“Folklor və tariximiz” mövzusunda respublika elmi konfransı keçirilib

“Folklor və tariximiz” mövzusunda respublika elmi konfransı keçirilib
19 noyabr 2012
# 11:48
Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor və Tarix institutlarının birgə təşkilatçılığı ilə “Folklor və tariximiz” mövzusunda respublika elmi konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla bildirib ki, folklor müstəvisində tarixlə, tarix müstəvisində isə folklorla bağlı dumanlı məqamlar çoxdur və keçirilən tədbir bu dumanın aradan qaldırılmasına, folklorda tarixi məqamların araşdırılmasına xidmət edir.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirib ki, folklor nümunələrinə istinad etməmək tariximiz üçün əskiklik yaradır: “Şifahi xalq ədəbiyyatına istinad etdikdə görürük ki, bizim xalqımız geniş coğrafiyada fəaliyyət göstərmiş xalqdır. Bizim xalq ədəbiyyatında Çindən tutmuş Firəngistana qədər ərazilərdə xalqımızın yaşadığı, yaratdığı, bu bölgələrlə əlaqəsi olduğu aydın görünür. Azərbaycanın yağı düşmənlərlə mübarizə tarixi də folklordadır. Əbəs yerə deyil ki, “Kitabi-Dədə Qorqud” dastanlarında qara donlu kafirlər xüsusi vurğulanır. Yenə də həmin dastanda deyilir ki, “qarı düşmən dost olmaz”. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü göstərdi ki, bu gün xalqımızın dostunu-düşmənini tanıması baxımından da folklorumuz çox ciddi mənbədir”.

Y.Mahmudovun sözlərinə görə, tarixin düzgün öyrənilməsi üçün müxtəlif xarici mənbələrlə yanaşı, ana dilimizdə olan mənbələrdən, o cümlədən folklor nümunələrindən istifadə etmək lazımdır: “Folklor xalqın yaşatdığı tarixdir. Belə düşünənlər var ki, folklorda tarixi dəqiqlik yoxdur. Amma bizim real tariximiz xalqın yaşatdığı folklordadır. Tarix İnstitutu olaraq biz folklorun öyrənilməsinə çoxdan başlamışıq”.

Folklor İnstitutunun direktoru Muxtar İmanov isə bildirib ki, xalq yaşadıqca, tarixi hadisələrin şahidi olduqca, ona uyğun folklor nümunələrini yaradır: “Milli ədəbiyyatımızın ilkin qatlarında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Xalqımızın şifahi yaradıcılığı kimi dəyərləndirilən folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çıxır. Son 10-20 il ərzində nə qədər yeni folklor nümunələri yaranıb. Onlar da artıq tarixin müəyyən səhifəsinə çevrilib”.
# 2142 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər