"Qadın tez yoldan çıxır, ona görə də..." - Ofelya Şabanovanın həyat yoldaşı

"Qadın tez yoldan çıxır, ona görə də..." - Ofelya Şabanovanın həyat yoldaşı
13 mart 2025
# 18:31

"Qadın tez yoldan çıxır deyə, şeytan hər zaman ona yaxın olur. Mən özüm də Ofelyaya qədər çox gəzəyən olmuşam. Amma Ofelyadan sonra bütün meylimi ona salmışam. Qadınlar çöldə kölə kimi işləməyə razıdır. Amma evinin köləsi olmağa razı deyil. Düşünürəm ki, kişini kişi edən də qadındır..."

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Ofelya Şabanovanın əri Ceyhun Şabanov deyib.

Onun sözlərinə görə, müğənniyə həm analıq, həm qaynanalıq, həm valideynlik edib:

"Kişiyə nə lazımdır? Qadın nəvazişi, qadın qulluğu. Elə qadın var, kişini ovucunda saxlayır. Amma kişi yenə də gəzir. Bunun da günahkarı qadındır. Deməli, haradasa bir boşluq yaranıb ki, kişi o yolu seçib. Mən Ofelyaya həm ana olmuşam, həm qaynana, həm ata, həm də ər.
Kişi evə gələndə qadının yemək bişirdiyini, ev yığışdırmağını, paltar ütüləməyini görməməlidir. Kişi evə gələnə qədər qadın bu işlərin hamısını görüb qutarmalıdır. Xanımlarımızın bu dəqiqə 99 faizi kosmetika ilə gəzir. Kişi də qadını hansısa bir məclisdə-filan görür, bəyənir. Ona görə də qadın kişinin ilk gördüyü kimi qalmalıdır. Ailə quranda hansı halda idisə, o cür də davam etməlidir. Gəzmək kişiyə xas olan bir xüsusiyyətdir... Çölə çıxanda istər-istəməz gözü gözəllik axtarır. Qadın kişinin gözündə hər zaman gözəl qalmağı bacarmalıdır. Qadının danışığı, gülüşü, yerişi yerində olmalıdır ki, kişi bezməsin. Yəni, kişi üçün qadın hər zaman yenilik etməyi bacarmalıdır. Kişi evə gələndə qadınını “kəndçi” halında görməməlidir."


Ceyhun bəy qeyd edib ki, qadının qısqanclığı şeytandan, kişinin qısqanclığı isə imandandır:

"Qadın kişinin ürəyini sevir, amma kişinin gözü ancaq gözəllik görür. Düşünürəm ki, 55-60 yaşına qədər bütün qadınlar baxımlı olmalıdır. Evdə mübahisənin səbəbkarı hər zaman qadın olur. Kişi qadını haqlı olaraq qısqanır. Mənim arvadı ölən kişilərə yazığım gəlir. Çünki o kişilər, sözün əsl mənasında, yetim qalır. Qadın kişi obrazında çıxış edə bilər, amma kişilər bunu bacarmır. Allah onlara bu qüvvəni verib. Arvadı ölən kişi dünyanın ən bədbəxt insanıdır. Mən Ofelyanı öz övladım kimi böyütmüşəm. Hətta ona kukla belə almışam. 16 yaşında uşaq idi, onu mən böyütmüşəm. Qayğısına qalmışam..."

# 5983 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər