Qısa hekayə: Yanğın

Qısa hekayə: Yanğın
30 iyul 2021
# 16:23

Kulis.az Simran Qədimin “Yanğın” hekayəsini təqdim edir.


Ekstremal halla üzləşəndə, adətən, iki hal olur: adam ya özünü itirdiyindən yerindəcə donub qalır, ya da əksinə, sanki ona güc-qüvvət gəlir, dərhal, bir anın içindəcə qərar verə bilir. Canının hayına düşdüyündən elə bil bütün bədəni ən son hüceyrəsinəcən səfərbər olub vəziyyətdən çıxmağa çalışır...


Qəfil yuxudan ayılanda mən də belə bir duruma düşdüyümü gördüm: üçotaqlı, birmərtəbəli kiçik həyət evim çırtaçırt yanırdı, hər yanı od-alov, tüstü-duman bürümüşdü. Tək bir yol vardı: əvvəlcə otaqdan, sonra isə evdən çıxıb canımı qurtarmaq!


Evdə tək-tənha yaşayırdım, ailəm, valideynlərim, uşaqlarım yox idi ki, kiminsə hayına qalam. Bəs, mən neylədim, hansı addımı atdım? Beyni də, bədəni də keyiyib donanlardan idim, ya çox cəld, çevik tərpənənlərdən?


Əlbəttə ki, ikincisindən!


Tez, ildırım sürətiylə yerimdən qalxdım, qasırğa kimi od-alovun, tüstü-dumanın içindən keçərək əvvəlcə dəhlizə, sonra evin həyətinə, ardınca isə darvazadan çölə çıxdım. Sağ-salamat idim, qurtara bilmişdim quru canımı!


Lap yol tamam bağlansa, alovun içindən keçmək mümkün olmasaydı belə, özümü itirməzdim: hamam otağına girər, dəsmalları yaş edib qapının künc-bucaqlarını tutar, su dolu vannada gizlənərdim. Sakitcə yanğınsöndürənlərin gəlib məni xilas etmələrini gözləyərdim.


...Aman Allah, mən hələ də key-key, mat-mat yanğına, alov dilimlərinə baxıb bunları düşünürəm; çarpayıdaca donub qalmışam, heç yerimdən qımıldanmamışam da. Tərpənmək əvəzinə, fikrə getmişəm, öz-özümə xəyallar qururam, sadəcə. Niyə hərəkətə keçə, qalxıb düşündüklərimi reallaşdıra bilmirəm axı?! Qorxularıma əsir olub yerimdəcə qurumuşam, yanğın isə get-gedə şiddətlənir.

# 5339 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, dünya tarixinin sonuncu fəslidir..." - Heynrix von Kleistin sitatları

"Bu, dünya tarixinin sonuncu fəslidir..." - Heynrix von Kleistin sitatları

14:42 21 noyabr 2026
"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

14:00 21 noyabr 2026
Günahsız Abdulla - Mixeil Cavaxişvilinin  məşhur hekayəsi

Günahsız Abdulla - Mixeil Cavaxişvilinin məşhur hekayəsi

16:00 20 noyabr 2026
Sonuncu dayanacaq - Nobel mükafatçısından hekayə

Sonuncu dayanacaq - Nobel mükafatçısından hekayə

13:58 20 noyabr 2026
Yeddi 100 otuz iki - Daşqın Eldarın yeni romanından bir hissə

Yeddi 100 otuz iki - Daşqın Eldarın yeni romanından bir hissə

10:00 20 noyabr 2026
Protez dişlər - Furqanın yeni hekayəsi

Protez dişlər - Furqanın yeni hekayəsi

12:00 18 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər