Arzusuna çatan xoşbəxt şəhid - Mirzəfər Qurbanov

Mirzəfər Qurbanov

Mirzəfər Qurbanov

9 dekabr 2021
# 23:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mirzəfər Qurbanovun “Arzusuna çatan xoşbəxt şəhid” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

(1.Hissə.Təbiətin mesajı)

Sakit əsən küləyin bütün gözəl duyğuları tərənnüm etdiyi bir gecədə küçədə oturub vətənimin vüqarla dalğalanan üçrəngli bayrağına baxaraq Azərbaycanımın buralara qədər gəlməyi üçün keçdiyi tarixi yollarda nələr yaşadığını düşünürdüm. Düşüncələr məni uzaq zamanlara —xalqımın keçirdiyi ağır, iztirablı günlərə aparırdı. Həmin dövrdə minlərlə soydaşım vəhşi erməni vandalları tərəfindən amansızcasına qətlə yetirilmişdirlər....

Bu düşüncələr məni boğurdu. Bu gün sakit və firavan yaşayan bizlər keçmişdə xalq olaraq necə zülmlərin şahidi olmuşduq. Həyat necədə qəribədir? Yaşadığımız hər şey bir keçmiş olaraq tarixə düşür və biz keçmişi dəyişmək üçün heç nə edə bilmirik. “Ax, bir fürsətim olardı, düşərdim o əclaf ermənilərin canına. Alardım Qarabağımızı! “, - deyə qəlb yanğısı ilə düşünürdüm.

Az sonra yanağıma yağış damcısının düşdüyünü hiss etdim. Bir yağış damcısı daha.... Bu da üçüncüsü və budur yağış yavaş – yavaş güclənir .Sakit küləyi güclü külək əvəz edirdi. Cəld ayağa qalxıb evə doğru qaçdım. Binaya çatanda özümdən asılı olmayaraq arxaya dönüb bayrağıma baxdım. Bayrağımın başını qara duman almışdı. Bayraq coşqun dəniztək dalğalanırdı. O sanki qartal idi və yan - yörəsində uçaraq onu yerə endirməyə çalışan yırtıcılardan qurtulmağa çalışırdı. Bu mənzərə məndə çox fərqli bir hiss oyatdı.... Sanki təbiət nə isə demək istəyirdi... Amma nə?!

2.HİSSƏ ( Qayıdışa atılan ilk addım)

Evdə oturub armudu stəkandakı çayı qurtumlayaraq televizoru izləyirdim. O kanaldan bu kanala keçərkən birdən kanallardan birində diqqətimi bir şey çəkdi . Kanalda gedən verilişin alt yazısında: “Qarabağa qayıdış üçün biz sizi səsləyirik “, - yazılmışdı. Bir az verilişi izlədikdən sonra mənə məlum oldu ki, Ermənistan ilə sərhədimizdə atəş səsləri eşidilir. Dərhal sosial şəbəkəyə daxil oldum. Bu günün xəbərlərini səhifələdim. Sonda əmin oldum ki, həqiqətən o gün gəlib çatıb. Dərhal tanışlarıma zəng vurdum. Bu məsələ ilə bağlı onlardan da xəbər aldım.

Onlar cəbhəyə yollanmaq üçün müəyyən yaş aralığında əsgərin lazım

olduğunu söylədilər. Qeydiyyat üçün hara müraciət etməli olduğum öyrəndikdən sonra ailə üzvlərimlə danışdım. Həyat yoldaşım

bundan çox narahat oldu. Lakin Vətən uğrunda bunu etməli olduğumu bilirdi.

Valideynlərimlə danışdım. Onlar da mənim kimi düşünürdülər. Təbii ki, bu durumda başqa cür düşüncə ola bilməzdi.

Həmin gün qeydiyyatdan keçdim və verilən göstərişə əsasən ertəsi gün cəbhəyə yola düşdüm.

Mən də digər əsgərlər kimi Vətən uğrunda mübarizəyə böyük Yurd eşqi ilə yollanırdım.

3.HİSSƏ ( İntiqam və Zəfər)

Qızğın döyüşlər gedirdi. Çox şəhidimiz var idi. Təəssüf ki, dostum Mübariz də şəhid olmuşdu ( bu qürur verici haldır, lakin dostun itkisi hər bir halda kədər verir). Artıq bir sıra rayon və kəndlərimiz işğaldan azad etmişdik. Bu heç də asan olmamışdı. Çəkdiyimiz çətinliklər və gördüyümüz qanlı səhnələr bizə bir ömür boyu unuda bilməyəcəyimiz acı xatirələr bəxş etmişdi. Buna baxmayaraq, vətənə olan sevgimiz yaşadığımız hər çətinliyə məlhəm ola biləcək qədər güclü idi. Dəqiq desəm bizi yaşadan əslində vətən sevgisi idi. Heç vaxt unutmaram, bir döyüş yoldaşım ( adı İsrafil idi) son nəfəsində belə “Vətən “ dedi. Bax belə Vətən kəlməsi ilə neçə - neçə əsgərimiz şəhidlik zirvəsinə ucaldı.

Artıq meydan getdikcə sakitləşirdi. Bu sakitliklə bərabər biz bir neçə rayon və kəndlərimizi işğaldan azad etmişdik. Bu çox qürur verici hal idi və bir qədər də kövrəldici. Artıq 30 ilin bizlərə yaşatdığı vətən həsrəti ağac kimi kök atmış, qəlbimizin dərinliklərinə gedərək intiqam və geri qayıtmaq istəyini ürəyimizə yeritmişdi. Məhz bu səbəbdən döyüşdə heç vaxt geri çəkilmək fikrinə düşmədik. Biz haqq yolunda vuruşurduq, biz bizim olanı almaq üçün vuruşurduq. Bizi erməni əsgərlərindən fərqləndirən ən böyük xüsusiyyət də məhz bu idi. Çox qan tökdük, çox şəhid verdik, çox həsrət çəkdik. Çox istədik, çox istədik ki, Qarabağımızı geri alaq, çox istədik ki, ayrılığın verdiyi acını sevinc göz yaşı ilə əvəz edək. Buna görə də yaşamaq üçün, ən başlıcası —Qələbə üçün son damla qanımıza qədər mübarizə aparırdıq.

Döyüş ərəfəsində şahidi olduğum bir hadisə məni çox sarsıtmışdı. Bir əsgər yoldaşım var idi, adı Ümid idi. Onunla tanış olandan elə hey

1

“Kəndimə çatan kimi uşaqlığımda yelləncək asıb yelləndiyim ağacı görməyə gedəcəyəm “, - deyirdi. Bir gün xəbər gəldi ki, yarıya bölünərək yarımız sağ cəbhə ilə digər yarımız isə sol cəbhə ilə irəliləyəcəyik. Bu məlumata əsasən hazırlıq görürdük. Birdən gördüm ki, Ümid təlaşla mərkəzi büroya gedir. Gözlədim ki, görüm problem nədir. Bir neçə dəqiqə sonra o bikef halda mənə tərəf gəldi. Soruşdum ki, nə olub? Dedi ki, sol cəbhə ilə getmək istəyirdim amma mənə sağ cəbhə ilə yollanmağı tapşırıblar Niyə sol cəbhə ilə getmək istədiyini soruşdum. Dedi ki, mənim kəndim sol cəbhəyə gedən yolun üstündədir. Bunu öyrəndikdən sonra ona təsəlli vermək üçün “ İnşallah Qarabağımız azad olandan sonra yoldaşlarla birlikdə gedərik “, - dedim. Bu sözlərimə qarşılıq olaraq dedi ki, gedərik eləmi? Mən də qarşılığında- “Gedərik , mütləq gedərik “, - dedim. Sonra isə birlikdə yola düşdük. Ayrılıq nöqtəsinə çatanda Ümid sağ cəbhəyə getmək üçün digər maşına mindi. Beləcə bir – birimizi Allaha əmanət edib ayrıldıq.

Döyüş nöqtəsinə çatanda hər kəs maşından düşüb özünə yer tutdu. Güllələr, partlayış səsləri hər tərəfi bürümüşdü. Düşmənə güc gələrək bir qədər irəliyə getdik. Döyüşün qulaq batırıcı səsləri birdən – birə kəsildi. Amma bu səssizlik çox çəkmədi. Az sonra qarşı tərəf bizi amansız mərmi yağışına tutdu. Mən də öz nişangahımda düşmənlə mübarizə aparırdım, qəfildən birinin sağ tərəfdən kolların dibi ilə düşmən cəbhəsinə doğru üzüaşağı irəlilədiyini gördüm. Ona bir az daha nəzər saldıqdan sonra, - “Ümid”, - deyə təlaşla ona tərəf yüyürdüm. Bir yandan onu müdafiə üçün qarşı tərəfi güdür, bir yandan da ona çatmaq üçün tələsirdim. Onunla aramızda uzun yol var idi ona görə də ona çata bilməzdim. Ancaq onu müdafiə edə bilərdim. Birdən qəfil bomba səsi eşitdim. Bomba təxminən Ümidin 15 addım qabağına atılmışdı. Bombanın səsindən səntirləyən Ümid təlaşla irəliyə doğru qaçdı. Bir ağacı qucaqladığını gördüm . Ağacın torpağını ovcuna alıb oğrun – oğrun cibinə doldurdu. Yerə çöməlib torpağı öpdü. Qəfil bir bomba Ümidin lap yaxınlığında partladı. Ümid bundan təlaşlanıb ordan uzaqlaşaraq geriyə doğru qayıtdı. Onun qayıtdığına çox sevindim. Təhlükəsiz yerə çatmağın az qalmış bir-birinin ardınca atılan yeddi güllə Ümidin kürəyinə tuşlandı. Ümid dizləri üstünə çöməlib yerindəcə qaldı. Mən elə bir hayqırtı qopartdım ki, o hayqırıq dost sevgisinin tərənnüm etdiyi hisslərlə birlikdə qəlbimdə matəm qurdu. Mən dostumu çıxartmaq üçün ona doğru qaçdım. Heç bir şey məni dayandıra bilməzdi. Nəhayət, ora çatıb Ümidi çiynimə aldım təhlükəsiz

bir yerə aparmaq istəyəndə qəfil bir bomba partladı. Elə bir bomba ki, o bombanın sarsıntısı ilə çiynimdə Ümidlə bərabər neçə metr uzaqlığa atıldım. Xoşbəxtlikdən zərbənin təsirindən tez ayıldım. Təlaşla ətrafa nəzər salıb Ümidi axtardım. Sonda onu bir qədər aralıda gördüm. Ona doğru qaçıb başı ucunda göz yaşları tökdüm. Ümidin başının üstündə hər nə qədər də çox durmaq istəsəm də Vətən məni çağırırdı. Döyüşə davam etməli idim. Ümidin cansız bədənini ordaca tərk edib döyüşə davam etdim. Amma bayaqkı sarsıntının təsirindən ayağa duranda dünya-aləm ətrafımda dövrə vurdu. Bir qədər sonra özümə gəlib sürünə-sürünə yerimə keçdim. Döyüş uzun çəkdi. Erməniləri geriyə çəkilməyə vadar etdik. Qələbəyə addım – addım yaxınlaşırdıq. Bədbəxt bir hadisə ucbatından sol qolumdan ağır yaralandım. Amma buna baxmayaraq ağrını unutmağa, döyüşə davam etməyə çalışırdım. Lakin, nə qədər də döyüşdən ayrılmaq istəməsəm də qolumun ağrısı və hədsiz dərəcədə qan itkisi ucbatından oradaca huşumu itirib qaldım. Ayılanda hərbi hospitalda olduğumu gördüm. Tibb bacılarından cəbhədə vəziyyətin necə olduğunu soruşdum. Onlar da mənə xeyli irəlilədiyimi söylədi. Mən nə qədər də döyüşə davam etmək istədiyimi söyləsəm də Tibb bacıları və baş həkim buna icazə vermədi.

Günlər keçdi. Döyüş meydanında sakitlik bərqərar oldu. Artıq döyüş bitmişdi. Qələbə bizim idi! Mən bu şanlı hadisədən 4 gün əvvəl müayinədən çıxıb evə yollanmışdım. Heç cür ifadə edə bilmərəm ki, evdə necə gərgin hisslər keçirirdim . Sol qolumu itirməyimə baxmayaraq , təkcə düşündüyüm şey-cəbhədəki vəziyyət idi. Hər an, hər dəqiqə” Cəbhədə vəziyyət necədir”, - deyə düşünürdüm. Zəfər xəbərini eşidəndə keçirdiyim hisslər yəqin ki, hər birinizə tanışdır. Bu hiss mənə yeni bir həyat bəxş etdi. Bu hissin sevinci ilə ailəmdə böyük şadyanalıq oldu. Lakin bu şadyanalıq özündə dərin kədər hissini təcəssüm etdirirdi. Cəbhədə olan əsgər yoldaşlarımın bir çoxunun şəhidlik zirvəsinə ucalması mənə həm qürur həm də kədər hissi bağışlayırdı.

Zəfərdən bir müddət sonra ailəmlə birlikdə Şəhidlər xiyabanına getdik. Orada hörmət və minnətdarlıq hissi ilə addımlayarkən birdən Ümidin məzarına rast gəldim. Ailəmə onun necə cəsur olduğunu danışdım. Danışıq əsnasında körpə oğlum mənə bir sual verdi:

- Ata o indi hardadır?

Mən bu suala cavab olaraq—“ Kəndindəki ağacın kölgəsində dincəlir. Dincini alandan sonra isə ağacdan asdığı yelləncəkdə yellənir”, - dedim. O daha bir sual verdi:

- O sevinir? O xoşbəxtdir?

2

Mən əminliklə dedim:

- Sevinir , oğlum, sevinir. Həm də xoşbəxtdir. Axı o öz arzusuna çatdı....

# 1444 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
#
#
# # #