"Gedibsәn, qayıtmaq yadından çıxıb..." - Nəriman Həsənzadənin şeirləri

"Gedibsәn, qayıtmaq yadından çıxıb..." - Nəriman Həsənzadənin şeirləri
1 avqust 2026
# 14:00

Kulis.az bu gün vəfat edən Xalq şairi Nəriman Həsənzadənin şeirlərini təqdim edir.

MƏN SƏNİ SEVDİM Kİ...


Mәn sәni sevәndә yaz havasıydı,
neylәyim, taleyin gözü tökülsün.
Hәyatım әlindә quş yuvasıydı,
quran özün oldun, uçurdan özün.


Mәn sәni sevdim ki, yoldaş olasan,
hәyatın әn ağır, dar yollarnda.
Demәdim, axırda bir daş olasan,
qәdim qәbristanda, yol kәnarında.


Mәn sәni sevdim ki, yüyür, qaç, oyna,
yenә seçilmәsin әtrin bahardan.
Demәdim tәzәdәn gizlәnpaç oyna,
axşam yuxuma gir, sәhәr qaç ordan.


Yadıma nә düşür? – sәnin ad günün,
biz qoca deyirdik, dünya tәzәymiş.
İli yox, hәyatda insan ömrünün
anı da tarixi bir hadisәymiş.
1986

ƏN XOŞBƏXT GÜNLƏRİM


Yanıma gәlmişdilәr
yaxın qәlәm dostlarım.
Kefini soruşdular,
mәnim könül dildarım.
Sәn onlarla nә qәdәr
görüşmüsәn Bakıda.
Süfrәyә xörәk çәkib,
çay süzmüsәn Bakıda.
Sәnin sözün, söhbәtin,
әrkyana zarafatın;
әn böyük mәnasıymış
bu mәnasız hәyatın.
Ailәmiz, uşaqlar,
sadәcә çay süfrәmiz...
Xoşbәxtlik axtarmışıq
xoşbәxt ola-ola biz.

Bir nәğmә istәyirәm
indi, ya da bir gülüş.
Sәnin sәsin, nәfәsin
hәyatın özü imiş.
Necә tәkәm yanında,
güc elәyib dәrd-әlәm.

Sәnin xәstәliyini
yarı bölә bilmirәm.
Qәfildәn aç qapmı,
dәyiş әynini, bәzәn.
Ən xoşbәxt günlәrimә
qaytar mәni tәzәdәn...

***

DÖZMÜR NƏRİMAN


Sәn mәni bu qәdәr gözlәtmәmişdin,
belә qoymamışdın gözümü yolda.
Bu qәdәr özünü gizlәtmәmişdin,
gizlәnpaç oynayan vaxtımızda da.


Hayana getsәn dә, dönmüşdün yenә,
qayıdıb gәlmişdin mәnsiz darıxıb.
Bu dәfә bilmirәm, nә olub sәnә,
gedibsәn, qayıtmaq yadından çıxıb.


Qalıb evimizdә palın-paltarın,
tәlәsik gedәndә kimә deyibsәn?!
Qapının ağzında başmaq tayların,
yolda ayağına bәs nә geyibsәn?!


Solub pianonun üstündә güllәr,
tәzә pәrdәlәri yandırıbdı gün.
Sәnin bişirdiyin o mürәbbәlәr
içilib qurtarıb, hardasan özün?


Bu axşam qәribә bir hiss keçirdik,
nә tez ömür ötdü, yaş әlli oldu.
Sәnin ad gününü sәnsiz keçirdik,
şәkilin yeganә tәsәlli oldu.


Şirin söhbәtindәn olmayıb doyan,
çağır qonşuları doyunca gülәk:
Mәnsiz, gördünüzmü, dözmür Nәriman...
Sәnә qurban olum, sәn görmәdin tәk.

KEÇDİM ARAZI


Keçdim Culfadakı dәmir körpüdәn,
orda fars dayanıb, burda rus durur.
Qarşıda –
ikiyә bölünmüş vәtәn,
ortada –
bir Araz, bir namus durur.


Öpdü saçlarımı Tәbriz külәyi,
zabit narazıydı, susurdu üzdә.
Sәrhәddә – sәrhәd dirәyi! –
tikanlı mәftillәr çatmırdı üstdә.


Qoy Mayakovski sahilә gәlsin,
sübuta yetirsin dediyi sözü.
Sovet pasportuyla o fәxr elәsin, –
mәndә nә hәvәs var, daha nә dözüm.


Yad demә, necә dә doğmadı bu yer,
bir tüstü qalxırdı ocaq yerindәn.
Dağlar bir-birinә söykәnib, şair,
insanlar ayrılıb biri-birindәn.

Bәxtiyar yanımda fikirli, mәhzun,
yenә әsәbiydi, yenә narazı.
Şәhriyarın yeri behiştlik olsun, -
onun adı ilә keçdik Arazı.


Bu tәrәf “Şurәvi”, o tәrәf “İran”,
bizim baxtımıza qәm yazdı fәlәk.
Yol keçdim – “Gülüstan” traktatından,
şairin “Gülüstan” әsәrinәdәk!


1991

***

HÜSEYN CAVİD


Hüseyn Cavidin cәnazәsi İrkutsk vilayәtindәn vәtәnә gәtirilmişdir.
Qәzetlәrdәn


Nә yaxşı, qalmadı gözü yollarda,
gördü atasını qızı Cavidin.
Tabut ortadaydı,
şәkli – divarda,
bayrama dönmüşdü yası Cavidin.


Xalılar üstündә güllәr-çiçәklәr,
güllәrin mәnası başqaydı artıq.
Tabutu uzaqdan gәtirmişdilәr,
mәzardan mәzara yola salırdıq.


Canlı şahid idi duyan hәr ürәk,
gәrәk biz yanaydıq, biz alışaydıq.
Cavid sağ deyildi gedib görüşәk,
ölü dә deyildi, vidalaşaydıq.

Qırx birdә ölmәdi, o qayıb oldu,
altmış yaşını görmәdi vәtәn.
Yüzündә, evindәn qalxdı tabutu,
Cavid qisas aldı öz taleyindәn.


Mәzar var– şöhrәtdi bir torpaq üçün,
Cavidin üstündә amma әsmәyin.
Mәzardan doğulub, –
yaşamaq üçün,
mәzara qoymağa siz tәlәsmәyin.


Bu da axırıncı faciәsiydi,
bu da tamaşaydı әslinә baxsan.
Bu dәfә Cavidin son sәhnәsiydi:
qәhrәman özüydü, müәllif– zaman!

***

YANINA GƏLMİŞƏM


Yanına gәlmişәm, tәzәdәn küsәk,
tәzәdәn barışaq, görәk olurmu?
Saat gör neçәdi, bir az tәlәsәk,
gedәk, yaşıl söyüd görәk dururmu?


Yağışlar islatsın, qaçaq әl-әlә,
sevin gülüşünә bal qata-qata.
Gәlmişәm qayıdaq on il әvvәlә,
saçına dәn düşüb, qaralsın o da.


Yenә mәn danışım, mәnә qulaq as,
şirin sözlәrimlә cilvәlәn, bәzәn,
Bir az kökәlibsәn, arıqla bir az,
bir az dәyişibsәn,
dәyiş tәzәdәn.


Qaşların tarıma çәkilib yenә,
gir mәnim qoluma, yenә çaş bir az.
Gözüm gözlәrinә dikilib yenә,
bir az yadlaşıbsan,
doğmalaş bir az.


Sәn mәnim sözümdәn incimә, küsmә,
illәri hәsrәtlә yaşayıb ürәk.
Yanına gәlmişәm... evә tәlәsmә,
gedәk, yaşıl söyüd dururmu görәk.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər