Umberto Eko Facebookda dayanmadan şəkil paylaşanlar haqda
6 oktyabr 2012
07:15
Mobil telefona, yaxud kameraya çəkib internetdə paylaşmaq... İnsanlar hansısa hadisənin şahidi olanda ağıllarına gələn ilk fikir budur. Halbuki belə edəndə nə baş verdiyini yaxşı qavraya bilmirlər.
Bir müddət əvvəl Romadakı İspaniya Akademiyasında çıxışım vaxtı bir xanımın gözümə tutduğu (kamera daha yaxşı çəksin deyə) işıq qeydlərimi oxumağa mane oldu. Bu hərəkətə dərhal reaksiya verdim; dedim ki, iş prinsipinə görə, mən çalışanda gərək onlar işlərini kənara qoysunlar. Xanım təhqir edilmiş ədası ilə kameranı söndürdü. Keçən həftə isə San Leoda (İtalyan şəhərlərindən biri-red.) Pyer della Françeskanın əsərlərində təsvir olunan mənzərələri yenidən kəşf etmək üçün bələdiyyənin hazırladığı gözəl bir layihənin təqdimatında üç nəfər gur işıqlarla az qala məni kor edəcəkdilər; tərbiyəli olmağı tələb etdim. Hər iki halda bunu edənlər mədəni insanlar idi. Amma görünür, elektron göz sindromu onları çatmaq istədikləri insani səviyyədən aşağı sürükləyib; deyilənlərə, çıxışlara fikir bildirmədən onları çəkib “Youtube”a qoymaq istəyiblər sadəcə. Gözləri ilə gördüklərini telefonlarına yazmaq üçün deyilənləri dərk etməyə aludə olmaq istəmirdilər.
Başa düşmədən qulaq asmaq
Beyin əvəzinə gözü işlətmək mədəni insanları da dəyişdirib. Bu insanlar qatıldıqları məclisdən bir neçə kadr (striptizçi olsam, başa düşərdim) çəkirlər, amma nəyə şahid olduqlarını anlamırlar. Və təxmin etdiyim kimi, gördükləri hər şeyin şəklini çəkərək dünyanı gəzirlərsə, bir gün əvvəl çəkdiklərini səhəri gün unutmağa məhkumdurlar. 1960-cı ildə dəli kimi şəkil çəkərək fransız kilsələrini gəzdikdən sonra şəkil çəkməkdən necə soyuduğumu müxtəlif yerlərdə danışmışam. Evə gələndə əlimdə xeyli foto vardı və nə gördüyümü xatırlamırdım. Fotoaparatı atdım və sonrakı səyahətlərimdə gördüklərimi ancaq beynimə yazdım. Xatirə kimi özümdən çox başqaları üçün gözəl açıqcalar alırdım.
Faciəvi xatirə
11 yaşım vardı. Bir dəfə yaşadığım şəhərin yolunda qəribə qışqırıq səsləri eşitdim; kəndli ər-arvadın əyləşdiyi at arabası yük maşını ilə toqquşmuşdu. Arabadan yıxılan arvadın başı partlamış, beyni asfalta dağılmışdı (indi də yadıma düşəndə tüklərim biz-biz olur, asfaltdakı beyin elə bil dağılmış kremli, çiyələkli tort idi). Əri onu qucaqlayaraq qışqırırdı. Qorxumdan çox yaxına gedə bilmədim: ilk dəfə (və çox şükür ki, elə axırıncı dəfə) belə bir hadisənin şahidi oldum, ilk dəfə ölümlə qarşılaşdım. Kədər və ümidsizlik içində. Bu gün hər uşaqda olduğu kimi o vaxt mənim də əlimdə mobil telefon olsaydı, nə baş verərdi? Bəlkə də orda olduğumu dostlarıma göstərmək, başqalarının faciəsindən həzz alan insanların zövqlərini oxşamaq üçün çəkər və “Youtube”a yükləyərdim. Sonra bəlkə başqa faciələri də çəkməyə davam edər, digər insanların da ağrılarına laqeyd qalardım. Ancaq mən bunları yaddaşıma həkk etdim və o görüntü 70 il sonra da məni təsirləndirir və tərbiyə edir, başqalarının faciələrinə laqeyd qalmamağa öyrədir. İndiki gənclərin bu cür yetkinləşməyə imkanları olacaq, yoxsa yox, bunu bilmirəm. Gözləri telefonlarına yapışmış yeniyetmələr isə əbədi uduzmuşlardır.
Tərcümə etdi: Günel Əsgərzadə

1889 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024