"Adile" filminin qalası keçirildi

"Adile"  filminin qalası keçirildi
3 dekabr 2025
# 17:30

"Uniq İstanbul"da rejissoru Çağan Irmak olan, BKM-in istehsalı “Adile” filminin qalası keçirilib.

Kulis.az xəbər verir ki, filmin baş rol ifaçısı Meltem Kaptan jurnalistlərlə söhbətində rol təklifini eşidən kimi imtina etməyin qeyri-mümkün olduğunu deyib:

“Çox böyük məsuliyyət hiss etdim. Hər şeyi bir kənara qoyub yalnız buna hazırlaşmalıydım.”

"ÇOK BÜYÜK BİR SORUMLULUK" 1

Filmdə Müjdə Arı canlandıran Seda Bakan isə layihənin onu sözün əsl mənasında "Yeşilçam"a “apardığını” deyib:

“Əgər həyatda bir arzum olsaydı, "Yeşilçam" dövrünə getmək olardı. Bu film sayəsində o dövrün içinə düşdüm. Ssenarisi həm çox gözəl, həm çox təsirli idi.”

"YEŞİLÇAM'A IŞINLANMAK İSTERDİM" 2

Münir Özkulu canlandıran Levent Can rolu qəbul edərkən yaşadığı qorxunu gizlətməyib:

“Əvvəlcə çox çəkinirdim. Çünki Münir bəy kimi nəhəng bir insanı canlandırmaq asan deyil. Ancaq Çağan Irmağın izahları, istiqaməti məni tamamilə sakitləşdirdi.”

"İLK SET GÜNÜNÜ SABIRSIZLIKLA BEKLEDİM" 3

Filmin ssenari müəllifi Nermin Yıldırım isə layihəyə “adi bir ssenari” kimi baxa bilmədiyini bildirib:

“Mən də çoxu kimi onun filmləri ilə böyümüşəm. Uşaqlıqda ‘Uykudan Önce’ proqramında adımın çəkilməsini gözləyənlərdən olmuşam".

"BEN ONUN FİLMLERİYLE BÜYÜDÜM" 4

Ssenarist komandanın bütün üzvlərinin eyni həssaslıqda çalışdığını əlavə edib:

“Hamımız bir şeyi düşünürdük: Əlimizdən gələnin ən yaxşısını edək və Adile Naşitə layiq olaq. Ona qarşı məsuliyyət hissi daim bizimlə idi.”

"Adile" filmine geri sayım, galası İstanbul'da yapıldı 5

# 1049 dəfə oxunub

Oxşar xəbərlər

Stallonenin kult filmi əsasında serial çəkiləcək

Stallonenin kult filmi əsasında serial çəkiləcək

11:09 8 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 8 iyun 2026
Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

15:00 6 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:37 6 iyun 2026
Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

17:30 5 iyun 2026
"2 Aile Arasında"  filminin nümayiş tarixi açıqlandı

"2 Aile Arasında" filminin nümayiş tarixi açıqlandı

12:00 5 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər