Kulis.az "FolKulis" rubrikasında "Kəklik" xalq mahnısının sözlərini təqdim edir.
"Kəklik" xalq mahnısının sözləri
Ovçu: Kəklik, kəklik!..
Kəklik: Gəl, ovla məni!..
Dağa-daşa sal, qovla məni.
Ovçu: Eşqin kəməndin sal boynuma
Gecə, gecələr xəyalımla qal…
Kəklik:
Gündüz, gündüz buxovla məni (sal, ovla məni).
Ay gülüm, gəl, ovla məni,
Ay yarım, gəl, ovla məni,
Ay ovçum, gəl, ovla məni!..
Ovçu: Kəklik, kəklik, daşları gəzər (daşda nə gəzər?)
Kəklik:
Sürmə, sürmə (qələm, qələm) qaşları gəzər (Sürmə qaşda nə gəzər?),
Ay yarım, qaşları gəzər.
Ovçu: Adın, sözün düşüb dillərə…
Kəklik: Eşqim, sevdam başları gəzər,
A yarım, başları gəzər,
A balam, başları gəzər.
Ovçu: Sən tək yarı olanı,
Ağlı-fikri başda nə gəzər?!
Gəl, gəl, ay mənim maralım!..
Kəklik: Sənsiz, sənsiz, ay ovçu, gəlmir qərarım.