FolKulis: "Ay Laçın" xalq mahnısının sözləri

FolKulis:  "Ay Laçın" xalq mahnısının sözləri
14 mart 2025
# 15:30

Kulis.az "FolKulis" rubrikasından "Ay Laçın" xalq mahnısının sözlərini təqdim edir.

Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə,
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə

Bağçaları sarı gül,
Yarı qönçə, yarı gül.
Gec açıldın, tez soldun,
Olmayaydın barı, gül.

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...

Yeri-yeri nişan yar,
Yeni eşqə düşən yar,
Elçiləri qırılmış.
Özü elçi düşən yar!

Alma atdım nar gəldi,
Kətan köynək dar gəldi
Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi.

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...

Su atdım yara dəydi
Əlim divara dəydi.
Dilim mənim qurusun, (bəzən: Dilim ağzım qurusun)
Nə dedim Yara dəydi.

Ey əlim oda yansin
Pərvanə o da yansın
Mən yandım yar üzündən
Eşitsin o da yansın

Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın...


# 2735 dəfə oxunub

Oxşar xəbərlər

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi

18:05 8 sentyabr 2026
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başladı

17:40 8 sentyabr 2026
Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı

17:10 8 sentyabr 2026
Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

Sənətçilər yumor festivalındakı çıxışlarını ləğv etdilər

16:00 8 sentyabr 2026
Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

Tramp pop-mədəniyyət həvəskarlarının hədəfində - Səbəb

15:15 8 sentyabr 2026
Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

Britaniya Naqa əcdadlarının qalıqlarını yerli icmaya qaytaracaq

14:30 8 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər