İşindən narazılar bu yazını mütləq oxusun

İşindən narazılar bu yazını mütləq oxusun
5 sentyabr 2012
# 06:00
Peşənizi sevirsiniz. Amma hər gün getmək məcburiyyətində olduğunuz ofisdə önəmsiz hesab etdiyiniz problemlər dağ kimi böyüyərək dözülməz vəziyyət yaradıb. Maaşınız yüksək deyil, üstəlik iş yoldaşlarınız dedi-qodularıyla başınızı ağrıtmaqdan başqa heç nə etmirlər. Yaşadığınız gündəlik stress bəs deyilmiş kimi dayanmadan ultimatum verən müdirlə də əlləşirsiniz. Bütün bunlara baxmayaraq müdirin stoluna qoymağı planlaşdırdığınız istefa ərizəsini siyirməyə atın. Əvvəlcə problemi anlamalısınız...

İşdə hər gün qarşılaşdığınız problemlərin qarşısını ala bilməsəniz də əhvalınızın pozulmasına mane olmaq mümkündür. Siqaret və ya çay fasiləsində ətrafdakı insanlarla dedi-qodu etməkdən çəkinin. İş yerinizdə kimin maaşının çox, kimin maaşının daha az olması sizin probleminiz deyil. Daha çox özünüzə köklənin…

Daima hər şeydən şikayət edən insanlarla münasibət sizin psixologiyanıza təsirsiz ötüşməyəcək. Hər şeyə mənfi münasibət göstərməyin. Hadisələri olduğu kimi görməyə, başa düşməyə və həll etməyə çalışın. İşinizin sizə verdiyi şansdan istifadə edin və xoşbəxt olmağa səy göstərin. Hər işdə sizə görə olmayan və ya o iş üçün lazım olduğunuzu düşündüyünüz vəzifələr var, bu vəzifələrdən qaça bilməzsiniz. Buna görə də işinizi qısa müddətdə bitirin…

İşiniz üçün yox, özünüz üçün yaşayın: qısa müddətli tətillərə gedin. Tətil özünüzə vaxt ayırmaq üçün önəmlidir və stresslə mübarizənin ən yaxşı yoludur. Xəstə olanda işə getməkdən vaz keçin. Sağlamlığın qeydinə qalmaq əsas vəzifələrinizdəndir. İşinizi yüksək səviyyədə gördüyünüzdən əmin olun. Əlavə iş sizi tükəndirər və stressə yol açar. Qısa fasilələrlə beyninizə istirahət verin, bir fincan qəhvə sizə kömək ola bilər.

Ofisdəki stolunuzun üstünü sənədlərlə yükləməyin. Stolunuzu həmişə təmiz saxlayın. Hətta mümkün olsa xırda dəyişikliklər edin. Məsələn, əlavə yer tutmayan bitki, sizi güldürəcək bir-iki şəkil ruhunuzun dincəlməsinə kömək edər. Hər gün eyni saatda işdən çıxın və işinizi elə oradaca bitirin. Axşam saat doqquza qədər çalışaraq müəyyən bir işi bitirə bilərsiniz, amma fərqinə varmadan özünüzü stressin caynağına atacaqsınız. Ofis işlərini evdə görməyin. Həftənin beş günü eyni saatda işə gəlməyi və eyni saatda işdən çıxmağı adət edin.

Əgər bütün bunları etmisinizsə və hələ də işinizdən məmnun deyilsinizsə, o zaman alternativ variantları nəzərdən keçirin. Əsas olan problemin kökünü tapmaqdır. Əgər ofisdə olmadığınlz vaxtlarda da özünüzü daima məyus, həyəcanlı, halsız hiss edirsinizsə, psixoloqla məsləhətləşmək lazımdır.

Hazırladı: Fərid
# 2471 dəfə oxunub

Oxşar xəbərlər

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər