Ənənəvi Holi Festivalı başlayır

Ənənəvi Holi Festivalı  başlayır
13 mart 2025
# 12:30

Hindistanın ən əyləncəli və ənənəvi Holi Festivalı başlayır.

Kulis.az-ın məlumatına görə, festival hər il böyük həvəslə qeyd olunur.

Baharın gəlişi münasibətilə qeyd olunan bu bayram həm də xeyirin şər üzərində qələbəsinin simvoludur.

Holi "Hindu bahar bayramı" da adlanır. Festival, əsasən, Hindistanda qeyd olunsa da, Hindistan diasporası vasitəsilə Asiyaya və Qərbə də yayılıb.

Holi festivalı nə vaxt qeyd olunur?

Holi Hindu təqviminə görə "Phalquna" ayının tamamında qeyd olunur. Bu tarix, adətən, fevral-mart aylarına təsadüf edir. Ancaq "Qərb" təqviminə görə hər il festivalın tarixi dəyişir. Holi bayramı ilin müxtəlif vaxtlarında qeyd olunur, lakin bütün hallarda yazın gəlişini və təbiətin oyanmasını təsvir edir.

Holi festivalı ayinləri

Holi festivalı insanların "Holika Dahan" adlanan dini ayinləri yerinə yetirmək üçün Holidən əvvəlki gecə tonqal ətrafında toplaşması ilə başlayır.
Növbəti səhər rənglər festivalı olan "Rangvali Holi" qeyd olunur. Bu şənliklərdə insanlar bir-birini isladıb, rəngli tozlar atırlar. Şənliklər zamanı su tapançaları və su ilə doldurulmuş şarlar da istifadə edilir. Rəng müharibələri küçələrdə, parklarda, məbəd və binaların kənarında baş verir. Qruplar nağara və digər musiqi alətləri ilə səyahət edir, oxuyur və rəqs edirlər. Ailələri ziyarət etmək və xüsusi Holi yeməkləri yemək də məşhur ənənələrdən biridir.

Qeyd edək ki, 2025-ci ildə Holi festivalı martın 14-nə təsadüf edir.

# 2958 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər