Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı
11 iyun 2026
# 12:27

Respublika Gənclər Kitabxanasında Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, pedaqoq, sənətşünas-alim, SSRİ Dövlət mükafatı laureatı və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə “Lətif Kərimov naxışlarda yaşayan tarix” adlı təqdimat hazırlanıb.

Kulis.az xəbər verir ki, təqdimat Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli Sərəncamına əsasən həyata keçirilən yubiley tədbirləri çərçivəsində görkəmli sənətkarın çoxşaxəli fəaliyyətinin gənc nəslə müasir təqdimat üsulları ilə çatdırılması məqsədilə hazırlanıb.

Süni intellekt vasitəsilə hazırlanan təqdimat yalnız bioqrafik məlumatlar toplusu deyil, həm də təhlil xarakterli multimedia resursudur. Materialda Lətif Kərimovun sənətkar, alim, tədqiqatçı və milli irsin qoruyucusu kimi fəaliyyəti sistemli şəkildə araşdırılır, onun Azərbaycan xalça sənətinin dünya miqyasında tanıdılmasındakı tarixi rolu təhlil olunur.

Dörd bölmədən ibarət olan təqdimatda ilk olaraq böyük ustadın Şuşadan başlayan sənət yolu işıqlandırılır. Təqdimatda Lətif Kərimovun xalça sənətini sadəcə dekorativ tətbiqi sənət nümunəsi kimi deyil, xalqın tarixi yaddaşını yaşadan mədəniyyət salnaməsi kimi qiymətləndirildiyi diqqətə çatdırılır.

Təqdimatda onun Azərbaycan xalçaçılıq məktəblərinin elmi əsaslarla sistemləşdirilməsi istiqamətində gördüyü fundamental işlər təhlil edilir. Burada sənətkarın Qarabağ, Quba-Şirvan, Təbriz, Gəncə-Qazax və digər xalça məktəblərinin xüsusiyyətlərini araşdıraraq vahid elmi təsnifat yaratması xüsusi vurğulanır.

Materialda Lətif Kərimovun süjetli xalça sənətinin inkişafındakı rolu ayrıca təhlil olunur. Xüsusilə Nizami Gəncəvinin “Xəmsə”sinin xalça üzərinə köçürülməsinin sənət tarixində mühüm estetik hadisə olduğu bildirilir.

“İlmələrdən doğan elm, kitablar və muzeylər” adlı bölmədə alimin elmi yaradıcılığı geniş şəkildə işıqlandırılır. Təqdimatda Lətif Kərimovun milli ornamentləri elmi metodologiya ilə araşdıraraq xalça sənətini beynəlxalq elmi dövriyyəyə daxil etməyə nail olması qeyd edilir.

Təqdimatın yekun hissəsində sənətkarın qazandığı dövlət mükafatları, fəxri adlar və zəngin irsi haqqında məlumat verilir. Burada onun Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi vurğulanır və bu irsin bu gün də milli-mədəni düşüncənin mühüm hissəsi olaraq yaşadığı bildirilir.

“Lətif Kərimov naxışlarda yaşayan tarix” adlı təqdimat kitabxananın rəsmi saytında yerləşdirilib.

# 889 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər