Rəşad Dağlı əfv üçün müraciət edib? - Yaxınları danışdı

Rəşad Dağlı əfv üçün müraciət edib? - Yaxınları danışdı
5 mart 2025
# 18:13

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) əfv olunacağı ilə bağlı xəbərlər yayılıb.

Kulis.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Rəşad Dağlı əfv üçün müraciət etməyib.

Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Lent.az

# 3480 dəfə oxunub

Oxşar xəbərlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər