Çünki nə hörmət eləyənik, nə də hay-küy salan! - Qulu Ağsəs

Çünki nə hörmət eləyənik, nə də hay-küy salan! - Qulu Ağsəs
14 mart 2025
# 17:45

Kulis.az Qulu Ağsəsin "ŞİRİN(DİL) BİR XATİRƏ TƏK" adlı yazısını təqdim edir.

Tənqid – ədəbiyyat mozaikasında ayrıca pazldır.

Bu pazl yerinə oturmayanda mənzərə dəyişir.

Onda məcbur olub pazlı pazlla çıxarırlar.

Yəni tənqidi tənqid edirlər.

Bəzi tənqid(çi) şeiri (nəsri) tanımır, bəzisi şairi (nasiri).

Onlara sözümüz olmaz.

Bəzi tənqid(çi) şeiri (nəsri), şairi (nasiri) görməzdən gəlir.


Onlara da sözümüz yoxdur, ehtiyat elədikləri, umduqları qələm sahiblərindən kitab bağlayanlara da. Heç onların da bizə sözü olmaz. Çünki nə hörmət eləyənik, nə də hay-küy salan!

Şirindil Alışanlıya isə sözümüz həmişə olub. Sağlığında deməsək də, barı indən sonra susmayaq. "Ulduz" jurnalının bir nömrəsinin eksperti olanda yaxından tanıdım onu.

Sözü yuxarıda tuta-tuta, həm də heç bir müəllifi aşağılamadan gənclərin yaradıcılığını təhlil elədi. Cəsarətli və intellektual rəy! Üstəlik, maarifçi! Zəng vurub təşəkkür elədim, qonorar üçün sənədini istəyəndə heyrətləndi, dedi, onu cavanlar yazın, ardınca da xoş bir zarafat...


Yeni yazılar göndərəsiydi, araya pandemiya düşdü, hamı bir müddət gizləndi sanki, camaat üzə çıxanda Şirindil müəllim dünyanın qapılarını biryolluq bağlayıb qeyb oldu. Amma nələrsə qoydu özündən sonra: özünəməxsus üslub, xarakter və əlbəttə, gözü-könlü toxluq!..


Bir də: Şirin(dil) bir xatirə...


27 fevral 2025

# 1988 dəfə oxunub

Oxşar xəbərlər

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

Vegetarian olmaq faciədirmi? - Nihat Pir

16:00 13 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər