Dişin düşməsi, imtahana girmək, ölüm

Dişin düşməsi, imtahana girmək, ölüm
12 iyul 2013
# 07:45

Ən çox gördüyümüz yuxular

Gecə yuxu görmədiyini güman edən insanlar çox böyük səhv edirlər. Əslində, hamı yuxu görür, amma çoxumuz unuduruq. Yadda saxlayanlar isə gələcək üçün balaca bir ipucu yaxalamış olurlar.

Beləliklə, ən çox görülən 13 yuxu:

1. Qovalanmaq

Bəzən yuxuda kiminsə bizi qovduğunu görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir.

2. Çılpaq qalmaq

Yuxuda çılpaq qalmaq, müdafiəsiz qalmağın əlaməti sayılır. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür.

3. Gizli bir yer kəşf etmək

Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılaşacağınıza işarədir.

4. Maşının idarəetməsini itirmək

Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.

5. Yüksəklikdən düşmək

Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axınınaa buraxsalar, daha bu yuxuları görməyəcəklər.

6. Ölüm

Yuxuda öldüyünü görmək incidilməkdən qorxmaq deməkdir. Hansısa insanın öldüyü görmək isə onun ömrünün uzanmasına yozulur.

7. Dişin düşməsi

Dişin düşməsi insanın özünə inamını itirməsi və ya xəstələnmək kimi mənalar verir.

8. İmtahana girmək, əvvəlki imtahanları görmək

Tələbəlik, məktəb illərindən qalma qorxudur. Uğura öyrəşmiş tələbələrin qorxusudur.

9. Tələyə düşmək

İnsanın qərar verməkdə çətinlik çəkəcəyi mənasını verir.

10. Avtobusa və ya təyyarəyə gecikmək

Vacib bir fürsəti qaçırmaq deməkdir.

11. Suda boğulmaq

İnamsızlıq mənasında başa düşülür.

12. Saç kəsmək!

Çox da yaxşı hadisələrin baş verəcəyinə işarə deyil. Xəbərdarlıq xarakterli yuxudur.

13. Göyə yüksəlmək

Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyrə yozulan yuxulardandır. Yüksək mövqeyə yüksələcəksiniz.

# 3237 dəfə oxunub

Müəllifin son yazıları

# # #