Teatrımız təhlükə qarşısındadır – Onlar danışdılar

Teatrımız təhlükə qarşısındadır – Onlar danışdılar
10 sentyabr 2021
# 16:30

Xalq artisti Afaq Bəşirqızının tetarların açılmasına ehtiyac duyulmaması ilə bağlı açıqlaması sənət adamları arasında narazılığa səbəb olub. Bir neçə həmkarı ona sərt cavablar verib, haqqında tənqidi fikirlər səsləndirib.

Kulis.az məsələ ilə bağlı tanınmış teatrşünasların fikrini öyrəndi. Cavabları təqdim edirik.

Aydın Talıbzadə

Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...

Teatrların açılıb-açılmaması məsələsi rejissordan asılı olsaydı, onda başqa məsələ. Bu, dövlət miqyasında həll olunan məsələdir. Biz buna necə müdaxilə edə bilərik? Müzakirə eləmək də olar, müzakirə eləməmək də olar, ancaq bir fakt var ki, bu, bizdən asılı məsələ deyil. Nəsə deməyə mənim səlahiyyətim çatmır. Qoyunun dərisini soyub-soyub quyruğunda bıçağı sındırmayaq. Biz COVİD-19 virusunun sonuna yaxınlaşırıq, ona görə də sadəcə səbir etməliyik.

Məryəm Əlizadə

No description available.

Bütün teatrın işçilərinin - qarderobda işləyəndən, aktyora, baş rejissora, direktora, teatrşünasa, tamaşaçıya kimi bir çox şəxsin teatra olan mənəvi ehtiyacı neçə vaxtdır ödənilmədən qalır. Bunun da səbəbləri bəllidir. Mən ona inanıram ki, koronavirusla bağlı vəziyyət yaxşılaşdıqdan sonra obyektiv qərar veriləcək və teatrlarımız açılacaq. Görünür, dövlət cavabdehlik hiss elədiyi üçün hərtərəfli araşdırır. Nə zaman teatrların açılması təhlükəsiz olacaq, onda açılacaq. Axı, teatrsız necə yaşamaq olar? Səlahiyyətli dövlət qurumları uyğun biləndə teatrların açılmasına icazə verəcəklər. İnanıram ki, bu gün uzaqda deyil. Koronavirus həyatımızı ildırım kimi vurdu. Bu, yalnız Azərbaycanda yox, bütün dünyada belədir.

Aliyə Dadaşova

Təcrid olunmuş teatr: Bizi nə gözləyir? – Aliyə yazır...

Bu məsələ haqqında pandemiya ilə bağlı məsul qurumlar, şəxslər açıqlama verməlidirlər. Daha doğrusu, mətbuat bu məsələ ilə bağlı həmin qurumlara sorğu göndərib öyrənməlidir ki, karantin rejimində bu vəziyyət necə tənzimlənir, prinsip nədir, xaricdə necədir, bizdə necədir? Onlardan sorğu edib bunu aydınlaşdırmaq lazımdır, çünki bu məsələ sosial şəbəkələrdə də aktuallaşıb. Hərə bir fikir deyir. Belə həll oluna bilməz. Tutalım, mən keçən ay koronaya yoluxmuşdum, nəinki teatr, dünya vecimə deyildi, amma indi sağalmışam və teatra getmək istəyirəm. Lakin bu, tək mənim fikrimdən, vəziyyətimdən asılı deyil axı. Sənət adamları da öz fəaliyyətlərinin spesifik cəhətlərini həmin o qurumların nəzərinə çatdırmalıdır ki, teatrların bağlanması müəyyən fəsadlara gətirib çıxarır. Məsələn, aktyorların peşəkarlıq səviyyəsi aşağı düşür. Teatrlar açılmasa belə aktyorlar üçün müəyyən məşqlər təşkil olunmalıdır. Bunu onların nəzərinə çatdırdıqdan sonra verəcəkləri qərar həmin qurumların öhdəliyinə qalıb. Bu məsələ açıqlanmalı, qaranlıq qalmamalıdır, çünki mən baxıram, dünyanın digər ölkələrində teatrlar işləyir. Həmin ölkələrin prinsiplərini bilmirəm, yəqin hər ölkənin öz prioritetləri var. Elə ölkələr var onlar üçün teatr prioritet məsələdir, hətta müəyyən məhdudiyyətlərlə də olsa teatrların fəaliyyətini tənzimləməyə çalışırlar. Ən azından məşqlər edirlər, onlayn tamaşalar təşkil olunur. Hətta ənənəvi qaydada fəaliyyət göstərən teatrlar da var. Bəzi ölkələrdə teatr festivalları da təşkil olundu. Festivallardakı tamaşalar pandemiyadan əvvəl hazırlanmış tamaşalar deyil, canlı tamaşalardır. Dünyanın onlarla ölkəsindən rejissor cəlb olunur, onlar onlayn məşq edərək tamaşalar qururlar və həmin tamaşalar onlayn, amma canlı nümayiş olunur. Demək istəyirəm ki, bu vəziyyətdə belə fəaliyyət göstərən teatrlar var və məhz belə anlarda insanlara həmin işığı vermək, o işığı sönməyə qoymamaq vacibdir. Başqa bir gerçəklik də var: pandemiya vəziyyəti bir başqa, teatrlarımızın vəziyyəti bir başqa məsələdir. Deməli, Azərbaycan teatrı cəmiyyət üçün həyati məsələ ola bilməyib.

Elçin Cəfərov

Elçin Cəfərov (teatrşünas) — Vikipediya

Covid-19 bütün fəaliyyət sahələrinə ağır zərbə vurdu. Pandemiyadan ən çox zərər görən sahələr isə yəqin ki, incəsənət və təhsildir. Digər sahələrdə həyatın normal axarına qayıtmağa başladığı vaxtda teatrların da fəaliyyətinə icazə verilməsi arzuolunandır. Düşünürəm ki, teatrların fəaliyyətinin bərpası nəinki aktyorlar, rejissorlar, sənət adamları üçün əhəmiyyətlidir, həmçinin cəmiyyətin psixoloji durumu baxımından da vacibdir. Pandemiya zamanında bütün saytlarda, televiziyalarda o qədər anormal hadisələrə, qətllərə şahid olduq ki. Deyə bilərsiniz, belə hadisələr həmişə olub, teatrların fəaliyyət göstərdiyi zamanlarda da, bundan sonra da olacaq. Razıyam, amma insanların emosional durumunun bu qədər həssas vaxtında onların diqqətini daha səmərəli istiqamətə yönəltmək, ruhun ekologiyasını qorumaq baxımından teatrların, konsert salonlarının, kinoteatrların fəaliyyət göstərməsi mütləqdir. Az qala iki ilə yaxındır dünyada hər kəs xəstəliklərdən, viruslardan danışır, bir neçə insan bir araya gələn kimi hamının söhbət mövzusu ancaq xəstəliklərdir. Bu, cəmiyyəti məhvə sürükləyir. Biz bunun zədələrini on ildən sonra daha pis yaşayacağıq. Demirəm, teatrlar açılsa, dünya nura boyanacaq, amma dünyanı nura boyamaq üçün səbəbimiz olacaq.

Teatrların fəaliyyətinin qismən də olsa bərpası teatr xadimlərinin yaradıcılıq formasını bərpa etməsi baxımından da vacibdir. Aktyor, rejissor teatrda, səhnədə, yaradıcılıq prosesində olmalıdır. Çünki bu sahədə yerində dayanmaq geriyə getmək deməkdir. Elə hesab edirəm ki, bu məsələdə “təkəri yenidən icad etməyə” ehtiyac yoxdur. Dünya təcrübəsindən yararlanıb, pandemiya şərtlərinə əməl etməklə teatrların fəaliyyətini qismən bərpa etmək mümkündür. Hər halda Operativ Qərargah teatrlarda izdiham yaşanacağını gözləmir, ən böyük tamaşaçı tutumuna malik teatrlarda belə ticarət mərkəzlərindəki, yaxud vaksin növbəsindəki qədər adam toplaşmayacaq. Qorxuram, bu inersiya vəziyyəti bir-iki il də davam etsə, ümumiyyətlə teatr salonlarında tamaşaçını gündüz çıraqla axtarmalı olaq. Onsuz da tamaşaçı sarıdan korluq çəkən, kompleks bədii-estetik, maddi-texniki, inzabati-təşkilati problemlərin içində çabalayan teatrımızı daha böyük təhlükə qarşısında qoymaq olmaz. O ki qaldı insanların arasında bu məsələyə fərqli münasibətin olmasına, bu tamamilə anlaşılandır. Hər kəs öz dünyagörüşünə, təhlil qabiliyyətinə, öz həqiqətinə görə fikir yürütməkdə azaddır.

# 2878 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #