“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" - Müsabiqə

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" - Müsabiqə
14 mart 2025
# 09:15

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədəki özəl sektorun dəstəklənməsi məqsədilə keçiriləcək müsabiqə bədii film, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri istiqamətlərini özündə əks etdirəcək. Bu müsabiqədə tələbə filmləri də prodüser mərkəzləri tərəfindən təqdim olunmalıdır.

Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Azərbaycan dilində təqdim etdiyi film layihələri iştirak edə bilər.

Müraciətlərin qəbulu https://arka.culture.az saytı vasitəsilə 15 aprel 2025-ci il tarixindən həyata keçiriləcək.

# 2413 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər