Xalq artistinin saxtakarlığı - Eminquey Akif

Xalq artistinin saxtakarlığı - Eminquey Akif
6 mart 2025
# 14:25

Kulis.az Eminqueyin "Xalqın sevgisi" adlı yazısını təqdim edir.

İndi qarşıma İlqar Muradovun açıqlaması çıxıb. Məllim deyir ki, musiqi mənə çox böyük var-dövlət gətirib. Bu, insanların sevgisidir. Heç nə bu var-dövləti əvəz edə bilməz.

Açığı, İlqar Muradovun səsini də, mahnılarını da sevirəm. Sənətinə hörmətim böyükdür. Amma düşünürəm ki, qarnı çıxan kişilər üçün bu cür açıqlamalar faydalıdır. İdman-zad boş söhbətdir. Bu qarnı ancaq belə əritmək olar. Aşağı-yuxarı bir çox sənətçi belə açıqlamalar verir, çıxışlar edir tez-tez.

Bu sənətçilərin etdiyi ən böyük saxtakarlıqdır.

Hansına da baxırsan, görürsən ki, tfu-tfu, göz dəyməsin, əməlli-başlı imkanları var. Bir otağının yazdığı işıq pulu mənim üç aylıq ümumi kommunal xərclərimə bərabərdir.

A kişi, bu imkana çatandan sonra mən də belə açıqlama verərəm. Yuxudan da durğuzub soruşsanız ki, var-dövlət sizin üçün nədir, deyərəm ki, mənim var-dövlətim xalqımın sevgisidir. Hətta adımı adımı dəyişib "Xalq", soyadımı da "Sevgisi" eləyərəm. Çünki rahatam, sosial rifahım əladır, bircə mənəvi zad lazımdır, onun da ənkəsi xalqın sevgisidir.

Üstəgəl, bu "xalqın sevgisi" bir növ də qalxan rolunu oynayır. İlqar məllim, üstünüzə götürməyin, amma ölkədə xalqın sevgisinə bürünüb min hoqqadan çıxan o qədər adam var ki. Təkcə xalqın sevgisi yox, Vətən, Qarabağ, Allah və s.

Məllim, xalqın sevgisi elə özü biznes üçün sərmayədir də. Toydan qazanırsan, biznesə yatırırsan, olur möhtəşəmül-şəhanə, əntiqeyi-şengamlıq.

Fikir verin, kasıb sənətçi ilə varlı sənətçinin bu sözü deməyində belə fərq var. Kasıb sənətçi bunu deyəndə büzüşür, qolları yanına düşür, mütləq qurduğu cümlələrdə "amma" olur. Yəni çarəsiz halda qəbul edir bu həqiqəti. Başqa yolu yoxdur. Yeganə təsəllisi odur ki, cibi boşdur, amma xalq sevir. Biri də var, varlı sənətçi. Bax belə, qısa-konkret. Xalqın sevgisi ən böyük var-dövlətdir.

Yox, indi belə düşünək də. Sən dünyanın bu boyda gərdişinə xalqın sevgisilə necə sinə gərə bilərsən? Marketə gedəndə, kassada xalqın sevgisi keçirmi? Ödəniş aparatları xalqın sevgisini götürürmü? Kartdan xalqın sevgisini çəkib övladına, həyat yoldaşına hədiyyə ala bilirsənmi? Özü də qarşıdan "8 mart" gəlir. Ümumiyyətlə, xalqın sevgisi ilə dolanmaq necə olur?

Ətiniz tökülməsin...

Sonda yazımı oxuyan hər kəsə təşəkkür edirəm.

Əziz oxucular, bütün bahalaşmalara rəğmən məni yaşadan sizin sevginizdir. Sizin sevginiz mənim ən böyük var-dövlətimdir.

Sizin alqışlarınızla nəfəs alıram...

# 430 dəfə oxunub

Oxşar xəbərlər

Məşhurlar Luvrda - Fotolar

Məşhurlar Luvrda - Fotolar

17:17 6 mart 2025
"Bu, yaşlı nəslin qısqanclığıdır..." - Açıqlama

"Bu, yaşlı nəslin qısqanclığıdır..." - Açıqlama

16:45 6 mart 2025
"FolKulis":  "Kəklik" xalq mahnısının sözləri

"FolKulis": "Kəklik" xalq mahnısının sözləri

16:25 6 mart 2025
Özbəkistanda Xocalı soyqırımı haqqında sənədli film çəkilib

Özbəkistanda Xocalı soyqırımı haqqında sənədli film çəkilib

15:25 6 mart 2025
“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək

“Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək

14:45 6 mart 2025
Oruc tutmadığına görə tələbəni döydülər - Siyasi islamçı necə yaranır?

Oruc tutmadığına görə tələbəni döydülər - Siyasi islamçı necə yaranır?

14:00 6 mart 2025
# # #