdir, ətraf aləmin ani təəssüratla verilməsidir) banilərindən biri Eduard Manenin (1832-1883) vaxtilə səs-küy doğurmuş “Çəmənlikdə səhər yeməyi”ni (1863) təqdim edirik.

Əvvəlcə “Çimmə” adlanan tablo, “Paris salonu” sərgisi üçün nəzərdə tutulsa da, sonradan jüri onu göstərməkdən imtina edib.

Nəticədə əsər III Napaleonun təşəbbüsü ilə yaradılmış “Rədd edilənlər” sərgi salonuna qəbul olunub.

Bu tabloda rəssam gündəlik həyatdakı adi səhnəni –səhər yeməyini göstərib.

Tabloda iki geyinmiş kişi ilə çılpaq qadının təsviri tamaşaçılarda şok yaratdı və rəssamı zövqsüzlükdə, bayağılıqda günahlandırdılar. Publikanı daha çox qəzəbləndirən çılpaq qadının birbaşa tamaşaçıya tuşlanan saymazyana baxışları idi.

Mane model kimi sevimli naturaçılarından biri Viktorina Myoranı çəkib. Kişilərdən biri Manenin qardaşı Qustav, digəri isə onun gələcək qaynı Ferdinand Leenhoffdur.

Təsvir olunan kişilər dendi (XIX əsrdə sosial mədəni tip, özününün zahiri görünüşünün, davranışının estetikliyinə xüsusi diqqət yetirən adam) kimi geyinib.

Əsasən orta təbəqəyə aid olan bu adamlar aristokrat maneralardan istifadə edir.

Onlar söhbətə o qədər aludə olub ki, sanki lüt qadını sezmirlər.

Arxa plandakı qadın isə yüngül geyinib və çayda yuyunur.

Mane əsərin mövzusunu italyan rəssamı Tisianın “Fiesta Campestre”, kompozisiyanı isə italyan oymaçısı Markantonio Raymondinin “Parisin məhkəməsi” qravyürasından götürüb.

Əsərin üslubu o dövrün akademik ənənələrinə qarşıdır, qəfil “fotoqrafik” işıq yarımtonu (şəkildə açıq tondan tünd tona keçid təşkil edən rəng) kənarlaşdırır.

Mane əsərdə fırça ləkələrini qəsdən gizlətməyib və ona görə də əsər yarımçıq kimi görünür.

Hətta dövrün tənqidçilərindən biri yazırdı ki, Mane qalmaqallı süjetlərdən imtina etsə bəlkə zövqlü əsərlər çəkə bildi.

Onu müdafiə edən adamlardan biri yazıçı Emil Zolya idi.

Doqmaları, klassik kanonları yıxan əsər azad süjet, azad ifadə vasitəsi seçir.

“Gerbua” kafesinə yığışan bir qrup rəssam Deqa, Renuar, Pissaro, Sezan Manenin əsərini müdafiə edərək yeni hərəkat elan edir. İmpressionizm belə doğulur.

İndiyədək rəssamlıq tarixində bu əsərə müraciət olunur. Məsələn, 1994-cü ildə amerikalı rəssam Gilbert Şelton tablonun komiks versiyasını çəkərək, burdakı personajları narkoman və seks mübtəlası kimi təqdim edib.

Mane isə əsərini inqilabi saymırdı. Rəssam hətta ona niyə “qalmqalaçı” demələrini də anlamırdı.

Emil Zolyanın, Boris Akuninin, Somerset Moemin, Fransuaza Saqanın romanlarında bu tablonun adı keçir.

Əsər hazırda Fransanın məşhur Orse muzeyindədir.

# 5596 dəfə oxunub

Oxşar xəbərlər

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

15:00 11 yanvar 2026
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

12:00 11 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
"Məni ona bənzədəndə xoşum gəlir" - Sevdiyim qızın xatirə dəftərində nə yazılmışdı?

"Məni ona bənzədəndə xoşum gəlir" - Sevdiyim qızın xatirə dəftərində nə yazılmışdı?

10:00 10 yanvar 2026
Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

12:00 9 yanvar 2026
"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski  nə söyləmişdi?

"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski nə söyləmişdi?

15:00 8 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər