"Niyə yalan deyim, əsassız ittihamdır!" - Əməkdar artistin cavabı

"Niyə yalan deyim, əsassız ittihamdır!" - Əməkdar artistin cavabı
28 yanvar 2025
# 16:05


"Mənə nə düşüb ki, yalan deyəm? Onunla xal qazanıram? Bunu başa düşmürəm. Nə deyirlər, qoy desinlər..."

Bu sözləri Kulis.az-ın sualını cavablandıran Əməkdar artist Ağalar Bayramov deyib.
O, qeyd edib ki, jurnalist Turan Etibaroğlunun ittihamı əssassızdır:


"Deyir ki, Ağaların o vaxt Kubada olması yalandır. 1977-79-cu illərdə Mədəni-Maarif Texnikumunda oxuyurdum. Mən Ağsu rayonunun Rəhimli kəndində 10 gün ərzində 1 ton pambıq yığmışdım və komsomolun xətti ilə Kubaya göndərilmişdim. Daha dəqiqi, Havanaya. İkincisi, ola bilər ki, "Koçetkov" adını səhv demişəm, amma o təyyarədə rəhmətlik Rüfət Əhmədzadənin oğlu Zülfüqar Əhmədzadə də var idi. Mənə nə düşüb ki, yalan deyəm? Onunla xal qazanıram? Bunu başa düşmürəm. Nə deyirlər, qoy desinlər.

Əməkdar artistin sözlərinə görə bu, yaddaş xətasıdır. Vəfat edənlərin, zərərçəkənlərin sayını, müəllifin və şeirin adını, sadəcə, yanlış xatırlayıb:

"Bay, bay, bay, sözün ucundan tutub ucuzluğa getməyə bax... Əsas odur ki, mən dünyanı gəzmişəm. Təyyarədə ölənlərin sayına gəldikdə isə, ola bilsin, mənə səhv deyiblər, səhv xatırlayıram. İndi niyə tarixi qurdalayırlar? "Tüstü dolu vaqon haqqında ballada" - bu əsərin adını da səhvən demişəm. Ola bilər. Mən şou adamı deyiləm. Hamı səhv edə bilər!"

# 1831 dəfə oxunub

Oxşar xəbərlər

Hikmət Rəhimov:  "O xanım stul görüb, çaşıb bir az..." - İDDİA

Hikmət Rəhimov: "O xanım stul görüb, çaşıb bir az..." - İDDİA

22:15 13 mart 2025
"On milyonluq xalqın bir milyonu müğənnidir" - Polkovnik müğənni Azad Zamanov

"On milyonluq xalqın bir milyonu müğənnidir" - Polkovnik müğənni Azad Zamanov

21:52 13 mart 2025
Şeyx Əbdül:  "Məktəb direktoru qadın ola bilməz"

Şeyx Əbdül: "Məktəb direktoru qadın ola bilməz"

21:00 13 mart 2025
"Kardeş payı"nın  aktyoru vəfat etdi

"Kardeş payı"nın aktyoru vəfat etdi

19:57 13 mart 2025
"Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur" - Şərif Ağayar

"Ayaz Salayevin rus dilindən başqa heç nəyi yoxdur" - Şərif Ağayar

18:47 13 mart 2025
"Qadın tez yoldan çıxır, ona görə də..." - Ofelya Şabanovanın həyat yoldaşı

"Qadın tez yoldan çıxır, ona görə də..." - Ofelya Şabanovanın həyat yoldaşı

18:31 13 mart 2025
# # #