"10 dəqiqədən artıq baxa bilmədim" - "Səriyyə" filmi haqqında

"10 dəqiqədən artıq baxa bilmədim" - "Səriyyə" filmi haqqında
6 mart 2025
# 13:15

Kulis.az Əlixan Rəcəbovun "Səriyyə" filmi haqqında Mirmehdi Ağaoğlunun təəssüratını təqdim edir.

Bir pis xasiyyətim var: çox nadir hallarda oxuduğum əsəri, baxdığım filmi yarıda qoyaram. Bəyənməsəm belə, axırına çıxmağa çalışaram. Düşünürəm ki, bəlkə, axtardığım o mücəvhər elə əsərin sonundadır, bunun üçün hövsələmi basaram. Amma Allaha and olsun, nə qədər çalışsam da, Əlixan Rəcəbovun “Səriyyə” filminə 10 dəqiqədən artıq baxa bilmədim, qalanının da birtəhər fırlaya-fırlaya axırına çıxdım. Axırda da böyük bir məyusluq!..

Əlixan bəy erkən nikah kimi ağır sosial mövzunu ekrana gətirib.
Əlində “Kinder” tutan uşaq ümidi ilə mövzudan dram gözlədiyimiz halda içindən komediya çıxır, hətta qurban belə obrazına ciddiyyət qata bilmir.
Nəticədə ağır bir mövzunu istismar edən banal iş ortaya qoyulur.

Mən belə “mal xarab edən işləri” Manaf Ağayevin kliplərində görmüşəm.

Əlixan bəyin Tik-toker dostlarını başına yığıb komediya çıxarması bir yana, mövzuya yanaşma da əskiyib.

Bizdə erkən nikah haqqında ümumi təsəvvür nədir?

Azyaşlı oxumaq istəyir, ailəsi onu zorla təhsildən ayırıb ərə verir, ər isə kobud, vəhşinin biridir.

Bu “Molla Nəsrəddin” səhifələrindən düşmə qəlib çoxdan öz istismar müddətini bitirib. Əgər Əlixan bəy filmdən qabaq kiçik araşdırma aparsaydı, görərdi ki, erkən nikahın qurbanı olan azyaşlıların çoxu bizim düşüncələrimizin əksinə bu evliliyi könüllü istəyir və həddi-buluğ yaşına qədəm qoyan gündən ağ gəlinlik, imkanlı ər xəyalı ilə yaşayırlar.

Buna görə də ölkədə erkən nikahların səbəbi daha dərində gizlənib. Əgər erkən nihakların qarşısını almaq istəyiriksə, ilk növbədə həmən qızcığazların cəmiyyət, valideynləri tərəfindən yuyulmuş beyinlərini bu axmaq düşüncələrdən təmizləməliyik. Görünür, bunu etmədiyimiz üçün də problem həll edilməz qalır.

Əgər Əlixan bəy mövzuya ənənəvi baxış müstəvisində yanaşmasaydı, normal bir dram ortaya çıxardı.

Hə, bu yerdə qarşı tərəf bizə “O olmasın, bu olsun”u nümunə gətirib deyə bilər ki, o da komediyadır, “Səriyyə” də. Lakin qarşı tərəf bir məsələdə yanılır ki, “O olmasın, bu olsun”da aktyorlar personajları olduqları kimi göstərirlər, “Səriyyə”də isə aktyorlar karikatura yaratmağa çalışırlar. Ən çox da Səriyyənin anası və “nişanlı”sının rollarında bu şişirtmələr aydın görünür və tamaşaçını vurur. Amma insafən qızcığaz öz rolunu yaxşı yaradıb.

Daha nə deyim! Heyətə yaxşı bədii əsərlər ortaya qoymağı arzulayıram.

# 205 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, yaşlı nəslin qısqanclığıdır..." - Açıqlama

"Bu, yaşlı nəslin qısqanclığıdır..." - Açıqlama

16:45 6 mart 2025
"FolKulis":  "Kəklik" xalq mahnısının sözləri

"FolKulis": "Kəklik" xalq mahnısının sözləri

16:25 6 mart 2025
Özbəkistanda Xocalı soyqırımı haqqında sənədli film çəkilib

Özbəkistanda Xocalı soyqırımı haqqında sənədli film çəkilib

15:25 6 mart 2025
“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək

“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək

14:45 6 mart 2025
Xalq artistinin saxtakarlığı - Eminquey Akif

Xalq artistinin saxtakarlığı - Eminquey Akif

14:25 6 mart 2025
Oruc tutmadığına görə tələbəni döydülər - Siyasi islamçı necə yaranır?

Oruc tutmadığına görə tələbəni döydülər - Siyasi islamçı necə yaranır?

14:00 6 mart 2025
#
#
# # #