Həftənin ən yaxşı xəbəri

Həftənin ən yaxşı xəbəri
20 fevral 2013
# 11:55

Argentinalı qolfçu Robert de Vincenzo bir yarışmada qalib olub, mükafat qazanıb, jurnalistlərə müsahibə verib klubun binasından çıxıb avtomobilinə yaxınlaşarkən ona bir qadın yaxınlaşır. Qadın onu təbrik etdikdən sonra deyir ki, uşağı xəstədir, müalicəsi üçün pul lazımdır, əks halda öləcək. Qadının danışığı qolfçuya çox təsir edir, cibindən qələm çıxarıb turnirdə qazandığı pulun bir hissəsini çek yazaraq qadına verdi. Çeki qadına verdikdən sonra ona deyir ki, ümid edirəm uşağının yaxşı günləri üçün xərcləyərsən.

Bir gün sonra klubun yeməkxanasında nahar edərkən qapıçı ona yaxınlaşır.

- Dayanacaqdakı uşaqlar mənə dedilər ki, ötən gün bir qadın yaxınlaşıb sənə, onunla danışmısan.

De Vincenzo başını yellədərək təsdiqlədi.

- Sənə bir pis xəbərim var. O qadın saxtakardır. Xəstə uşağı zadı da yoxdur. Səni çox pis aldadıb.

- Yəni ölümünü gözləyən bir uşaq yoxdur, hə?

- Xeyr, yoxdur.

- Hə.. Bax bu, bu həftə eşitdiyim ən yaxşı xəbər oldu.

# 2675 dəfə oxunub

Müəllifin son yazıları

# # #