Virtual qurbanvermə ayinləri, onlayn daş-qalaq - Qismət

Virtual qurbanvermə ayinləri, onlayn daş-qalaq - Qismət
17 aprel 2025
# 09:10

Kulis.az Qismət Rüstəmovun Mark Edmundsonun "Linç çağı: sosial mediada super eqo" kitabı haqqında yazısını təqdim edir.

Nə vaxtsa bənzər qənaətlərin içimdən sürətlə şütüyüb keçdiyi, ancaq yazmağa hazırlığımın, savadımın çatmadığı kitablardan ötrü ürəyim gedir. Mark Edmunsonun “Linç çağı: Sosial mediada super eqo” kitabı da onlardandır. Bu kitab sosial media dövründə geniş vüsət alan mizantropluq, virtual qurbanvermə ayinləri, onlayn daş-qalaq, sosial media patologiyaları və özünü daim başqalarının həyatına, düşüncələrinə əsasən mövcud etmək və özünə öz potensialından böyük talelər uydurmaq məsələsini araşdırır. Müəllif yazır ki, sosial media fasiləsiz şəkildə təsdiq gözləyən, “keşf et”ə düşmək istəyən, “önə çıxart” kimi teqlər nəticəsiz qalanda özündən başqa hamını günahkar çıxaran, heç cür bir işə fokuslana bilməyən, ancaq qəribə şəkildə “həmişə haqlı” bir kütlə yaradıb.

bunu deyən yazı "ย่ายุั GACI LiNé LEJAND SOSYAL OSY SÜPEREGO SOSYALMEDYADA SOSALMEDYAD SÜPER MED AD #PSIKOLOJI DUINLDA #PSIKOLOJI EDMUNDSON MARK Çeviren: ζα EDMUNDSON Eren Sarıçam" qrafik obrazı ola bilər

Edmunson kitabın mərkəzinə Ziqmund Freydin “Super eqo” anlayışını qoyub. Xudmani bir arayış. Freyd insan şüurunu şərti olaraq üç mərtəbəyə bölürdü: ən altda bütün seksual, cismani arzularımızın deposu olan İD var; ən üstdə başımızdan danlağı əskik olmayan ata və ya ictimai-siyasi, mədəni-əxlaqi hökmlər verən senzor kimi SUPER-EQO oturub; ortada isə altdakı (İD) ilə üstdəki (Super-eqo) arasında vasitəçilik edən, onları tənzimləyən EQO var. Müəllif deyir ki, Freyd özünün ən məşhur kitab olan “Sivilizasiya və onun narahatlıqları”nda Super-eqonun təhkükələri ilə bağlı xəbərdarlıq etmişdi.

Bu yığcam, oxunaqlı kitabda Edmunson təxminən belə deyir: get-gedə böyük əksəriyyətə elə gəlir ki, hamı onun kimi düşünməlidir; onun kimi düşünməyən varsa, ona hücum çəkmək lazımdır. Get-gedə, deyəsən, “məncə, mənə görə” sözləri sıradan çıxır, əksəriyyət öz fikrini, seçimini mütləqləşdirir, kateqorik hökmlərlə danışır. Bu, yeni növ infantilizmdir, yəni Freydin 95 il qabaq dedikləri özünü doğruldur, təəssüf ki.

# 2367 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər