“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək

“Baku Cinema Breeze”in 2025-ci buraxılışı keçiriləcək
3 dekabr 2025
# 16:00

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının 2025-ci buraxılışı dekabrın 5-dən 11-dək Bakıda keçiriləcək.

Kulis.az xəbər verir ki, regionun mühüm mədəni tədbirlərindən birinə çevrilən festival Azərbaycanı dünyanın müxtəlif ölkələrindən gələn rejissorlar, prodüserlər və kino həvəskarları üçün canlı bir görüş məkanına çevirir.

İkinci ildir təşkil olunan “Baku Cinema Breeze”in məqsədi Azərbaycanın film sənayesinin regional mərkəzə çevrilməsinə, beynəlxalq əməkdaşlığa, koproduksiyaların və yaradıcı mübadilənin genişlənməsinə töhfə verməkdir. Bu il festival 30-dan çox ölkədən iştirakçıları qəbul edəcək, 100-dən çox beynəlxalq qonağın iştirakı, müxtəlif baxış bucaqlarını təmsil edən 50-dən artıq filmin nümayişi nəzərdə tutulur. Proqramın əsas istiqamətlərini ATA – Türk Animasiya Festivalı,16-cı Bakı Beynəlxalq Film Festivalı, O’Market – Şərq Ölkələri Kino Bazarlar, İslam Ölkələri Günləri, CinemaTalks sənaye panelləri təşkil edəcək.

Festival günlərində paytaxtda “Baku Cinema Breeze” nümayişləri keçiriləcək. Proqrama Bakı Beynəlxalq Film Festivalı və Türk Animasiya Assosiasiyasının (ATA) film nümayişləri, həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistan istehsalı filmlər daxildir.

Bununla yanaşı, dörd xüsusi premyera təqdim olunacaq - “Boşluğa Xütbə”, “Kür – Çaylar anası”, “Her şeyin başı Merkür” və “Bu gün güzel” filmləri yerli tamaşaçılara təqdim ediləcək. Ümumilikdə, beynəlxalq festivallarda diqqət çəkmiş ekran əsərlərini, uşaqlar üçün nəzərdə tutulan animasiya filmlərini də əhatə edən müxtəlif janr və kateqoriyalı 50-yə yaxın film nümayiş olunacaq.

# 1378 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər