Dünyanın porno xəritəsi

Dünyanın porno xəritəsi
29 mart 2013
# 08:30

Porno izləmək üçün disk dükanlarına üz tutmaq artıq keçmişdə qalıb. İnsanlar hansı mövzuda videoya baxmaq istəsələr, internet onların köməyinə çatır.

Gecənin bir vaxtı, monitorun qarşısında heç kimlə paylaşa bilmədiyiniz ehtiyaclarınızı qarşılamaq istəyirsiniz. Zövqünüzə, əhvalınıza uyğun bir açar söz yazaraq axtarış aparırsınız. Ancaq axtardığınız sözün nə vaxtsa statistikanın bir parçası olacağı bəlkə ağlınızdan da keçməyib…

İnternetin ən böyük porno axtarma sistemi Pornmd.com ölkələr üzrə ən çox axtarılan sözləri açıqlayıb. Bəs sizcə, hansı ölkədə ən çox hansı sözlər axtarılıb?

Avropalılar millətçi imiş

Avropalılar millətçi imiş; əsasən yerli pornolara baxmağa üstünlük verirlər. Cənubi Amerikada əsasən homoseksual açar sözləri öndədir. Venesuellada isə deyəsən internetə ancaq homoseksuallar girir, çünki demək olar ki bütün axtarışlarda “gey” açar sözünə rast gəlinir. Finlər yaşlıların pornosu ilə maraqlanır, “nənə”, “yaşlı” onların ən çox axtardığı sözlərdir. Kanadalılar yeniyetmələrin seksini izləyirlər.

Suriyada “xala” ən çox axtarılanlardır. İsraillilər isə ən çox ərəb pornosundan ehtiraslanırmışlar.

Amerikalılar “milf” (ana ilə seks) sözünü yazaaraq daha çox analarını xəyallarında canlandırırmışlar.

Avstraliyalılar əsasən “homoseksual kişi”lərə maraq göstərirmişlər.

Çinlilər “yapon” axtarır

İngiltərə, Norveç, İsveç, Fransa, İtaliya, Yunanıstan, Polşa, Almaniya və Hollandiya porno mövzusunda yerlilik edirlər. Çində isə əksinə, ən çox axtarılan söz nədənsə “yapon”dur.

İranda “gey” axtarışı

Maraqlı faktlardan biri “gey” sözünün axtarışı ilə bağlıdır. Çoxlarınız yəqin ki “gey” kəlməsinin ən çox Hollandiya və ya digər bir Avropa ölkəsi üzrə axtarıldığını zənn edirsiniz. Amma belə deyilmiş. İran və Ukrayna bu mövzuda bütün ölkələri qabaqlayıb. İranda ən çox axtarılan on kəlmədən beşində “gey” sözü var. Axtarılanlar arasında ən populyarı isə “daddy love (gey)” (ata sevgisi) sözüdür. Elə İraq da “ailə sevgisi” ilə xəritədə maraqlı yer tutur. Bu ölkədə “bacı” sözü üçüncü ən çox axtarılan sözdür. Rumınlar da şərqlilərdən geri qalmayaraq, ən çox “ana-oğul” kəlməsini axtarıblar.

Cənubi Amerikalar “asiyalı”ları sevir

Asiya və Uzaq Şərqə getdikcə xəritə dəyişir. Yəqin “fantaziya anormallığı mükafatı” olsaydı, onu birinci cənubi koreyalılara verməli olardıq. Bu ölkənin axtarış onluğunda “tualet” və “nəcis” kəlmələri xüsusi yer tutur. Asiya ölkələrində millətçilik var, amma bir az fərqli mənada. Əsasən qonşu ölkələrin, yerli tayfaların seksləri ilə maraqlanıblar. Homoseksual da diqqətçəkən ikinci ortaq sözdür. Qeyd edək ki, kanadalılar və amerikalıların asiyalılara marağı xəritədən aydın görünür. Xüsusi ilə Kaliforniya üzrə ən populyar axtarış sözü “asiyalı”dır.

Afrikada “Kardaşyan”

Afrikada təəccübləndirici məqam Nigeriya üzrə Kim Kardaşyanın ilk onluqda olmağıdır. Liviya isə qəribəliyinə görə Afrika birincisidir. Burada “silver daddies (gey)” ən çox axtarılan sözdür. Yəni kişinin homoseksual və ya yaşlı olmağının liviyalılar üçün elə bir fərqi yoxmuş, əsas saçının ağ olmasıdır.

Qonşularımızda vəziyyət necədir?

Heyf ki saytın xəritəsində Azərbaycan üzrə göstəricilər qeyd edilməyib. Regionumuzdan yalnızca Ermənistanın sayt üzrə nəticələri göstərilib. Ermənilərin ilk beşliyində “gey” kəlməsinə üç dəfə rast gəlinir. Ən çox rusların seksinə maraq göstərən ermənilərin üç sevimli porno qəhrəmanı da siyahıdan bəlli olub: yerliləri Kim Kardaşyan, macar pornoaktirsa Rita Faltoyano və realiti şou ulduzu Mendi Linn.

Türkiyədə “analar” axtarılıb

Türklər pornoda belə ana dilinə üstünlük verərək “turkish”, “turk”, “türk homoseksual” sözlərini axtarıblar. “Anal”, “amatör” (“həvəskar çəkiliş” mənasını verir-red.), “teen” (yeniyetmə) sözləri ilə yanaşı təəssüflər olsun ki “təcavüz” sözü də ən çox maraq göstərilənlərdəndir. Onluqda ikinci və sonuncu yeri isə “mom”, yəni ana və “milf” – yəni “ana ilə seks” sözləri tutub. Rusiyada da “russian mom”(rus ana) kəlməsi populyar olub. Ümumiyyətlə, ruslar porno mövzusunda xeyli millətçidirlər; onluqda dörd dəfə “Russian” sözünə rast gəlinir. Siyahıda altıncı yeri isə məşhur rus pornoaktrisa Saşa Qrey tutub. Xəritədən bu nəticəyə gəlmək olar ki, həqiqətən də “zövqlər və rənglər mübahisəyə gəlməz”miş.

# 11160 dəfə oxunub

Müəllifin son yazıları

# # #