Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"
4 dekabr 2025
# 12:01

Dekabrın 15-də Sumqayıt Dövlət Dram Teatrının kollektivi Akademik Milli Dram Teatrının səhnəsində məşhur osetin dramaturqu Georgi Xoqayevin “Varlı ev” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, səhnə əsərində obrazları Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, aktyorlar Oqtay Mehtiyev, Habil Xanlarov, Şəmistan Süleymanlı və Məryəm Hüseynli canlandıracaqlar.

Tamaşada XX əsrin əvvəllərində sərt ailə qaydaları altında yaşayan ailənin bədbəxtliyi və var-dövlətə olan həsrətin insanları necə parçaladığı göstərilir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, pyesi rus dilindən tərcümə edən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur.

“Varlı ev”in musiqi tərtibatı isə Şəmistan Muradxanlıya məxsusdur.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər