Xalq yazıçısının yeni kitabı işıq üzü görüb

Xalq yazıçısının yeni kitabı işıq üzü görüb
6 yanvar 2025
# 17:26

Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin dilogiyası - “Gecədə atlı” povesti və “Poker oyunu” romanı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabdakı ilk əsər yazıçı tərəfindən 1981-ci ildə yazılmış, oxucuların geniş rəğbət və məhəbbətini qazanmış məşhur “Gecədə atlı” povestidir. İkinci əsər - 2024-cü ildə yazılmış “Poker oyunu” romanı bu hekayənin davamıdır. Müəllif burada otuz il sonra baş verən hadisələrdən, qəhrəmanının taleyindən, çətin sınaqlardan keçdiyi, lakin sınmadığı, məqsədinə çatdığı ömür yolundan bəhs edir.

Natiq Rəsulzadə - Azərbaycanın Xalq yazıçısı, Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, nasir, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni, bir çox yerli və xarici ədəbi mükafatların laureatıdır. O, Bakı, Moskva və Avropa ölkələrində çap olunmuş əllidən çox kitabın, çoxsaylı povestlərin, hekayələrin, ssenarilərin və pyeslərin müəllifidir.

Kitabı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Kitab Evindən əldə etmək olar.

# 2307 dəfə oxunub

Oxşar xəbərlər

Duman - Səma Muğannanın hekayəsi

Duman - Səma Muğannanın hekayəsi

13:30 13 mart 2025
"Ata ürəyi" və "Sifət" - Alpay Azərin iki qısa hekayəsi

"Ata ürəyi" və "Sifət" - Alpay Azərin iki qısa hekayəsi

12:00 9 mart 2025
Divar - Azad Qaradərəlinin hekayəsi

Divar - Azad Qaradərəlinin hekayəsi

15:30 5 mart 2025
İtirilmiş insanlıq - Sara İbrahimin yeni hekayəsi

İtirilmiş insanlıq - Sara İbrahimin yeni hekayəsi

15:30 4 mart 2025
Sirr - Kənan Hacının hekayəsi

Sirr - Kənan Hacının hekayəsi

11:00 3 mart 2025
Mənim balaca sərçəm - Müşfiq Şükürlünün hekayəsi

Mənim balaca sərçəm - Müşfiq Şükürlünün hekayəsi

15:30 28 fevral 2025
# # #