Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"
4 dekabr 2025
# 15:12

Azərbaycan Dövlət Kukla Teatrı Beynəlxalq Əlillər Günü ilə əlaqədar əlilliyi olan uşaq və yeniyetmələrə dəstək məqsədi ilə “Sevgiyə açılan qapı” adı altında Açıq qapı günü keçirdi.

Kulis.az xəbər verir ki, tədbirə qatılan teatrsevərlər uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən “Dovşanın ad günü” mənzum pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izlədilər.

Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Elnur Xəlilov, Səbinə Məmmədova, Firuzə Nəsibli və Könül Nəsibova canlandırırlar.
Əsərin ana ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibatı, dolğun musiqi həlli ilə marağa səbəb olan bu tamaşada hadisələr bir meşədə təsvir olunur.

Belə ki, Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olur və bir-birinə kömək edirlər.

Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə zəif görünən güclü iradəli dostlar tamahkar yırtıcılara qalib gəlirlər. Yəni dostluq və birlik zəfər çalır.

Qeyd edək ki, nümayişdə iştirak edən tamaşaçıların əsas qismi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) üzvləri idi.

# 1765 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər