Ağalar Bayramov efirdə niyə yalan danışır? - İTTİHAM

Ağalar Bayramov efirdə niyə yalan danışır? - İTTİHAM
28 yanvar 2025
# 15:03

"Niyə tanınmış bir sənət adamı, indiki dövrdə bu cür əsassız və tarixi faktlarla ziddiyyət təşkil edən bir iddia irəli sürsün? Belə baxıram yəqin özünü bu sahədə daha mühüm insan kimi göstərmək istəməsidi".

Kulis.az xəbər verir ki, bu sözləri jurnalist Turan Etibaroğlu öz feysbuk hesabında yazıb:

"Əməkdar artist Ağalar Bayramovun ATV-də yayımlanan verilişdə səsləndirdiyi bəzi fikirləri ciddi şəkildə yalan məlumatlarla doludur. Deyim hansı yalandı.
İlk olaraq, Ağalar Bayramovun Aleksandr Koçetkovla görüşməyi tamamilə absurddur. Niyə absurddur? Onu da deyim. Tarixə nəzər salsaq görərik ki, Ağalar Bayramov 16 yanvar 1954-cü ildə dünyaya gəlib. Aleksandr Koçetkov isə 1 may 1953-cü ildə vəfat edib. Bu o deməkdir ki, Koçetkov dünyasını dəyişəndə Ağalar müəllim hələ heç doğulmamışdı. Belə bir əhvalat danışmaq, sadəcə, yalandı.

Daha sonra, Ağalar müəllimin deyir, qatar qəzası 1964-cü ildə olub və məşhur “Tüstü dolu vaqon haqqında ballada” şeiri də həmin ildə yazılıb. Səhvdir. Yuxarda qeyd etdiyim kimi şeirin müəllifi 1953-cü ildə vəfat edib. Həqiqət budur ki, bu məşhur şeir və real olan qatar qəzası 1932-ci ildə olub. Ağalar Bayramov, həmçinin, şeirin məzmununda bəzi rəqəmləri də şişirdib. Əslində, sözügedən faciədə 321 nəfər deyil, cəmi 36 nəfər həyatını itirmiş, 569 nəfər deyil, 51 nəfər yaralanmışdı. Bu barədə məlumatı hörmətli Yadigar Sadıqlı 2020-ci ildə yazmışdı.

Belə baxıram, Ağalar Bayramovun şeiri tərcümə etməsi, bu işi gördüyünü iddia etmək də əsassız görünür.

Bir də, qeyd edim ki, Ağalar Bayramovun 1977-1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda təhsil aldığı məlumdur. Bir tələbənin bu cür mühüm "görüşə" getməsi də inandırıcı gəlmir.

Niyə tanınmış bir sənət adamı, indiki dövrdə bu cür əsassız və tarixi faktlarla ziddiyyət təşkil edən bir iddia irəli sürsün? Belə baxıram, yəqin, özünü bu sahədə daha mühüm insan kimi göstərmək istəyir...

Allah Aleksandr Koçetkova rəhmət eləsin, Ağalar Bayramova isə uzun və sağlam ömür arzulayıram...

Belə bir zamanda belə yalan danışmaq lazım deyil, gec-tez üstü açılır".

# 3815 dəfə oxunub

Oxşar xəbərlər

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

17:51 1 iyul 2025
Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

17:33 1 iyul 2025
Rəsmi Bakıdan Şvıdkoya cavab

Rəsmi Bakıdan Şvıdkoya cavab

17:14 1 iyul 2025
175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

16:42 1 iyul 2025
"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

15:30 1 iyul 2025
“TikTok”er Azər Zahid ev dustaqlığına buraxıldı

“TikTok”er Azər Zahid ev dustaqlığına buraxıldı

15:00 1 iyul 2025
# # #