“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı
11 noyabr 2026
# 18:11

Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova, Cəfər Əhmədov, Sabir Məmmədov və aktrisa Güney Əliyeva iştirak edirlər.

Yeni səhnə əsərinin quruluşçu rejissoru və səhnə tərtibatçısı Əməkdar incəsənət xadimi Bəhram Osmanov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Fəridə Zülfüqarlıdır.

Tamaşada teatral komediya janrında yazılsa da, daha çox gərgin dramatizmi ilə seçilir və teatr həyatından bəhs edir. Cəmi dörd personajın iştirak etdiyi səhnə əsərində sehrli dünya olan teatr sənətinin əsas yaradıcıları - aktyor, dramaturq və rejissor arasında baş verən mürəkkəb-psixoloji münasibətlər əksini tapıb. Bu dörd nəfəri çox şey birləşdirir, amma ən vacibi və daimi olanı məhz sənət, teatr yanğısı və böyük səhnəyə məhəbbətdir.

# 48 dəfə oxunub

Oxşar xəbərlər

“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

Nəşriyyat işçilərinin 77 faizi süni intellektə qarşıdır - Kitab dünyasında narahatlıq artır

13:28 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər