“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində
26 may 2026
# 13:46

Akademik Milli Dram Teatrında məşhur Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, bəstəkarı Azər Hacıəsgərli, tərcüməçisi Etimad Başkeçid, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Seyidxanım Muradova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, məsuliyyətli və gərgin iş prosesində uğurlar arzulayıb.

İlham Əsgərov qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Çin Milli Dram Teatrı, Qansu və Şandun vilayətlərinin milli teatrları ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq münasibətləri qurulub: "Oktyabr ayında teatrımıza Çin Milli Dram Teatrının direktoru Tian Qinxin və digər teatrların rəhbər heyətlərinin səfəri planlaşdırılır. Yeni tamaşanın premyerası Çindən olan qonaqların iştirakı ilə keçiriləcək. Eyni zamanda nəzərdə tutulur ki, tamaşa Pekində - Çin Milli Dram Teatrında təqdim olunsun".

Tamaşada İlahə Həsənova (Tan Tyantyan), Vüsal Mustafayev (Yo Syaosyao), Xədicə Novruzlu (Lyanlyan, balaca qız), Elçin Nurəliyev (Lyu Fen), Lalə Süleymanova (Han İn), Rəbbilə Ələkər-zadə (Tibb bacısı, qadın), Muhuma Sahov (Qoca, Hao), Əliulla Vəliyev (Həkim, Çjao Teşen), Əli Nurzadə (tələbə) (Teşen, I cibgir, I polis), Rəvan Səmədov (Fan, II cibgir, II polis) iştirak edirlər.

Səhnə əsəri haqqında fikri bir cümlə ilə ifadə etmək mümkün olsaydı o belə səslənərdi: günah hissinin insana verdiyi əzablardan xilas olmaq və günah işləmiş şəxsi bağışlamaq düşünüldüyü qədər də asan deyil.

Çin ənənəvi estetikasını - plastik rəqs səhnələrini, yenilənmiş formatda təqdim olunan ənənəvi musiqini, ritmik quruluşu müasir dramatik dillə birləşdirən tamaşa psixoloji dərinliyi, milli üslubu, müasir səhnə estetikasını və güclü emosional mesajı bir araya gətirməyi hədəfləyir.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər