Qadınların boşanmağının əsas səbəbləri - Səbinə Əvəzqızı

Qadınların boşanmağının əsas səbəbləri - Səbinə Əvəzqızı
13 mart 2025
# 17:30

Kulis.az Səbinə Əvəzqızının yeni yazısını təqdim edir.

Azərbaycanda boşanmaların təşəbbüskarının 70 faizi qadınlar imiş. Xəbər məni nəsə açmadı. Amma şəkk eləmək üçün əlimdə dəqiq statistika, rəqəmlər filan yoxdur.

Özü də nəzərə alsaq ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib, inanmaqdan başqa əlacımız qalmır. Özü də ölkənin ən ciddi kürsüsündən Milli Məclisdən səsləndirir.

Tamam. Taliyə xanım məsələnin rəqəmlər olan hissəsini düz deyir. Bəs bu qadınlar niyə təşəbbüs göstərirlər? Bununla maraqlanan oldumu? Mən deyim. Çünki kişilərdən daha cəsurdurlar. Kişilər fərqindədir ki, boşanma qərarının arxasında 100 manatlıq dövlət rüsumu dayanır. Fikirləşirlər ki, əşi bir az da bezdirim onsuz da “qürurundan çartlayır” özü gedib o rüsumu verəcək. Pul şirin şeydir axı. Hətta boşanma kimi ciddi qərarlarda belə, bir-çoxu haqq-hesabını unutmur.

Ağlı başında olan, dünyaya nə zülmlə övlad gətirən və ya gətirmək niyyətində olan bir xanım isti ocağını, buz kimi yalnızlığa dəyişməz. 70 faiz yox, 99,9 faiz kişilər qadınları necə çilədən çıxarırsa, zərif cinsin nümayəndəsinin məhkəməyə getməkdən başqa yolları qalmır. Səbr etmək də bir yerə qədər... Amma sonra bu rəqəmlər qalır biz xanımların üzərində. Heç soruşan olmur ki, bu qadın durduğu yerdə havalandı? Əgər bir ana, bir qadın yuvasında çox xoşbəxtdirsə, onu pozmaq üçün yalnız ruhi xəstə olması lazımdır.

Sözün qısası, əksər hallarda kişilər qadınlara boşanmaqdan bağlı heç bir yol buraxmırlar. Bütün yollar bağlananda məhkəməyə gedən cığır açıq qalır. Onun sonunda da 100 manatlıq rüsum var deyə, kişilər heç ora addım atmır. Qəlbi qırılmış qadınlar isə o pula heç bir önəm vermədən, hətta başqasından borc götürsə belə o hakimin qapısını döyür.

İndi çıxıb məni xorla söyüb eləməyin. Bu subyektiv fikirlərimdir. Təbii ki, istisnalar var. Kişiləri də çilədən çıxaran qadınlarımız olur. Amma mən düşünürəm ki, bu, kişilərin hoqqalarının, mərhəmətsizliklərinin yanında çox cüzi qalır. Ona görə də bütün dünyada Qadın Sığınacaq Mərkəzləri var. Heç arvadından şiddət görüb sığınacağa gedən kişi görmüsünüz? Bəzi istisnalar ola bilər təbii ki, bunu əlinizdə bayraq edib, əsas mövzudan yayınmayın.

Hörmətli Taliyə xanım, Sizin fikirlərinizə hörmət etməklə yanaşı bir ricam da olacaq. Ola bilərmi həmin bu 70 faiz boşanma təşəbbüskarı olan qadınlarımız arasında ciddi sorğu keçirək, onların dərdlərini can qulağı ilə dinləyək? Məqsədimiz qadınların ailə həyatında qarşılaşdıqları çətinliklərə və onların boşanma qərarı verməsinə təsir edən amillərə diqqət çəkməkdədir.

Qadınların Boşanma Təşəbbüskarı Olmasının Əsas Səbəbləri

Gəlin birinci ona baxaq ki, qadınlar niyə boşanır?

1. Məişət Zorakılığı və Patriarxal Stereotiplər

Aparılan araşdırmalar göstərir ki, boşanmaların əsas səbəblərindən biri məişət zəminində zorakılıq faktıdır. Patriarxal stereotiplər və zorakılıq halları qadınların boşanma qərarı verməsinə təsir edən əsas amillərdəndir.

2. Alkoqol və Narkotik Asılılığı

Ailə daxilində alkoqol və narkotik maddələrdən asılılıq, qadınların boşanma qərarı verməsinə səbəb olan digər mühüm amildir. Bu cür asılılıqlar ailə münasibətlərini gərginləşdirir və qadınları boşanmağa məcbur edir.

3. Xəyanət və Qısqanclıq

Xəyanət və qısqanclıq kimi faktorlar da boşanma səbəbləri arasında yer alır. Bu cür hallar qadınların ailə həyatından məmnunluğunu azaldır və boşanma qərarı vermələrinə səbəb olur.

4. Ünsiyyət Problemləri və Uyğunsuzluq

Ünsiyyət çatışmazlığı və həyat məqsədlərində uyğunsuzluq da boşanma səbəbləri arasında qeyd olunur. Bu cür problemlər tərəflər arasında anlaşılmazlıqlara və münasibətlərin pozulmasına gətirib çıxarır.

Demək belə, kişilərin bir çoxunu da özümə belə düşmən etdim. Nə edim dilimi və qələmimi dinc saxlaya bilmirəm də...

# 722 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
# # #