Vətənin sərhədi yox - Güneydən şeirlər

Vətənin sərhədi yox - Güneydən şeirlər
16 sentyabr 2022
# 17:00

Kulis.az təbrizli şair Rəsul İsmayılianın şerilərini təqdim edir.

Rəsul İsmayılian 1984-cü il oktyabrın 16-da Təbriz şəhərində dünyaya gəlib. Məktəb təhsilini bitirdikdən sonra elektronika, sonra isə fars dili və ədəbiyyatı üzrə universitetdə təhsil alıb.

Ədəbiyyat qonusunda "Sabah" dərgisinin baş yazarı, "Aftab Azərbaycan" və "Buta" dərgilərinin redaksiya heyətinin üzvü kimi bir çox ədəbi dərgilərlə işbirliyi qurub.

Güney Azərbaycanın bir neçə ədəbi dərnəyinin təşkilatçisi olub və bir çox ədəbi programlarda tənqidçi kimi çixiş etmiş.

***
Sevməyin sərhədi yoxdursa,
nifrətin sərhədi yoxdursa,
darıxmağın sərhədi yoxdursa,
Vətənin də sərhədi yox…
Vətən bir başmaq qədər kiçik
bir düşüncə qədər geniş ola bilər,
sıxıla bilər bir şeir misrasına,
dalğalana bilər bir bayraqda,
yaradıb, öldürə bilərik içimizdə
satılar da,
alınar da,
atılar da,
bir həb kimi…
bir dost kimi…

***

Dilimdə heç başa çatmayan bir mahnı səslənir
bu xiyabanin boyu addımlayanda,
Sanki keçmişlərdə bu xiyabanı addımlayanlar
yazıb-bəsləmiş bu mahnını…
Sanki addımlarım, addımlarının ardı,
baxışlarım, baxışlarının qalanıdır.
Sən isə
Başa çatmayan bir yolu addımlayıb,
sonu gəlməyən bir mahnını səsləndirəcəksən,
darıxmaların darıxmalarımın ardı olacaq,
Sevdiklərin sevdiklərimin ardı…
Doğrusu,
dünya hər zaman bir şeyin ardıdır,
Hər kəs bu dünyada özü qədər yaşayıb, olduğu qədər öləcək…
Hər kəs sadəcə öz nağılının qəhrəmanıdır oğlum…

***

Ölüm
adi bir kəlmədir artıq,
mən hər gün bilirəm özlüyümün bir parçasının öldüyünü
bir gün barmaqlarım,
bir gün ayaqlarım,
bir gün gözlərim,
bir gün qulaqlarım,
bir gün səsim,
doğrusu, hər kəsim…
Öyrənmişəm ölümə,
bir tablo divara öyrənən kimi…
Tanıyıram zil-bəmin artıq
illərdir təkrarlayıram ölümü,
bu da yaşamın bir bölümü,
doğrusu beynimdə işba olunmuş bir nöqtə dir ölüm…
Gündən-günə böyüyür
Böyüyür…
Böyüyür…
Mən cümə günlərinin axşam çağların darıxması oluram.
Sanki bütünlüyüm ölüb,
sanki bir dostum ölüb tənhalığında
ölürəm xəbərsizliyimdən.
yalqızlıq ölümün başqa bir adı olur o an.
kimsə boşaltmaz ürəyini
böyüyər…
böyüyər…
Yalqızlığın boyu teleqraf dirklərindən, mobil dəkllərindən daha uca
ona yumruq sıxmaq olmaz,
ona yalvarmaq olmaz,
bütün bağlı qapılar, içəridən açılacaq…

***

Beynim kiçik bir Orta Doğu,
savaşa girir beynimdə gündə neçə ölkə…
Mən isə atası ölən uşaqların darıxması oluram
Ağlamaq istərəm,
eşidilsin aydıncasına,
astaca səs qırıqlarım
Burda…
Oddan yaranıb hər bir şey
Burda…
Bütün bayramlar başa çatar, dadı hiss edilmədən
Burda…
Hər bir şey atılıb,
yuxu həbləri kimi,
İzlənirik hər an,
Gözəlliyimiz olmasada, doluyuq duyğulardan,
doluyuq boşluqlardan,
qürbətdə yazılan Vətən şeiri kimi…
Oxuyun bizi,
biz sizin savaş meydanınızıq…

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər