Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?
12 noyabr 2026
# 11:12

ABŞ-də müəllif hüquqlarının pozulması ilə bağlı mühüm məhkəmə qərarı çıxarılıb. "WeLib" adlı elektron kitab piratçılığı platformasına qarşı qaldırılmış iddia üzrə məhkəmə 19,5 milyon dollar məbləğində təzminat müəyyən edib.

Kulis.az xəbər verir ki, qərar noyabrın 9-da Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsində qəbul olunub.

İşdə 13 nəşriyyat və nəşriyyat sahəsinin müxtəlif iştirakçıları yer alıb. İddiaçılar platformanın müəlliflərin və nəşriyyatların icazəsi olmadan kitabları, eləcə də elmi jurnallardakı məqalələri kütləvi şəkildə yaydığını bildiriblər.

Məhkəmə müəllif hüquqları pozuntusuna məruz qalmış 130 əsərin hər biri üçün qanunla nəzərdə tutulan maksimum 150 min dollar təzminat müəyyən edib. Beləliklə, ümumi məbləğ 19,5 milyon dollara çatıb.

Qərarda təkcə pul cəzası nəzərdə tutulmur. Domen qeydiyyatçılarına saytın ünvanlarına çıxışı məhdudlaşdırmaq, onların başqa şəxslərə ötürülməsinin qarşısını almaq barədə göstəriş verilib. Beynəlxalq internet provayderləri və hostinq xidmətlərinin də platformaya xidmət göstərməsinin dayandırılması tələb olunub.

Hadisə elektron kitab bazarında müəllif hüquqlarının qorunması ilə bağlı müzakirələri yenidən gücləndirib. Rəqəmsal kitabların sərhədsiz yayılması oxucular üçün əlçatanlıq yaratsa da, müəlliflərin və nəşriyyatların gəlirləri, intellektual mülkiyyət hüquqları məsələsini daha mürəkkəb vəziyyətə gətirir.

# 64 dəfə oxunub

Oxşar xəbərlər

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər