“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək

“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək
6 mart 2025
# 14:45

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək. “Yaradıcı Azərbaycan” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür.

Kulis.az xəbər verdi ki, layihənin əsas məqsədi Azərbaycanda MYS-lərin potensialını cəmiyyətə tanıtmaq və onu qlobal bazara çıxarmaqdır. Bura kino, animasiya, oyun texnologiyaları (Gametech), moda, musiqi, mədəniyyət sahəsində çalışan startaplar (Cultech) və digər yaradıcı istiqamətlər daxildir.

MYS-lərin inkişafı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi baş tutub, "Mədəniyyət və yaradıcı sənayelər" üzrə xüsusi Təqaüd Proqramına start verilib. Həmçinin ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı baş tutub.

Bu baxımdan, MYS sahəsində bugünədək görülən işlər, biznes subyektləri üçün yaradılan yeni imkanlar və dəstək mexanizmləri, eyni zamanda 2025-ci il üzrə yeni hədəflər ilə tanış olmaq üçün MYS nümayəndələri (film və animasiya studiyaları, oyun studiyaları, moda evləri və dizaynerlər, musiqi prodüserləri, nəşriyyatlar və ədəbiyyat sahəsində fəaliyyət göstərən şəxslər, mədəniyyət sahəsində çalışan startaplar və şirkətlər, reklam və media agentlikləri və s.) “Yaradıcı Azərbaycan” – MYS-lərə dair xüsusi təqdimatda iştirak etmək üçün dəvət olunurlar.

Məkan: Heydər Əliyev Mərkəzi
Tarix: 10 mart 2025
Saat: 14:00

# 1978 dəfə oxunub

Oxşar xəbərlər

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən rəssam - Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən rəssam - Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
Vəfat edən tanınmış müğənninin  sirri üzə çıxdı

Vəfat edən tanınmış müğənninin sirri üzə çıxdı

15:20 12 avqust 2026
Türkiyədəki kitabxana dünya birincisi seçildi

Türkiyədəki kitabxana dünya birincisi seçildi

13:30 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər