"Nizami: daxili aləm" - İlk dəfə

"Nizami: daxili aləm" - İlk dəfə
16 yanvar 2025
# 15:12

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş “Nizami: daxili aləm” sənədli filmi ilk dəfə televiziyada nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, nazirliyin və Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə lentə alınan ekran əsəri yanvarın 25-də saat 23:00-da AnewZ Televiziyasında təqdim ediləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvi yaradıcılığının əbədiləşdirilməsi və beynəlxalq səviyyədə daha geniş təbliğinə töhfə vermək məqsədilə sifariş edilən film beynəlxalq auditoriya üçün nəzərdə tutulub.

İngilis dilində lentə alınan sənədli filmdə görkəmli tarixçilər, ədəbiyyat və mədəniyyət xadimlərinin böyük şairin zəngin yaradıcılığı haqqında fikirləri yer alıb.

Ekran işinin ssenari müəllifi Kristina Lin Morelli, rejissoru və prodüseri Atakan Kerküklü, operatorları Miya Lusia Keyhli Padcet və Ceremi Stefan Fut, montaj redaktoru Bahəddin Dastandır.

# 1316 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Avropanın ən qədim insanları

Qərbi Avropanın ən qədim insanları

13:16 14 mart 2025
Dost həsrəti, Şuşa haqqı, təəccüb və heyrət - Rəşad Məcid

Dost həsrəti, Şuşa haqqı, təəccüb və heyrət - Rəşad Məcid

12:30 14 mart 2025
Süleyman Rəhimovun yubileyi qeyd olunacaq

Süleyman Rəhimovun yubileyi qeyd olunacaq

12:10 14 mart 2025
"Hörümçək adam 4" - Anons

"Hörümçək adam 4" - Anons

11:45 14 mart 2025
"Qızıl Qlobus" mükafatlarının aparıcısı bəlli olub

"Qızıl Qlobus" mükafatlarının aparıcısı bəlli olub

11:15 14 mart 2025
Yeni "Narniya səlnamələri" filmi çəkilir

Yeni "Narniya səlnamələri" filmi çəkilir

10:20 14 mart 2025
# # #